“...bizim tanınmaq tələbimizi qəbul etmirlər”

Mustafa Kamal Bəyazbayram: Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər dünyadakı bütün işğala məruz qalan xalqlara öz azadlıqlarına qovuşmaları üçün motivasiya verib”

 

Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Mustafa Kamal Bəyazbayramın “Azerforum.com” saytına özəl müsahibəsini təqdim edirik

       

- Mustafa  müəllim, Azərbaycanın Qarabağ zəfəri bütün dost və qardaş ölkələrin sevincinə səbəb olmuşdu. Bu baxımdan Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri olaraq sizin də fikirlərinizi bilmək maraqlı olardı.

-Öncəliklə, bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə sizə və ümumiyyətlə, kollektivinizə təşəkkür edirik. 44 günlük Vətən müharibəsində qazanılan qələbə, həqiqətən, sadəcə Azərbaycana deyil, bütün türk dünyası üçün böyük zəfər, sevinc, qürur mənbəyi olub. Çox sevinirik ki, Azərbaycan 30 il işğal altındakı torpaqlarının azadlığına qovuşdu. Bu acıları bilən, paylaşan bir millət olaraq ən çox Azərbycan xalqını anlayan xalq olduğumuza inanıram. Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əzəli torpalarını azad etməsi ŞKTR-də böyük bir coşğu ilə qarşılanıb. ŞKTR-ın prezidenti Ersin Tatar müsahibələrində, beynəlxalq tədbirlərdə tez-tez bunu gündəmə gətirir: “Azərbaycanın zəfəri bizim də zəfərimizdir, bizi də sevindirmişdir və hər zaman ŞKTR olaraq biz Azərbaycanın yanındayıq”.

ŞKTR olaraq biz də tarix boyunca eyni təcavüzə məruz qalmışıq. Bu baxımdan Azərbaycan xalqını çox yaxşı anlayırıq. Azərbaycanın əldə etdiyi bu zəfər sadəcə türk dünyasını deyil, bütün islam dünyasını da sevindirib. Təbii ki, Azərbaycanda və türk dünyasında var olan bu sevinc, qürur mənbəyi dünyadakı bütün əzilən, işğala məruz qalan xalqları da sevindirib və eyni zamanda onlara öz azadlıqlarına qovuşmaları üçün motivasiya verib. 

 

-Şimal Kipr Türk Respublikasında qarşıdan parlament seçkiləri gəlir. Hazırda bu baxımdan işlər hansı mərhələdədir?

- ŞKTR parlament quruluşlu ölkədir. Buna görə də parlament seçkiləri bizim üçün çox önəmlidir. Çünki parlament seçikilərində qalib olan partiya millət vəkili sayı yetərlidirsə, hökumət qurmalarına imkan verilir. Əgər təkbaşına yetər sayına sahib deyillərsə, öz istəklərinə uyğun partiyalarla koalisiya hökuməti qura bilərlər.

Hazırda ŞKTR Parlamentində 6 fərqli siyasi baxışa sahib partiya təmsil olunur. Bu partiyaların bir çoxunun millət vəkili sayı az olduğu üçün güclü bir koalisiya yarada bilmirlər. Buna görə də xalqdan dəstəyini alan və xalqa gücünü isbatlayan yeni parlamentin olması üçün bütün partiyalar 2022-ci ilin 23 yanvarında erkən parlament seçkilərinin keçirilməsinə qərar verdilər.

Noyabrın 26-da parlamentdə 2022-ci ilin büdcəsi təsdiqləndi. Bundan sonra partiyalar öz namizədlərini təsdiqləyib təbliğata başlayacaqlar. Seçki gününə kimi partiyaların fəaliyyət formasını, qadağaları Yüksək Seçim Kurulu təyin edir.

 Bizim ölkdə insanların seçkidə iştirakı hər zaman yüksək faizlə özünü göstərib. 100-də 86 faizə kimi bu göstərici qalxıb. İnanram ki, bu seçkilərdə də xalqımız seçki hüquqdan istifadə edib yeni hökumətin qurulmasına öz qatqısını verəcək.     

 

- Hazırda  Avropa ölkələri yunan Kiprinə çox böyük diqqət göstərir, Şimali Kiprə qarşı isə ayrı-seçkilik nümayiş etdirirlər. Sizcə, bunu ikili standart mövqe kimi qiymətləndimək olarmı?

- Çox yaxşı sualdır. Kprin türk xalqı hər zaman qonşuları yunanlara sülh əlini uzadıb. Fəqət yunanların fanatik, milliyətçi olmaları və düşməçilik siyasətləri adada sülhün yaranmasına mane olub. Yəni 50 ildən artqdır ki, türklərlə yunanlar arasında danışıqlar aparılır, amma yunanlar hələ də “Hə” demirlər. Hətta adada BMT-nin baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirildi. Bu referendumda da yunanlar rədd cavabı verdi, türklər isə konstruktiv mövqe nümayiş etdirdi.

Yunan tərəfi Avropa Birliyinə üzvdür deyə, Avropa ölkələri bir çox sahələrdə bizə əngəllər yaradırlar. Bundan başqa Avropada türk dünyasına və ya Türkiyəyə düşmən mövqeyində olan ölkələr yunanlardan istifadə edirlər. Yəni yunanların əli ilə ŞKTR-in və Türkiyənin Avropa ilə əlaqələrini zədələməyə çalışırlar. Bu da göstərir ki, Avropa Birliyi və ya dünyadakı bəlli dövlətlər bizə diqqət göstərmirlər. Bu da bizə qarşı ikili standart mövqedən irəli gəlir. Yunanların atdığı hər hansı addımı müsbət qarşılayarkən, eyni addımı biz atdıqda sərt reaksiya göstərirlər. Bu, ikili standart münasibətin bariz nümunəsidir       

 

-Bu yaxınlarda Şimal Kipr Türk Respublikasının tanınması məsələsi gündəmə gələndə, bu məsələyə Qərb ölkələrindən sərt reaksiyalar verildi. Qərbin bu reaksiyası nədən isrəli gəlir?

-Öncəlikə, qeyd edim ki, sizin qonşunuz ermənilərlə bizim qonşumuz yunanlar eyni mentalitetə sahibdirlər. Onun üçün siz bizi çox yaxşı anlayarsız. Xüsusən, super gücə malik dövlətlər yunalar və erməniləri olduqları bölgələrdə öz siyasətlərini həyata keçirmək üçün istifadə edirlər. Bunun üçün də yunanların bir çox çirkin əməllərinə göz yumurlar. Bizlərə isə daha sərt davranaraq öz işlərini həyata keçirməyə çalışırlar. Kiprdə 50 il aparılan danışıqlardan aydın oldu ki, yunanlar bizimlə anlaşmaq istəmirlər. Qeyd etdiyim kimi, Avropa Birliyi ŞKTR-i tanımayaraq yunanları Türkiyəyə qarşı və ya bölgədəki öz xeyirlərinə uyğun olaraq istifadə edirlər. Bu da yunalara sərf edir. Buna görə də yunanlar Avropa Birliyi nə istəyirsə o addımı atırlar. Hətta yunalar məhz Avropa Birliyi və digər güclü dövlətlərlə birgə əməkdaşlıq edərək qeyri-qanuni şəkildə bizim Şərqi Ağ dənizdə qaz ehtiyatlarımızda qazıntılar aparıb mənimsəyirlər. Bizə isə müxtəlif sahələrdə vetolar qoyurlar. Bir çox beynəlxalq tədbirlərdə rəsmi olaraq iştirak etməkdən məhrum edirlər. Yunanlara şirin görünsünlər deyə bizi bir çox işlərdən uzaqlaşdırırlar. Ən əsası da bizim tanınmaq tələbimizi qəbul etmirlər.    

 

-Bildiyimiz kimi, Şimal Kiprdə həmişə su problemi olub. Bu məsələ öz həllini tapıbmı?

-Biz ekvatora yaxın coğrafiyada olduğumuz üçün ekoloji olaraq bir az quraq iqlim şəraitində yaşayırıq. Ada olduğumuz üçün axar su qaynaqları da məhdudur. Qışda bölgələrə çox az qar yağdığı üçün su problemi yaşayırıq. Lakin bu problemin həllində yenə də Türkiyə bizə dəstək göstərdi. Türkiyənin Anamur şəhərində Draqon çayından qaz boru xətti ilə dənizin altından Kiprə içməli su ötürdülər. Bu layihə artıq tamamlanıb. Kiprdə uyğun bir yerdə baraj yaradıldı. Öncə sutəmizləyici qurğular vasitəsilə su istifadə üçün yararlı hala gətirlir və əhaliyə verilir. Bu suyun 100-də 20 faizi içmək üçün istifadə ediləcək. Qalanından isə kənd təsərrüfatı üçün istifadə olunacaq. 2023-cü ildə layihə tam başa çatdırılacaq.

Bu suyun verilməsi ilə adada iqlim də dəyişəcək. Çünki bu sular buxarlanıb yenidən bizim dağlara yağış olaraq düşəcək. Bunun da xüsusən kənd təsərrüfatına çox böyük faydası olacaq.                      

 

Mənbə:
0
4339
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar