Ersin Tatar Türkiyəyə SƏFƏR EDİR

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Türkiyəyə səfər edib. "OLAYLAR" xəbər verir ki, sentyabrın 7-dək davam edəcək səfər çərçivəsində Ersin Tatar Ankara, Konya və Kütahyada keçiriləcək tədbirlərə qatılacaq. Həmçinin, Tatar qazilər və qeyri -hökumət təşkilatları ilə görüşəcək, Kipr mövzusunda keçiriləcək konfransa qatılacaq.

Tatar həmçinin Türkiyədə olarkən sel fəlakətinin baş verdiyi Kastamonuya da gedəcək və bölgə xalqı ilə görüşəcək.

Sentyabrın 4 -də isə Şimali Kipr prezidenti Ankarada Türk Vəkillər Birliyi Birliyinin təşkil edəcəyi Kipr brifinqinə qatılacaq və Kipr probleminə dair açıqlamalar verəcək.

Tatarın ən son dayanacağı sentyabrın 7-də Konyadakı İstiqlal Müharibəsi Şəhidləri Məzarlığı olacaq və məzarlığı ziyarətdən sonra o, Konya Kıbrıs Veteranları və Konya Ticarət Palatası rəsmiləri ilə görüşəcək.

Mənbə:
0
507
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar