Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

"Təkbaşına heç kimin Ərdoğanı məğlub etməyə gücü çatmaz"

"Təkbaşına heç kimin Ərdoğanı məğlub etməyə gücü çatmaz"
yüklənir...

Artıq Türkiyədə prezidentliyə namizədlər bəlli oldu.

Türkiyədə yaşanan seçim həyəcanını türklər qədər olmasa da azərbaycanlılar da az yaşamır. Seçim sürəcində yaşanan olaylar Azərbaycanda da yaxından izlənilir.

Ərdoğanın ən ciddi rəqibi kim olacaq və seçkilərədək CHP namizədi Məhərrəm İncənin Meral Akşenerə güzəşt edəcəyi relaldırmı? İkinci turun olacağı iddiaları da intensivləşib. Sizin proqnozunuz necədir bu barədə?

Moderator.az bu sualları Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya ünvanlayıb.



Professor Qafar Çaxmaqlı müxalif qanadın namizədlərinin bir-birinə güzəştə getməyəcəyini bildirib:

"Türkiyədə yaşanan seçim həyəcanını bir çox məsələlərin durulması və aydınlaşması müşaiyyət edir. Demokratiyanın göstəricisi kimi bütün bunlar seçkiyə qədər davam edən mübarizənin tərkib hissəsi hesab edilməlidir. Başqa illərə nisbətən bu il seçimlərə siyasi təşkilatlar ittifaq halında gedirlər. Heç şübhəsiz fovarit Cumhurittifaqıdır və prezident R. T. Ərdoğan bu seçkilərdə yenidən öz postunu qorumaq üçün qərarlı görünür.  

MHP-nin də dəstəyi, bir vaxtlar bu partiyadan ayrılan Böyük Birlik partiyasının da bu ittifaqda yer alması yeni bir hadisədir. Digər ittifaqda yer alanların əsas məqsədi Ərdoğana gedəcək səsləri bölmək və birinci turda onun qələbəsinə mane olmaqdır. Ola bilsin ki, bu baş versin, amma ikinci tura ikinci olaraq çıxacaq namizəd - bu ola bilsin Akşener və yaxud CHP-nin namizədi Muharrem İncə olsun, ya da səadətçi Karamollaoğlu. Zənnimcə təkbaşına heç birinin Ərdoğanı məğlub etməyə gücü çatmaz.  Həm də burada müxalif qanadın namizədlərinin bir-birinə güzəştindən söhbət getməyəcək. İkinci tur olarsa ( böyük ehtimalla bu olacaq) ikinci yeri tutan şəxs seçkiyə gedəcək. Müxaliflərin də öz aralarında belə razılaşma var ki, həmin şəxsin qələbəsini təmin etmək üçün fəaliyyətlərini yenə də davam etdirsinlər, yəni seçicilərini həmin namizədə səs verməyə səsləsinlər. Seçim ittifaqı budur. Bundan öncəki müzakirələrdə daha bir namizədə ümid edilirdi- Abdullah Gülə, o isə bəlkə də doğru olaraq bu işə girmədi. Əgər o bu seçkilərdə məğlub duruma düşsəydi, zənnimcə olub-qalan etibarını itirərdi. Bu gün prezident Ərdoğan Kayseridə idi. Çox böyük izdiham vardı. İç Anadolu yenə onun qələbəsini təmin edəcək qala rolunu oynamaqda davam edəcək."скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook