İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov

Tərtər. Trend:

Müharibə günlərində 7050 tikiliyə, o cümlədən yaşayış evlərinə xeyli ziyan dəyib.

Trend-in məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələri ilə birgə Suqovuşan və Talış kəndlərinə səfər zamanı bildirib..

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb ki, onlardan biri qadın, biri uşaqdır: "Evləri dağılan insanların ev və əmlakları təmir olunur, 136 ev qalıb təmiri tamamlanacaq".

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə tanışlıqdır.

Mənbə:
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar