Aytən Səfərovadan etiraz: “Şagirdi məktəbə yola salmağa az qala bir nəsil gəlir” - VİDEO

Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Anons.az baku.ws-ə istinadən xəbər verir ki, pandemiyanın davam etdiyi şəraitdə təhsil ocaqlarının bir çoxunda şagird və valideyn izadihamı yaşanıb.

Belə ki, məktəblərdə şagirdlərdən çox valideynlər və onların qohumları olub. Sosial şəbəkələrdə bunları əks etdirən görüntülər yayılıb. Onlardan birini də aparıcı Aytən Səfərova paylaşıb.

O, Bakı şəhərindəki 245 saylı orta məktəbdə yaşanan valideyn izdihamına diqqət çəkərək narazılıq edib:

"26 il ərzində həmişə düzgünlüyün tərəfdarı olmuşam. Valideynlər şikayət edirlər, amma bir şagirdi məktəbə yola salmaq üçün 8 nəfər gəlib. Heç bir müəllim qınanılası deyil. Sonra da deyirlər, pandemiyada biz izdihamda qalmışıq. Az qala bir şagirdi bütöv nəsil gəlir məktəbə yola salmağa”.

Daha sonra aparıcı ənənəvi formada yenidən start götürən yeni dərs ili münasibətilə bütün şagird və müəllimləri təbrik edərək onlara uğurlar arzulayıb..

Qeyd edək ki, aparıcının azyaşlı oğlu Raul da bu il birinci sinifə qədəm qoyur.

Mənbə:
0
338
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar