Hava Hücumundan müdafiə bölmələrinin döyüş atışları keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan müdafiə bölmələrinin döyüş atışları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Atış çalışmalarında döyüş heyətləri “OSA” zenit-raket komplekslərinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkarlanaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.

 

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar