Ərdoğan Əfqanıstana humanitar yardım vəd edib

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda hakim «Taliban» hərəkatı ilə bu yaxınlardakı danışıqları şərh edib.

Bu barədə oktyabrın 15-də Türkiyənin «Daily Sabah» qəzeti xəbər verib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Əfqanıstanda humanitar və siyasi xarakterli sorğular mövcuddur. Bu münasibətlə o, bəyan edib: «Biz, bu çağırışlarla əlaqədar əfqan xalqına hər cür dəstək verəcəyik. Biz, Kabil aeroportunun işinə rəhbərlik etmişik. Növbəti mərhələdə əgər danışıqlar nəticəli olsa, biz belə addımları Əfqanıstanda Qətərlə birlikdə tətbiq edə bilərik».

Xəbər verildiyi kimi, «Taliban» hərəkatının rəhbərləri Türkiyəyə səfər edib və xarici işlər naziri Mövlut Çavuşolu ilə danışıq aparıb.

AzPolitika.info

Mənbə:
0
163
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar