ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib

ABŞ-ın keçmiş prezidenti Bill Klinton qan zəhərlənməsi səbəbindən Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

“Bu sepsis (qan zəhərlənməsi) kimi bilinən qanda infeksiyadır”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Amerika administrasiyasının keçmiş rəhbərinə antibiotik müalicəsi təyin edilib.

Öz növbəsində, Klintonun nümayəndəsi Anxel Urenya iki gündür xəstəxanada yatan 75 yaşlı keçmiş ABŞ liderinin sağaldığını bildirib: “Prezident Klinton koronavirusla əlaqəsi olmayan müalicə üçün çərşənbə axşamı günü Kaliforniya Universitetinin tibb mərkəzinə yerləşdirilib. Əhval-ruhiyyəsi yaxşıdır, sağalır və əla tibbi xidmətə görə həkimlərə, tibb bacılarına və işçilərə minnətdaram”.

Mənbə:
0
128
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar