"Avroittifaq dünya səhnəsində liderliyi itirə bilər" - Borrel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel ehtiyatlanıb ki, beynəlxalq səhnədə bu yaxınların hadisələri Aİ-nın rolunu aşağı sala bilər - əgər Avropa ölkələri ümumi strategiya hazırlamasalar.

«Avropalılar daha çox obyekt olmaq riski yaşayırlar, nəinki beynəlxalq işlərdə oyuncu olmaq, başqalarının qərarlarına reaksiya verirlər, onun əvəzinə ki, özləri hadisələri idarə etsinlər və onları formalaşdırsınlar»- Avropa diplomatiyasının başçısı öz bloqunda yazıb.

Borrel iki tendensiyanı qeyd edib ki, onun fikrincə, Avropa İttifaqına getdikcə daha çox təsir edir.

«Birincisi, Çinin aktivləşməsinin artması reaksiyasını müşahidə edirik, bunun yaxşı illüstrasiyası kimi AUKUS-u göstərmək olar» - avropalı diplomat yazır.

Borrel digər çağırış kimi dünyada «monopolyar dinamika»nı görür. O, xüsusilə Rusiya və digərlərini göstərir ki, Borrellin fikrincə, onlar regional və qlobal sferada fəaliyyət dairəsini genişləndirməyə can atırlar.

«Onlar kifayət qədər tez-tez Aİ-nın maraq və dəyərlərinin ziyanına fəaliyyət göstərirlər, məsələn, Suriyada, Liviyada, Malidə və digər ölkələrdə olduğu kimi».

Bununla əlaqədar, Borrel Aİ ölkələrinə təklif edir ki, öz imkanlarını və iradəsini inkişaf etdirsinlər.

«Biz, bizləri birləşdirən dəyərlər ətrafında diqqəti cəmləməyi və qarşılıqlı inamı möhkəmlətməyi davam etdirməliyik»- Aİ diplomatiyanının başçısı yazıb.

AzPolitika.info

Mənbə:
0
169
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar