Azərbycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

Azərbycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

Bərdədə 1 nəfərin ölümünə, 3 nəfərin xəsarət almağına səbəb olan zəncirvari qəza hadisəsi baş verib.

Hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz", "Vaz- 21015" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində, Rəhimov Elvin Mübariz oğlu həyatını itirib. Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

 

0
2879
2
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar