Gürcüstanda daha 5 076 nəfər COVID-19-a yoluxub, 44 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 5 076 nəfərə koronavirus diaqnozu qoyulub, 1 126 nəfər müalicə olunaraq sağalıb, 44 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 657 753 nəfərdə aşkarlanıb. Onların 609 987-si sağalıb, 9 440-ı isə ölüb.

Mənbə:
0
109
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar