Qani: “Bir köynəklə, bir neçə kitabla ölkəni tərk etdim”- VİDEO

“Əfqanıstanı tərk etməyə məcbur oldum. Qan tökülməsinin səbəbkarı olmaq istəmirdim”.

AzerForum.Com xəbər verir ki, bunu Əfqanıstanın istefa verən prezideti Əşrəf Qani sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib.

Onun sözlərinə görə, “Taliban” Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı.

O, həmçinin yaxın zamanda Əfqanıstana qayıdacağını bildirib.

“Məni özümlə külli miqadrda pul aparmaqda günahlandırırlar. Ancaq bunların hamısı yalandır, ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim, çantada cəmi bir neçə kitab götürə bildim”, - deyə o əlavə edib.


Mənbə:
0
670
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar