Azad edilmiş ərazilərdə minatəmizləmə ilə bağlı Fransa ilə sənədin imzalanması nəzərdə tutulur

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qrosun müşaiyət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib.

Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransa Respublikasının mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur.

Mənbə:
0
114
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar