2021-ci ildə Rusiyanın qeyri-enerji ixracı rekord qıra bilər - 180 MİLYARD DOLLAR

Rusiya İxrac Mərkəzinin (REC) rəhbəri Veronika Nikişina, 2021-ci ilin sonuna qədər Rusiya Federasiyasının qeyri-enerji məhsullarının ixracının yeni bir tarixi rekord qıra biləcəyini söyləyib.

"Artıq bu ay, Rusiyanın qeyri-enerji məhulları ixracı 141 milyard dolları keçəcək. İlin sonuna qədər Rusiyanın qeyri-enerji ixracı yeni bir tarixi rekord səviyyəyə - 180 milyard dollara çata bilər”, - Nikişina deyib.

2020-ci ilin sonunda Rusiyadan qeyri-enerji  məhsullarının ixracının həcmi 2019-cu illə müqayisədə 4% çox olmaqla 161,3 milyard dollar təşkil etmişdir. 

Yeni metodologiyaya uyğun olaraq, qızıl da qeyri-enerji ixracının hesablanmasından çıxarılır.  

2021-ci ilin 9 ayı ərzində Rusiyadan qeyri-enerji ixracı keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% artaraq 135 milyard dollara çatıb.

Mənbə:
0
151
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar