Ağac budaqlarına qona bilən dron yaradıldı - Foto

ABŞ-da ağac budaqlarına quş kimi “qona bilən” dron yaradıblar.

Axar.az xəbər verir ki, ABŞ-ın Stenford Universitetinin alimləri tutma sistemi quş caynaqlarına bənzəyən kvadrokopteri nümayiş etdiriblər.

SNAG (Stereotyped Nature-Inspired Aerial Grasper) sistemi quşların pəncələrinin anatomiyasını imitasiya edir və dronun ağac budaqlarına enməsinə, həmçinin obyektləri tutub havada daşımasına imkan verir.

Qeyd edək ki, daha öncə də mühəndislər dronlar üçün "quş pəncələri" yaratmağa cəhd göstəriblər, lakin indiyə qədər buna nail ola bilməmişdilər.

Mənbə:
0
126
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar