Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

ABŞ kürdləri Afrində niyə tək buraxdı? - İkinci aldadılmanın hekayəsi

ABŞ kürdləri Afrində niyə tək buraxdı? - İkinci aldadılmanın hekayəsi
yüklənir...

Türkiyə ordusu müttəfiq silahlılarla birlikdə martın 18-də Afrin şəhərini YPG-dən aldı. Doğrudur, kürdlər bunu “planlı çəkilmə” adlandırır. Amma istənilən halda yanvarın 20-dən başlayan “Zeytun budağı” əməliyyatının kulminasiya hadisəsi Afrin idi. Ancaq gözlənilənin, yəni kürdlərin elan etdiyinin əksinə olaraq YPG silahlıları 48 saatdan sonra şəhəri təhvil verdilər. 
 
Halbuki bir gün əvvəl YPG-nin sözçüsü Türkiyə ordusunun Afrini alacağı xəbərlərini istehza ilə qarşılayırdı. Kürdlər Afrində dirənəcəkləri mesajını verirdilər, səngərlər, barrikadalar, şəhər kənarında düzülmüş silahlı qadınlar və sair nümayiş etdirdilər. Amma heç biri olmadı, Türkiyə ordusu Afrini mühasirəyə aldıqdan 48 saat keçməmiş YPG şəhəri səssiz-səmirsiz qoyub qaçdı.
 
Afrin əməliyyatı bir mənada Kərkük əməliyyatına bənzədi. Son iki ildə kürdlər İraq və Suriyada iki ağır zərbə aldılar. Doğrudur, kimsə deyə bilər ki, Kərkük kürd şəhəri deyildi, işğal edilmişdi, sonra da işğalçılar qovuldular. Amma əslində elə Afrin də kürd muxtariyyəti deyildi, kürdlər Suriyadakı xaosdan istifadə edərək şəhəri və eyni adlı vilayəti nəzarətə götürmüşdülər. Amma Afrin və Kərkük əməliyyatının bir mühüm ortaq cəhəti var: kürdlər növbəti dəfə aldadıldılar. 
Əslində buna aldadılmaq da demək olmaz. Kürd siyasətçilər daha çox şeyə iddia edirdilər və müttəfiqlərindən bütün istəklərini reallaşdıracaqlarını düşünürdülər. Halbuki, 100 il əvvəl də belə olmuşdu. PYD liderləri 4 ildir birgə savaşdıqları və hər cür dəstəyi gördükləri Amerikadan daha çox şey gözlədilər. Buna özlərinə görə haqları da vardı. Regionda hər kəs amerikalılardan üz döndərəndə kürdlər onların yanında oldu. İŞİD-ə qarşı amerikalı generalların əmri altında savşdılar, Pentaqonun İraq və Suriyada döyüş gücləri rolunu öz üzərlərinə götürdülər. Əslində baxsan Suriya və İraqdakı hadisələr kürdlər üçün 100 ilin fürsətini gətirmişdi. Dünyanın bir nömrəli supergücü olan ABŞ İraq və Suriyada kürdlərlə ittifaq qurmuşdu, onları silahlandırır, birgə savaşırdılar.
 
abÅ kürdlÉr ile ilgili görsel sonucu
 
Kobani şəhəri 5 ay məhz ABŞ silahı və hərbi aviasiyasının dəstəyi nəticəsində İŞİD-in əlinə keçmədi. Və amerikalıların sayəsində kürdlər etnik çərçivəli bir koalisiya qurdular. Ərəb, kürd, türkmən, suryani kimi etnik qrupları bri araya gətirib Suriya Demokratik Qüvvələri adlı hərbi-siyasi ittifaq qurdular. Suriyanın şimalında ölkə ərazisinin 25 faizdən çoxuna nəzarət YPG-yə verildi. İŞİD-in “paytaxtı” Raqqa Pentaqon-YPG əməkdaşlığı nəticəsində İŞİD-dən alındı. Tam da qalibiyyətin eşiyinə gələndə Afrin hadisəsi baş verdi.
 
Pentaqon-YPG ile ilgili görsel sonucu
 
Afrindən əvvəl isə Kərkükün təmzilənməsi baş vermişdi. İraqda ABŞ-ın sadiq müttəfiqi yenə Vaşinqtona güvənərək müstəqillik eşqinə düşmüşdü. Doğrudur, son ana qədər Vaşinqton Bərzanini müstəqillik referendumundan çəkindirməyə çalışdı. Amma Bərzani geri çəkilmədi, çünki haradasa ümid edirdi ki, Səddamdan bu yana müttəfiqlik etdiyi, hər sözünü, əmrini icra etdiyi amerikalılar onu ərəblərin, türklərin və farsların qarşısında köməksiz qoymaz, ən sonda yardımına gələr. Amma olmadı, 100 il əvvəl olduğu kimi, region ölkələri birləşərək İraq kürdlərinə yerini göstərdi.
 
afrin zeytin ile ilgili görsel sonucu
 
Afrində də təxminən belə oldu. Son ana qədər kürdlər okeanın o tayından kömək gözlədilər. Əlbəttə, Pentaqonun Afrində kürdlərə açıq dəstək verməsi mümkün deyildi, amma kürdlər Qərbin Türkiyəyə təzyiq göstərəcəyinə, Afrin mərkəzinin tutulmasına mane olacağına ümid edirdilər. Amma olmadı. YPG Suriyadakı 3 kürd vilayətindən birini itirdi. Vaşinqton isə səssiz qaldı, Kərkükdə olduğu kimi.
 
İndi isə hər kəs “bundan sonra nə olacaq”, deyə düşünür. Amerika Menbicdə kürdləri qoruyacaqmı, qoruya biləcəkmi? Bu suala indi cavab vermək, fal açmaq kimidir. Amma yaşanmış təcrübə var, o bizə bəzi şeyləri deyir. Afrini itirsələr də PYD hələ də Suriyanın şimalında ən böyük əraziyə sahib müxalif gücdür. Təbii ki, kürdlərin Suriyada muxtariyyət əldə etməsi, İraqda olduğu kimi yarımmüstəqil güc kimi çıxış etməsi Vaşinqtonun maraqlarına cavab verir. Çünki kürd muxtariyyəti Dəməşq hakimiyyəti və Türkiyəyə qarşı təzyiq rıçaqı ola bilər. Ancaq burada bir incə detal var. Suriyada kürd muxtariyyətinin yaradılması həm də Suriya mərkəzi hökuməti və Türkiyənin razılığına bağlıdır. Daha doğrusu, əgər Dəməşq və Ankara, eləcə də Bağdad və Tehran qarşı çıxsa, kürdlərin muxtariyyət planı alınmaya bilər. Bu səbəbdən də indi kürdlərin muxtariyyət arzusu həm də region ölkələrinin nə qədər birləşə bilməsi və İraqda olduğu kimi, ittifaq qura biləcəyinə bağlıdır.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook