BNA: Ticarət mərkəzindəki yanğınla bağlı daha bir yolda hərəkətə məhdudiyyət qoyulub

Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla bağlı daha bir yolda hərəkətə məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hazırda F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə girişə də məhdudiyyət tətbiq olunub.

Qeyd olunub ki, həmin ərazidən keçən 5, 24, M8 və 202 müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur.

Mənbə:
0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar