Azərbaycanda polis özünü necə güllələdi - TƏFƏRRÜATLAR

Azərbaycanda polis özünü necə güllələdi - TƏFƏRRÜATLAR 

Sumqayıtda ehtiyatsızlıqdan özünü güllələyən polis əməkdaşı, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlunun ölümü ilə bağlı bəzi faktlar məlum olub.

Ölkə.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hadisə "Kapital Bank"ın Sumqayıt filialının inzibati binasının arxasında qeydə alınıb.

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Səhər saatlarında o, bankın binasının arxa hissəsindəki otaqlardan birinə keçib. Bir müddət sonra oradan atəş səsi eşidilib. Hadisə yerinə baxış keçirilərkən 42 yaşlı polis əməkdaşının aldığı güllə yarasından öldüyü müəyyən edilib.

İlkin məlumatlara görə, dünyasını dəyişən polis əməkdaşı, R. Mütəllimovun psixoloji problemləri olub.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi və ya intihar olduğu araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 

0
1865
2
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar