Heydər Əliyev Mərkəzi və "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Axşam saatlarında başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunub.

"Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub © Photo :

APA

Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub © Sputnik / Murad Orujov1 / 2

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Mənbə:
0
365
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar