Bakıda ticarət mərkəzi yanır: Yol bağlandı - YENİLƏNİB + FOTO/VİDEO


 

Metronun "Nərimanov” stansiyasının yaxınlığında baş verən yanğın davam edir. Yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

"Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir”, - deyə məlumatda qeyd edilib.

 

 

09:13

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

Məlumata görə, hadisə metronun "Nərimanov” stansiyasının yaxınlığında yerləşən "Metro City” ticarət mərkəzində baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar