Bakıda avtobus qəzası - Yaralı var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axeber.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun “Qara Qarayev” stansıyasının yaxınlığında hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
1471
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar