Səhiyyə Nazirliyində İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və İran arasında digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Nazir bildirib ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Tibb Universitetinin Təbriz Tibb Elmləri Universiteti və İran İslam Respublikasının digər tibb ocaqları ilə əməkdaşlığını xatırladan nazir ali tibb məktəbləri arasında tələbə mübadiləsinin bu işə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Seyid Abbas Musəvi İranın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib. Səfir qeyd etdi ki, hazırda minə yaxın İran vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alır.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsi, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In COVID-19-a yoluxub.
TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin kiçik bacısı Kim Yo Çjon bildirib.
Aztibb.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumatları təqdim edir.
TƏBİB-dən əldə etdiyimiz məlumatlara görə, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Bakı şəhəri, Şah İsmayıl Xətai prospekti 3 ünvanında yerləşir. İnstitutun heyəti 320 nəfərdən ibarətdir.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Poliklinika, Stasionar, Diaqnostik tədqiqatlar və Fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Müəssisədə elmi istiqamətdə Kurort ehtiyatlarının öyrənilməsi, Fiziki üsullarla müalicə, Diaqnostik tədqiqatlar laboratoriyası, Tibbi reabilitasiya, Kliniki neyrofiziologiya laboratoriyası, eləcə də Təşkilati-metodik və informasiya patent işləri şöbələri fəaliyyət göstərir.
Tibb ocağının stasionar hissəsində Terapiya, Artrologiya və Nevrologiya bölmələri mövcuddur. Müalicəvi şöbələrində naftalan nefti ilə müalicə, fizioterapiya və bir çox xidmətlər mövcuddur.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda 1 aprel 2021-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.
Qeyd edək ki, gün ərzində Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna müraciət edən pasientlərin sayı 50-100 arası dəyişir.
<div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Bəzi insanlar qışa nisbətən yayda daha tez-tez xəstələnir. Çünki qış fəslində hər birimiz havaya uyğun olaraq qalın geyinir, isti maye qəbul edirik. Lakin yay fəslində isə əksinə, nə qidamıza, nə də geyimimizə diqqət yetiririk. Əksər insanların evində və ofisində daimi olaraq kondisioner işləyir. Bütün bunlar son nəticədə yayda soyuqdəymə hallarının artmasına gətirib çıxarır.
 <div dir="auto" style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-terapevti Rəhilə Əliyeva məlumat verib. 
Yayda tez-tez xəstələnməmək üçün ilk növbədə, Günəş şüalarının uzunmüddətli təsirindən uzaq durmaq lazımdır. Bu qayda kondisionerdən çox istifadə edənlər üçün də keçərlidir. Əsas diqqət etməli məsələlərdən biri də bədənin suya olan tələbatını qorumaqdır.
Bu aylarda qışa nisbətən bədənin daha çox su itirdiyini nəzərə alsaq, mütləqdir ki, gün ərzində ən azı 3-4 litr su içilsin. Lakin suyu çox soyuq halda içmək məsləhət görülmür. Həddən çox soyuq halda qəbul edilən su və digər mayelər zaman-zaman orqanizminizdə ciddi problemlər yaradır.
 <div dir="auto" style="text-align:;" justify;">Həmçinin, istifadə etdiyimiz ərzaqların təzəliyinə fikir verməliyik. Çünki yayda ərzaqlar daha tez xarab olur. Yayda zəhərlənmə və tez-tez xəstələnmə səbəblərindən yayınmaq üçün bu qeydlərə hər kəs mütləq əməl etməldir. Çalışın sağlam yaşayın!”
<p style="text-align:;" justify;">Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya hazırlaşanlara kömək məqsədilə “Patologiya (Patoloji anatomiya)” adlı vəsait nəşr edib.
 <p style="text-align:;" justify;">Mərkəzdən bildirilib ki, vəsait patologiya (patoloji anatomiya) üzrə Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul proqramı əsasında hazırlanıb.
 <p style="text-align:;" justify;">Vəsait ümumi və xüsusi patologiya hissələrindən ibarətdir. Birinci hissəsində xəstəliklərin inkişafı zamanı ümumi patoloji dəyişikliklər ətraflı təsvir edilir. İkinci hissədə isə müxtəlif üzv və sistemlərin xəstəlikləri, eləcə də infeksion xəstəliklər, prenatal və perinatal patologiyalar verilib. Kitabda patoloji anatomiya üzrə müasir məlumatlar, 163 şəkil və 24 cədvəl öz əksini tapıb. Vəsaitdən əsas (baza ali) tibb təhsili verən universitetlərin tələbələri, rezidenturaya hazırlaşanlar, eləcə də həkimlər istifadə edə bilərlər.
 <p style="text-align:;" justify;">Nəşri “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
<p style="text-align:;" justify;">Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır.
 <p style="text-align:;" justify;">Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün avqustun 11-i saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
 <p style="text-align:;" justify;">Bu gün saat 09:45-ə olan məlumata əsasən 843 namizəd (Azərbaycan bölməsi - 709; rus bölməsi - 134) imtahana yazılıb.
 <p style="text-align:;" justify;">Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
 <p style="text-align:;" justify;">İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
<p style="text-align:;" justify;">Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
 <p style="text-align:;" justify;">Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 11 avqust saat 09:00-a olan məlumata əsasən 841 namizəd (Azərbaycan bölməsi - 707; rus bölməsi - 134) imtahana yazılıb.
<p style="text-align:;" justify;">Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
 <p style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Oğuz rayonu, Baş Daşağıl kəndində fəaliyyət göstərən, fiziki şəxs Daşdəmirov Çingiz Fərrux oğluna məxsus “Saf su” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib. Belə ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və müəssisənin fəaliyyəti dayandırılıb.
 <p style="text-align:;" justify;">AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Kimyəvi adı Askorbin turşusu olan C vitamini suda həll olan və insan orqanizmi üçün olduqca əhəmiyyətli vitamindir. Bu vitamin əsasən bitki mənşəli məhsullarda olur. İnsanın gündəlik C vitamini tələbatı 70-100 mq-dır. C vitamini toxumaların əmələ gəlməsi, eləcə də müxtəlif zədələrdən sonra orqanizmin sağalma prosesi üçün böyük əhəmiyyət kəsb edir.
AZtibb.az Kliniki Tibbi Mərkəzin məlumatına istinadla xəbər verir ki, insan orqanizmi təbii olaraq öz-özünə C vitamini istehsal etmədiyinə görə, onu qidalanma yolu ilə təbii mənbələrdən almaq lazımdır.
Portağal, limon, çiyələk, kivi, ananas, cəfəri, bibər kimi məhsullar C vitamini ilə zəngindir.
Orqanizmdə bu vitamin çatışmadıqda aşağıdakı əlamətlər özünü göstərir:
İmmun sistemi zəifləyir;
Yorğunluq və depressiya halları başlayır;
Diş ətində qanaxmalar olur;
Oynaq ağrıları əmələ gəlir;
Saçlar qırılır və tökülür;
Bədəndə göyərmə halları müşahidə edilir.
Yuxarıda sadalanan əlamətlərdən birini özünüzdə müşahidə etsəniz, həkimə müraciət etməyiniz məsləhətdir.
Şimali Koreya lideri Kim Çen In epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda respublikada koronavirus üzərində qələbəni elan edib.
Aztibb.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"O, yeni koronavirusun məhv edilməsi üzrə son dərəcə təcili anti-epidemiya kampaniyasında qələbə qazanıldığını təntənəli şəkildə elan edib", - deyə Agentlik bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyindəki "Abşeron” mədə-bağırsaq sanatoriyası Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir.
Aztibb.az xəbər verir ki, sanatoriya iki korpus üzrə 188 çarpayıya, 21 ikinəfərlik lüks kateqoriyalı, 67 ikinəfərlik birotaqlı və 6 birnəfərlik nömrələrə malikdir. Burada böyük və kiçik konfrans zalları, istirahət otaqları, yeməkxana, həmçinin tennis meydançası, hovuz, geniş istirahət parkı və s. mövcuddur.
Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.
Tibbi göstərişlər
- Mədə və 12 barmaq bağırsağın xorası
- Xroniki qastritlər
- Xroniki kolit və enterekolit
- Xroniki xolesistit
- Xroniki hepatit
- Mədə və öd kisəsinin əməliyyatdan sonrakı vəziyyəti
- Xroniki pankreatit
- Şəkərli diabet
Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III dərəcə
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)
Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası
Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.
Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Uroloq
- Ginekoloq
- Nevropatoloq
Əlaqə nömrələri: (+994 12) 454 35 30, 454 23 50
Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.
Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.
<p style="text-align:;" justify;">İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2022-ci ilin ilk 6 ayı ərzində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 73 647 tibbi xidmət göstərilib.
 <p style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 64 924-ü ambulator, 8 723-ü isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 7 362 şəxsin 6 572 nəfəri müharibə iştirakçısı, 790 nəfəri isə şəhid ailəsi olub. 
 <p style="text-align:;" justify;">Vətən müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən kəllə-beyin travmaları və onların ağırlaşmaları, ümumi tibbi baxış, essensial (birincili) hipertenziya və partlayış zamanı qəlpələrin səbəb olduğu zədələr ilə bağlı olub.
 <p style="text-align:;" justify;">Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya, şəkərli diabet, essensial (birincili) hipertenziya, onurğanın osteoxondrozu, öd kisəsi xəstəlikləri və ümumi tibbi baxış ilə əlaqədar olub.
 <p style="text-align:;" justify;">O cümlədən 297 nəfər müharibə iştirakçısı, 52 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 451 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında yara tikilməsi, orqanlardan yad cismin çıxarılması, abses və hematomaların drenaj olunması, burun çəpər əyriliyi və appendektomiya - kor bağırsaqda soxulcanabənzər çıxıntının kəsilib götürülməsi üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.
 <p style="text-align:;" justify;">Agentlik Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Qeyd olunan şəxslərin ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələrdən keçməsi, habelə dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərdən müqaviləli tibb müəssisələrində yararlanmaları üçün Agentlik tərəfindən bütün zəruri addımlar atılır.
 <p style="text-align:;" justify;">Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam etdiriləcək. 
<p style="text-align:;" justify;">Gündəlik həyatımıza müxtəlif vəziyyətlərlə rastlaşırıq, bunlardan biri də qəbizlik və ishal olması hallardır. Qəbizlik böyük bayıra çətinliklə çıxma və böyük bayıra çıxmaların 3 - 4 bəzən beş günə qədər uzanmasına deyilir. İshal zamanı isə əksinə, gün ərzində beş altı dəfə, böyük bayıra çıxmalar olur.
 <p style="text-align:;" justify;">Gündəlik həyatımızda həftədə 2 dəfə qəbizlik və ishal hallarının olması bizə necə təsir göstərə bilir?
 <p style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat verib. 
 <p style="text-align:;" justify;">"Deyərdim ki, qəbizlik ümumiyyətlə bədən üçün çox ziyanlı bir əlamətdir. Qəbizlik nə qədər uzun çəkərsə insan bir o qədər də ziyan görəcəkdir. Qəbizliyin uzun çəkməsi insan qanına zəhərli maddələrin qarışması ilə nəticələnir, bu isə bütün orqanizmdə fəsadların əmələ gəlməsinə səbəb olur", - deyə F.Hüseynov qeyd edib.
 <p style="text-align:;" justify;">Həkimin sözlərinə görə, həftədə 2 dəfə ishal baş verərsə və bu ishal gün ərzində 2-3 dəfə böyük bayıra çıxmalarla nəticələnərsə belə hallardan qətiyyən qorxmayın, əksinə belə halların həftədə bir iki dəfə olması bağırsaqlar üçün çox faydalıdır. Çünki bu zaman bağırsaqlar artıq tullantılardan təmizlənilir bu formada ishalın olması bağırsaq mikroflorasına heç bir ziyanlı təsir göstərmir.
<div class="kvgmc6g5" cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) sağlamlığın qorunması və xəstəliklərin profilaktikası istiqamətində əhali arasında müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir. Bu maarifləndirilmənin daha da genişləndirilməsi məqsədilə İSİM tərəfindən sosial şəbəkələr üçün məlumatlandırıcı materiallar (sosial çarxlar, postlar və s.) hazırlanaraq müntəzəm olaraq paylaşılır. Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları, reproduktiv sağlamlığın qorunması, məişət zorakılığının qarşısının alınması, habelə insan hüquqları, gender bərabərliyi və s. mövzulara dair məlumatlandıcı materiallar sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanır.
Bu istiqamətdə əhali arasında aparılan təbliğat və təşviqatın daha da genişləndirilməsi məqsədilə Linkedin, Twitter, Telegram, TikTok sosial platformalarda İSİM-in səhifələri istifadəyə verilib. Qısa müddət ərzində aktivləşdirilməsinə baxmayaraq, İSİM tərəfindən paylaşılan materiallar və xəbərlər bu şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Beləliklə, İSİM tərəfindən hazırlanaraq paylaşılan maarifləndirici materialları və xəbərləri bu sosial platformalarda izləyə bilərsiniz:
 <div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Facebook: <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 q66pz984 b1v8xokw" tabindex="0" href="https://www.facebook.com/ISIM.SOCIAL/?__cft__[0]=AZUmEZHntTYjV_xDDC53yNAy7zpxrYHBvC0HHH4PIYEYp6Cmg-c-KYp9BC1sptj5kE7Djqyd34624zqM3aFVHzZi5gS2oZi0UcAcwUUJSekn6hpYFgeDc3IRlykr3jSswMLDpvEo0Vq46i_AicVgTDlwTEFCr6S5LDcwk5QdZ7rogQOuNl5gNxcUSn7cEnJ6QQM&__tn__=kK-R">https://www.facebook.com/ISIM.SOCIAL
 <div dir="auto" style="text-align:;" justify;">Instagram: <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.instagram.com%2Fisim.az%3Ffbclid%3DIwAR0-dbKbIvlJTXhx0YAiAQBUg9C2smyO5k1Da-aoSDTNV8jH-IbuLHydo7U&h=AT1b3M_eXitrNSzElF78enN71rTRWsFYQa0xpFXCL3BB4jUHXDOP0PQ6wUuju3dbWrNLRb6Mr3tmjMXbNlKnOVhxWLNIbGP4xOu-rRLwXeunJyEWKXSKnP0CpDZFyGvVokA&__tn__=-UK-R&c[0]=AT0xOqAO_-18mbKFrHiBKrzuPye6eoKp908rEk3KM8CAfkIFXfNAQhnJ7LUK71yYNGYukBlZBDsRLaF6SCSPU-nlU8vQNzuR9FxlBrqor2fXfScnn5ICYevqju65y_QyNBkmpx-Pg75jKTbvaWEdX_RVzX5C2qOri2pPB5m16Pow6eFo743x6QB9FJ04HfN2XSSFeutnSNOI2g" target="_blank" rel="nofollow" noopener">https://www.instagram.com/isim.az
 <div dir="auto" style="text-align:;" justify;">Youtube: <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fuser%2FISIMAZ%3Ffbclid%3DIwAR1IRAlhwplHNXHkjyKkwhdx5U9mpdKN8q0836e_BpjCQo5smArDMY9D96Q&h=AT2L8tsgVsnFTwOuO6ETdPlnyrm3FK84Vr3vPGHkJa3uFdUZAfYjzUhvzD8ByIuZvScyn_ji218ANiDkQ10v969HUIW9gAMUmY41H24Od9u9xCJbBGrj7pAnw0oSOr6iunc&__tn__=-UK-R&c[0]=AT0xOqAO_-18mbKFrHiBKrzuPye6eoKp908rEk3KM8CAfkIFXfNAQhnJ7LUK71yYNGYukBlZBDsRLaF6SCSPU-nlU8vQNzuR9FxlBrqor2fXfScnn5ICYevqju65y_QyNBkmpx-Pg75jKTbvaWEdX_RVzX5C2qOri2pPB5m16Pow6eFo743x6QB9FJ04HfN2XSSFeutnSNOI2g" target="_blank" rel="nofollow" noopener">https://www.youtube.com/user/ISIMAZ
 <div dir="auto" style="text-align:;" justify;">Linkedin: <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.linkedin.com%2Fin%2Fisimsn%2F%3Ffbclid%3DIwAR0ospYwXc04X7W1T0J9TObLRFWGB66FHWhCKb8veTBvSHVtcz5D0EWAU4s&h=AT3P8mRa0pQrMtIMVhbeODhUAztbxb9O6b-fg1FkFaKXpD4YuM7ghLBUMtrBxDuuthFB1NHNk6l2dlJB-yWag_dOtCXVMUcOe6uVSgoM3_Mhk6zOuRE1IRtHGGOTX6amgEk&__tn__=-UK-R&c[0]=AT0xOqAO_-18mbKFrHiBKrzuPye6eoKp908rEk3KM8CAfkIFXfNAQhnJ7LUK71yYNGYukBlZBDsRLaF6SCSPU-nlU8vQNzuR9FxlBrqor2fXfScnn5ICYevqju65y_QyNBkmpx-Pg75jKTbvaWEdX_RVzX5C2qOri2pPB5m16Pow6eFo743x6QB9FJ04HfN2XSSFeutnSNOI2g" target="_blank" rel="nofollow" noopener">https://www.linkedin.com/in/isimsn/
 <div dir="auto" style="text-align:;" justify;">Twitter: <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Ftwitter.com%2Fisim_sn%3Ffbclid%3DIwAR0hLtgeOf20uoly01V67hiqPY0ro0uIQAmaCjN7k9Ga1hZpbzNKWdvrrEg&h=AT1LrWdhCDcE44Xv9fmGpV-dlR4tSWPw3UivP4wIR6cQqDqzDYXhzp3e2YURAhM1fiwZPu3rBoPD-q3PLyU7KArlKlXm890dLY8jkVzudcib0XWYSBBC-QYDwpH-LJ5Meqc&__tn__=-UK-R&c[0]=AT0xOqAO_-18mbKFrHiBKrzuPye6eoKp908rEk3KM8CAfkIFXfNAQhnJ7LUK71yYNGYukBlZBDsRLaF6SCSPU-nlU8vQNzuR9FxlBrqor2fXfScnn5ICYevqju65y_QyNBkmpx-Pg75jKTbvaWEdX_RVzX5C2qOri2pPB5m16Pow6eFo743x6QB9FJ04HfN2XSSFeutnSNOI2g" target="_blank" rel="nofollow" noopener">https://twitter.com/isim_sn
 <div dir="auto" style="text-align:;" justify;">Telegram: <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Ft.me%2Fisim_sn%3Ffbclid%3DIwAR1MVlF8jcQs05cUy4hu5ONz0THk38rLYfI9fQ2HidsL2yL6vW5yEDpVWKQ&h=AT3P_gYnjWaSRvVsmOGGk2sBaWQ_e6OtC8fQkRM2Ft6sTrMaTuELMC1XONLMPoGy-1mFCczar6ywF2czPxwe__rrzzFhBRRbL7PcJPld-DRuc4dEIMH_bLLyBCBrwhcRyqo&__tn__=-UK-R&c[0]=AT0xOqAO_-18mbKFrHiBKrzuPye6eoKp908rEk3KM8CAfkIFXfNAQhnJ7LUK71yYNGYukBlZBDsRLaF6SCSPU-nlU8vQNzuR9FxlBrqor2fXfScnn5ICYevqju65y_QyNBkmpx-Pg75jKTbvaWEdX_RVzX5C2qOri2pPB5m16Pow6eFo743x6QB9FJ04HfN2XSSFeutnSNOI2g" target="_blank" rel="nofollow" noopener">https://t.me/isim_sn
 <div dir="auto" style="text-align:;" justify;">TikTok: https://www.tiktok.com/<a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.instagram.com%2F_u%2Fisim.az%3Ffbclid%3DIwAR3YacyR83xH7B96dJZlq02P6-jzBSSbGptHA1dpakwG0nwxlRyY4BgloVQ&h=AT2E6fPJNV9647vy8IxpuboDLYD1d62wmaa8xrSKVIPqOS12Mf4BxnCUUI1yiIj_35VTb7ddm9Riv9XW20WKWNnfSRiwgFgb0hYg6OlCgp9CYj4WX_yYOByolL8YxP_DPeI&__tn__=-UK-R&c[0]=AT0xOqAO_-18mbKFrHiBKrzuPye6eoKp908rEk3KM8CAfkIFXfNAQhnJ7LUK71yYNGYukBlZBDsRLaF6SCSPU-nlU8vQNzuR9FxlBrqor2fXfScnn5ICYevqju65y_QyNBkmpx-Pg75jKTbvaWEdX_RVzX5C2qOri2pPB5m16Pow6eFo743x6QB9FJ04HfN2XSSFeutnSNOI2g" target="_blank" rel="nofollow" noopener">@isim.az
<p style="font-weight:;" 400;">Kaliforniyanın Berkli Universitetinin alimləri burun spreyi formasında tətbiq olunan yeni dərman yaradıblar.
 <p style="font-weight:;" 400;">Aztibb.az www.nbcbayarea.com-a istinadla xəbər verir ki, sprey koronavirusun çoxalmasının və burundan nəfəs yollarına daxil olmasının qarşısını alacaq.
 <p style="font-weight:;" 400;">Hazırda preparat sınaqdan keçirilir. Təhlükəsizliyi və effektivliyi tam sübut olunduqdan sonra onun tətbiqinə başlanılacaq.
<p style="text-align:;" justify;">SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 672 min manat ianə toplanıb və o artıq sağlamlığına qovuşub. 
 <p style="text-align:;" justify;">AZtibb.az xəbər verir ki, artıq azyaşlı SMA xəstəliyinə qalib gələrək sağlamlığına qovuşub. Ona xəstəliyin müalicəsi üçün qiyməti 2 milyon 200 min dollar olan “Zolgensma” iynəsi vurulub.
 <p style="text-align:;" justify;">Amir ötən gün xeyirxah insanların ianələri əsasında SMA xəstəliyinə qalib gələn digər körpə - 2 yaşlı Adnan Mahmudla görüşüb. Bu barədə A. Tağıyevin "Instagram" səhifəsində foto paylaşılıb.
 <p style="text-align:;" justify;">Qeyd edək ki, Amirin sağalması üçün ATV-də yayımlanan “Bizimləsən” verilişində kampaniya başladılmışdı. Yığılan məbləğ Azərbaycan teleməkanında bir insanın sağlamlığına qovuşması üçün toplanan ən böyük ianə hesab olunurdu.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar, xarici ölkələrin analoji qurumları, eləcə də elm müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirir.
Bu məqsədlə institutla Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, Memoranduma əsasən, tərəflər arasında balıq xəstəlikləri sahəsində prioritet məsələlərdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq və həmin layihələrin nəticələrinin tətbiqi nəzərdə tutulur. Yaradılacaq ortaq işçi qrupu Anlaşma Memorandumu çərçivəsində hazırlanacaq elmi tədqiqat layihələrinin mövzu və məzmununu da müəyyən edəcək.
Bilik və təcrübə mübadiləsi çərçivəsində ölkəmizdə balıqçılıq sahəsindəki qanunların təhlil edilməsi, AQTİ ilə təcrübə mübadiləsi və texniki informasiya dəstəyinin verilməsi, institut tərəfindən müəyyən edilmiş iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlər üzrə risk analizlərinin aparılması, eləcə də digər fəaliyyətlər nəzərdə tutulur. Həyata keçiriləcək layihələr çərçivəsində elmi ədəbiyyat, informasiya, texnologiya və metodologiyaların qarşılıqlı şəkildə paylaşılması və mübadiləsinın aparılması da planlaşdırılır.
<p style="text-align:;" justify;">Sumqayıt şəhərində 1 iyundan 10 avqust 2022-ci il tarixədək 3 nəfər günvurma və istivurma ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
 <p style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Onlardan 1 nəfər Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.
 <p style="text-align:;" justify;">Qeyd olunub ki, şəhər əhalisinə günəş şüasının intensiv vaxtlarında yəni 12:00-dan 18:00-dək gün altına çıxmamaları, yüngül geyimlərdən istifadə etməkləri, bol meyvə-tərəvəzlər, sərin şirələr və maye qəbul etməkləri məsləhət görülür. 
<p style="text-align:;" justify;">Hər il çimərlik mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür.
 <p style="text-align:;" justify;">Kliniki Tibbi Mərkəzin (KTM) rəsmi "Facebook" səhifəsində bildirilib ki, bunu mərkəzin həkim-toksikoloqu İnci Bağırova deyib.
 <p style="text-align:;" justify;">“Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur. Eyni zamanda üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su daxil olur.
 <p style="text-align:;" justify;">Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürəkbulanma, bağırsaq problemi, ishal, iştahasızlıq, başgicəllənmə və başağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin”.