Nərimanov rayonundakı yanğın söndürülüb

Mertonun "Nərimanov" stansiyasının yaxınlığındakı ticarət obyektlərində baş verən yanğın söndürülüb.

Day.Az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb:

"Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində yerləşən ticarət obyektlərində yanğın başlamışdı.

  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
  • Nərimanov
Mənbə:
0
152
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar