“Google” və “Youtube”un işində nasazlıq yaranıb

Müxtəlif ölkələrdə “Youtube” və “Google” istifadəçiləri xidmətlərin işində texniki nasazlıqla qarşılaşıblar.

Qazet.az xəbər verir ki, bu barədə populyar internet mənbələrindəki problemləri izləyən “Downdetector” saytı məlumat yayıb.

Hər iki saytın işindəki problemlərin Bakı vaxtı ilə 13:23 radələrində başladığı qeyd edilib. Problemlər Ukrayna, Polşa, Latviya və digər ölkələrdən olan istifadəçilər tərəfindən bildirilib. Portala görə, “Google” istifadəçilərinin 91%-i veb saytdan istifadə edə bilmir, 8%-i isə şəxsi hesablarına daxil olmaqda problem yaşayır.

“Youtube”un işində də axsama müşahidə olunur: istifadəçilərin 46%-i saytı yükləməkdə problem yaşayır, digər 43%-i videolara baxarkən, 3%-i isə hesaba giriş ilə bağlı problemlərdən şikayətlənir.

Mənbə:
0
1257
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar