Hollivud filmlərindəki kimi qəza: 16 maşın toqquşdu - VİDEO

ABŞ-ın Florida ştatında keçirilən NASCAR yarışında 16 avtomobil bir-biri ilə toqquşub. Nəticədə yarış dayandırılıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, yarış başlayandan rəqiblər maşınlarını olduqca sürətli sürüblər. Əvvəlcə iki avtomobil toqquşub, bundan sonra digər avtomobillər də bir-birinə dəyməyə başlayıb.

İlkin məlumata görə xəsarət alan yoxdur. Lakin bir çox avtomobilə ciddi ziyan dəyib.

Yarışın nə vaxt bərpa ediləcəyi hələ məlum deyil.

Qeyd edək ki, NASCAR (Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası) — Amerikadakı ən böyük avtomobil yarışlarından biridir.

Mənbə:
0
1167
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar