Bakıda daha bir yanğın olub: Zəhərlənən var

Bakıda mənzildə yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
 
Belə ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 40 kvadratmetr sahədə və bitişik, ümumi sahəsi 10 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Qeyd edək ki, səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın hadisəsi baş verib.
 
Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar