Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
yüklənir...

Ukrayna prezidenti, ABŞ prezidenti Donald Trampın vəkilinə ötən il 400 min dollar rüşvət verildiyinə dair BBC-nin yaydığı məlumatı "ağ yalan” adlandırıb. Xəbərdə bu pulun vəkilə iki liderin görüşünü təşkil etmək məqsədiylə verildiyi iddia olunur.
Mia.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, Petro Poroşenkonun ofisi təkzib bəyanatını mayın 23-də – BBC-nin materialı dərc olunduqdan bir neçə saat sonra verib.
BBC-nin materialında iddia edilir ki, ödəniş araçıların vasitəsilə Maykl Koenə edilib. Guya, Koen bu ödənişin müqabilində Poroşenko və Tramp arasında məxfi kommunikasiya kanalı açmalıymış.
BBC-nin reportajında Kiyevdə adı çəkilməyən mənbəyə istinad edilir.
Poroşenkonun mətbuat xidmətinin bəyanatında deyilir: "Ağ yalan, iftira və saxta məlumatdır. Biz bu dezinformasiyanı belə qiymətləndiririk”.
Bəyanatda daha sonra deyilir ki, "bu dezinformasiyanı” yayanlar Ukrayna-ABŞ münasibətlərinə ziyan vurmaq istəyirlər: "Bu, həm də Ukrayna və ABŞ prezidentlərinə qarşı şəxsi hücumdur”.
Bəyanatda BBC-dən materialı silmək tələb edilir və bildirilir ki, məsələ ilə bağlı hüquqi müstəvidə tədbir görülə bilər.
Koen bu barədə "Reuters”in sualına SMS-lə cavab verib: "Bu məlumat tamamilə saxtadır”.
BBC-nin bu məlumatı Koeninin üzərinə təzyiqlərin artdığı bir vaxta təsadüf edir. O, uzun müddətdir ki, Trampın şəxsi vəkilidir və onun imperiyası üçün müxtəlif sövdələşmələrin əldə olunmasında əsas rollardan birini oynayıb.
Koen habelə 2016-cı ildə porno aktrisasının Trampla keçmiş münasibətləri barədə susması üçün qadına ödəniş edilməsini təşkil edib. Tramp bu qadınla hər hansı intim münasibətlərini inkar etsə də, ona 100 min dollar ödəndiyini təsdiqləyib.
Ötən ay federal xəfiyyələr Koenin evinə və ofisinə reyd keçiriblər.
Məhkəmə sənədlərindən məlum olur ki, qaynatası Ukrayna mühaciri olan Koen bank fırıldaqçılığında, seçki qanunlarını pozmaqda və başqa qanunsuz əməllərdə şübhəli bilinir.
Hüquq ekspertləri deyirlər ki, aktrisa Stefaniya Klifforda ödəniş qanunsuz kampaniya ödənişi kimi təfsir edilə bilər.
Ukraynadakı mənbə BBC-yə bildirib ki, Poroşenko ABŞ seçkisində Hillari Klintonun qələbəsinə inanırmış və 2016-cı ilin avqustunda "The New York Times” qəzetində dərc olunmuş sənədin sızmasına məhz o, xeyir-dua verib.
Həmin sənəddən görünürdü ki, Trampın ovaxtkı kampaniya rəhbəri Pol Manafort Ukraynadakı rusiyayönlü partiyadan milyonlarla dollar alıb.Bu məqalənin dərcindən bir neçə gün sonra Manafort istefa vermişdi.
Ötən il xüsusi prokuror Robert Müeller Manaforta qarşı iki rəsmi ittiham irəli sürüb.
скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR
20.06.2018

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
20.06.2018

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb
20.06.2018

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı
20.06.2018

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI
20.06.2018

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh
20.06.2018

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə
20.06.2018

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”
20.06.2018

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."
20.06.2018

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."

Nazir xidmət rəisini istefaya göndərdi
20.06.2018

Nazir xidmət rəisini istefaya göndərdi

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi
20.06.2018

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə
20.06.2018

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident
20.06.2018

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...
20.06.2018

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?
20.06.2018

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur
20.06.2018

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır
20.06.2018

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN
20.06.2018

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”
20.06.2018

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”
20.06.2018

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq
19.06.2018

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes  üçün təhlükə yaranıb”
19.06.2018

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes üçün təhlükə yaranıb”

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib
19.06.2018

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay
19.06.2018

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”
19.06.2018

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video
19.06.2018

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video

ABŞ-da Mənbiç açıqlaması
19.06.2018

ABŞ-da Mənbiç açıqlaması

Rusiyalı politoloq:“Sərkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”
19.06.2018

Rusiyalı politoloq:“Sərkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”

Bütün Xəbərlər

FaceBook