FHN "Metro-City"dəki yanğınla bağlı məlumat yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın haqda daha bir məlumat yayıb. 

Eləcə də bax: ”Metro-City” ticarət mərkəzi yanır, yanğın ətrafdakı ticarət obyektlərinə keçib - Yanğın Lokallaşdırılıb - FOTOLAR - YENİLƏNİB

FED.az xəbər verir ki, məlumatda deyilir: “Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək”.

Mənbə:
0
117
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar