"Aeroflot"un Bakı nümayəndəliyi hər kəsi maraqlandıran xəbərə aydınlıq gətirdi - AÇIQLAMA

Bu gün turizm şirkətlərinə "Aeroflot" hava yollarının Bakı-Moskva reyslərində koronavirus testi neqativ çıxmş bütün Azərbaycan vətəndaşlarının uça biləcəyinə dair məlumatlar göndərilib. Mövzu bir neçə dəqiqə ərzində aktuallıq qazanıb və geniş müzakirəyə səbəb olub.

Məsələylə bağlı Turizmplus.az saytının əməkdaşları aviaşirkətin Bakı nümayəndəliyi ilə əlaqə saxlayıb. Bakı ofisindən bu qaydanın həqiqətə uyğun olduğunu və fevralın 18-dən etibarən həyata keçiriləcək reyslərdə tətbiq olunacağını bildiriblər.

Onu da qeyd edək ki, məsələylə bağlı geniş müsahibə bazar ertəsi Turizmplus.az saytında yayımlanacaq.

 

 

Mənbə:
0
1340
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar