Albaniyada hoteldə 4 turistin meyiti tapılıb

Albaniyanın qərbində yerləşən hotellərdən birində 4 turistin meyiti tapılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Albanian Daily News" qəzeti yerli polis idarəsinə istinadən xəbər verir.

Bildirilir ki, meyitləri tapılan turistlər Rusiya vətəndaşlarıdır: "Təxminən saat 00:20-də (Bakı vaxtı) Kavaya dairəsinin Kerret kəndində yerləşən hotelin saunasında Rusiya vətəndaşı olan 4 turistin meyiti tapılıb. Onlar hamısı boğularaq ölüb".

Digər təfərrüatlar barədə məlumat verilmir.

Mənbə:
0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar