Geyim daha da bahalaşacaq

Pambıq qiymətlərindəki yüksəliş davam edərsə, geyim əşyaları bir qədər də bahalaşacaq. 

"Bloomberg” xəbər verir ki, bu açıqlamanı "LC Waikiki”nin idarə heyətinin sədri Vahap Küçük bildirib. Bununla belə Küçük hesab edir ki, pambıq qiymətlərində artım müvəqqətidir. 

Şirkət rəhbəri qeyd edib ki, dollarla ifadədə pambıq qiymətləri 80 faiz artıb. Onun sözlərinə görə bu vəziyyətdə geyim qiymətləri də yüksəlir: 

"Pambıq qiymətlərində gözləmədiyimiz artım oldu. Ötən il 65 sent olan pambığın qiyməti, bu il 1,05 dollara yüksəlib. Belə davam edərsə, geyim qiymətlərindəki artım güclənəcək.

Pambığın qiymətində 2011-ci ildə də belə hal müşahidə edilmişdi. Amma sonradan qiymətlər aşağı doğru yön aldı. Buna görə də tövsiyə edirəm ki, pambıq sifarişi tələbdən artıq olmasın. Belə vəziyyətdə ehtiyat toplamaq məntiqli deyil”.

Küçük proqnozlaşdırır ki, əgər mövcud vəziyyət 2-3 ay da qalarsa, yaz-yay geyimlərində qiymətlər daha 10-15 faiz bəndi yüksələcək.

Mənbə: Sfera.az

Mənbə:
0
319
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar