Bayden əməliyyat olunub

 

Həkimlər kolonoskopiya zamanı ABŞ prezidenti Co Baydendən çıxarılan polipi hazırda əlavə müdaxilə tələb etməyən xoşxassəli, lakin potensial xərçəng öncəsi formalaşma kimi müəyyən ediblər. RİA Novosti xəbər verir ki, bu barədə Ağ Evin həkimi Kevin O'Konnor məlumat verib.
Qeyd olunur ki, Bayden ötən həftə tibbi müayinədən keçib və həkimlər belə qənaətə gəliblər ki, onun səhhətinin vəziyyəti ona heç bir məhdudiyyət olmadan dövlət başçısı və ali baş komandanlıq vəzifələrini yerinə yetirməyə imkan verir.
"Prezident Baydenin bağırsaqdan 3 mm-lik ölçüdə xoşxasiyyətli polip çıxarılıb... Histoloji müayinə üçün götürülən nümunənin 2008-ci ildə ondan çıxarılan polipa bənzər boru adenoması olduğu müəyyən edilib", - mesajda deyilir.

Mənbə:
0
1934
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar