Avtobusun AYNAsından ölümə baxanlar:Adamların qanını kimlər batırır?

Nazim Bəydəmirli: “Sürücünün  qədər günahı varsadövlət qurumlarının da o qədər günahı var


X
əbər verdiyimiz kimi, sentyabrın 13-ü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun “Surxanı dairəsi” adlanan hissəsində ağır yol qəzası baş verib. Yük avtomobilinin avtobusa çırpılması nəticəsində 5 nəfər ölüb, 21 nəfər isə yaralanıb. Qəza zamanı xəsarət alan 13 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək 
ki, hadisədən cəmi bir gün qabaq Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb.


Kütləvi insan tələfatına səbəb olan ağır yol qəzası ölkədə nəqliyyat sisteminin fəaliyyəti ilə bağlı müzakirələri 
yenidən gündəmə gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iddia edir ki, qəzanı törədən avotomobilin fərqlənmə nişanı olmalı idi və bu olmayıb. Bakı Nəqliyyat Agentliyi (BNA) isə günahın avtobus sürücüsündə olmadığını deməklə, özünü kənarda tutur. Dövlət Yol Polisi İdarəsi (DYP) isə əsas səlahiyyətlərin ondan alındığını söyləyir.


Ortaya haqlı suallar çıxır:


1. Qəzanı törədən yük avtomobilinin niyə fərqlənmə nişanı olmayıb?
 Fərqlənmə nişanı necə əldə edilir?

2. Bakı Nəqliyyat Agenliyi (BNA) avtobusların xaotik hərəkətinə niyə nəzarət etmir?

3. Taksilərin marşrut dayanacaqlarının qarşısında dayanmasına kimlər şərait yaradır?

4. Dövlət Yol Polisi İdarəsi (DYP) niyə bütün bu məsələlərə etinasız yanaşır?


Cavablar:

1. Əvvəla ondan başlayaq ki, əvvəlki adı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), indiki adı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olan qurum Bakı şəhəri istisna olmaqla digər bölgələrdə yükdaşımalara, sərnişin daşımalara, avtovağzalların idarə edilməsinə və digər məsələlərə nəzarət edir. Bakı şəhərində isə yalnız yükdaşımalara icazə verə bilər.


A
vtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinin “Fərqlənmə nişanı” əldə etməsi icbaridir, yəni məcburi. Misal üçün,Bakı Beynəlxalq Avtovağzal Kompleksində çalışan və 20+1 oturacağı olan mikro avtobuslarla rnişin daşıyan sürücülərdən hər ay “Fərqlənmə nişanı” üçün 250 manat rüsum alınır. Əslində isə əsmi rüsum 72 manatdır. Və ən dəhşətlisi də odur ki, sürücülərin heç biri “Fərqlənmə nişanı”nın nə üçün verildiyini, hansı fərqləndirici xüsusiyyətləri olması barədə məlumatsızdır. Sürücülərdən birinin Hokm.Az-a dediyinə görə, hər ay ödəniş edirlər və səbəbini də bilmirlər: “Bununla maraqlanmaq təhlükəlidir. Öz hüququnu tələb etsən dərhal xətdən çıxarılacaqsan”.


Göründüyü kimi, AYNA bu məsələni alver predmetinə çevirib. 
Və belə olduğu halda “Fərlənmə nişanı” sadəcə kağız parçası mahiyyətini daşıyır. Belədə “Bunu kim və ya nəyə görə keçirir” sualının da artıq bir mənası qalmır. Ortaya çıxan mənzərə isə budur: Qəzanı törədən sürücünün “Fərqlənmə nişanı” olsaydı belə, bu heç nəyi dəyişməyəcəkdi.


2. 
Paytaxtda fəaliyyət göstərən avtobuslar ölüm mənbəyidir. Onlar sərnişinlərin əsəblərini pozmaqla, onları çərlətməklə məşğuldurlar. Qrafikin pozulması, sərnişinləri gözlətmə, yolda ötüşmə, həddindən çox sərnişin yığmaq və s. avtobusdan istifadə edənlər üçün tanış mənzərədir. Bununla bağlı edilən şikayətlərin heç birinə isə BNA reaksiya vermir.

3. Avtobus dayanacaqları taksilərin “oylağına” çevrilib. Avtobuslar onlara məxsus olan yollarda sərbəst hərəkət edə, dayanacağa doğru yön ala bilmirlər və nəticədə xaos yaranır. Taksiləri bu cür qanunsuz fəaliyyətə təşviq edən səbəblər nədir və niyə BNA bunların qarşısını almır?

4. Dövlət Yol Polisi İdarəsi (DYP) səlahiyyətlərinin azalmasından şikayət edir. Doğrudanmı günün əksər saatlarında kiçik xəta törədən sürücüləri güdməkdən başqa onların bir işi yoxdur? Olmazdımı ki, əsas diqqəti yolların təhlükəsizliyinə ayırsınlar və nəticədə bu cür faciələr yaşanmasın?


Milli Məclisin sabiq deputatı, iqtisadçı-ekspert Nazim Bəydəmirli hokm.az-a bildirib ki, 
nəqliyyata məsul qurumlar “Burda mənəm, Bağdadda kor xəlifəprinsipi ilə hərəkət edirlər: “Hərə öz sahəsinin ağasıdır. Kordinasiyalı fəaliyyət göstərmirlər, daha çox səlahiyyət uğrunda mübarizə aparırlar. AYNA, BNA və DYP birgə fəaliyyət göstərməlidirlər. Lakin biz nəyin şahidi oluruq? Gördüyümüz kimi, onlardan birinə yollardakı xaotik vəziyyətlə bağlı sual versən, dərhal məsuliyyəti digərinin üzərinə atırlar. Son illər yolların qurulması, yol infrastrukturunun genişlənməsi üçün nə qədər vəsait ayrılıb. Bəs niyə biz müsbət yenilikləri müşahidə etmirik? Nə qədər ki, nəqliyyat sistemində hərc-mərclik, məmur özbaşınalığı halları davam edəcək, belə də olacaq”.


Ekspertin sözlərinə görə, 
son qəzada sürücü nə qədər günahkardırsa, dövlət qurumları da o qədər günahkardır: “Bir qəzada 30-a yaxın insanın həyatı məhv olubOnlar ünvan başına çatmalıydılar, məzara və xəstəxanaya yox. Bu qurumlar yalnız əhalini soymaqla məşğuldurlar. Faktiki olaraq ölkədə “cərimə iqtisadiyyatı” qurulub. Cərimələr ona görədir ki, bir daha belə hallar baş verməsin, başqaları bundan ibrət götürsünlər, yollarda təhlükəsizlik təmin edilsin. Bizdə isə cərimələrlə pul toplayırlar. Maraqlanan yoxdur ki, bu cərimələr əsas məqsədə, söylədiyim kimi, insanların təhlükəsiz hərəkətinə hansı töfhələr verir? Bu kimi hallara son qoyulmalıdır – deyə keçmiş deputat fikirini yekunlaşdırır.


Mikayıl Mirzəzadə

HOKM.AZ

Mənbə:
0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar