Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Əjdahanın nəbzini tutmaq: Azərbaycan Çin ilə effektiv münasibətlər qurmağı necə bacarır – TƏHLİL

Əjdahanın nəbzini tutmaq: Azərbaycan Çin ilə effektiv münasibətlər qurmağı necə bacarır – TƏHLİL
yüklənir...

Ötən həftə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasına önəmli bir səfər etdi. O, səfər zamanı vacib görüşlər keçirib, Çinin istehsal etdiyi hərbi məhsullarla, silah-sursatla tanış olub. Səfərin nəticələri deməyə əsas verir ki, Azərbaycanın yaxın hərbi tərəfdaşlarının siyahısı qüdrətli bir dövlətin hesabına genişlənə bilər.Əgər bu dövlətlə effektiv münasibətlər qurulsa, Çin ilə əməkdaşlıq Azərbaycana çox şey verə bilər. Effektiv münasibətlər qura bilmək üçün isə Çini yaxşı tanımaq, onun siyasətinin, tarixinin və diplomatiyasının incəliklərini bilmək lazımdır. Çünki Çin doğrudan da, hər baxımdan fərqli dövlətdir.

“...Göylərin iradəsi ilə imperator olan Biz, İngiltərə kralına tövsiyələrimizi diqqət mərkəzində saxlamağı təklif edirik: Dörd dəniz arasındakı məkanda hökmranlıq edən Səmavi imperiya nadir və bahalı əşyaları qiymətləndirmir... Eynilə də biz ölkənizin (İngiltərənin) sənaye məhsullarına zərrə qədər də ehtiyac duymuruq... Müvafiq olaraq biz, sizin xidmətinizdə olan elçilərə sağ-salamat evə qayıtmağı əmr etdik. Siz - kral, sadəcə olaraq, bizim istəklərimizə uyğun hərəkət etməli, əbədi itaətə and içərək, bizə sədaqətinizi möhkəmləndirməlisiniz...”

Bu sözlər XVIII əsrin ortalarında Çin imperatorunun Böyük Britaniya kralı III Georqa ünvanlanmış cavabındandır. Zbiqnev Bjezinski "Böyük Şahmat Taxtası - Amerikanın hökmranlığı və geostrateji imperativləri" adlı kitabında yazır ki, hələ 18-19-cu əsrlərdə çinli olmaq - mədəni olmaq demək idi və bu səbəbdən də qalan bütün dünya Çinə layiqli hörmət, ehtiram nümayiş etdirməli idi.

Bu mənada, dövlətlərarası münasibətlərdə, iqtisadi əlaqələrdə, bir sözlə, bərabərtərəfli partnyorluq masası ətrafında Çin özünə böyük hörmət, sayğı tələb edən ölkədir. Bu diqqət Çinin tarixinə, mədəni irsinə, abidələrinə, siyasi yanaşmalarına, iqtisadi siyasətinə, ən başlıcası, milli kimlik identifikasiyasına qarşı daha qabarıq şəkildə tələb olunur. Çin dövləti bu kimi məsələlərdə incə, son dərəcə diqqətli düşünən, faktları nəzə alan ölkələrə ayrıca xüsusi ehtiram bəsləyir. Belə ölkələrdən biri də Azərbaycan Respublikasıdır.

Dövlət başçısı İlham Əliyevin Çinlə bağlı son dərəcə praqmatik, mədəni-tarixi kontekstə uyğun addımları, uzaqgörən gedişləri söyləməyə əsas verir ki, Prezident bir peşəkar diplomat kimi Çinə hansı bucaqdan yanaşmağın lazım olduğunu mükəmməl bilir. Qeyd etdiyim kimi, Çin üçün milli kimliyə, tarixi abidələrinə və keçmişinə hörmət hər şeydən uca, ali məna daşıyır. Örnək olaraq, ailə-məişət üslubundakı ünsiyyətləri, ailələrin daxilində böyüyə, yaşlı insanlara olan böyük hörməti, təzimi vurğulamaq yetərlidir.



Başqa bir faktı nümunə göstərək. Demək, "Çin azərbaycanlıların gözü ilə" adlı kitabda Pekində təhsil almış azərbaycanlı tələbələrdən biri öz məqaləsində yazır: "Bizi tələbə vaxtı mütəmadi olaraq Pekinin qədim məbədlərinə aparırdılar...” Buradan da görünür ki, Çin öz tarixinə böyük hörmət tələb edən ölkədir və ikitərəfli siyasi əlaqələrə bu prizmadan baxan dövlətlərə böyük həssaslıqla yanaşır.

Ümumiyyətlə isə, Çin Asiyanın ən sürətlə inkişaf edən ölkəsi olmağına baxmayaraq, sibaristçilikdən (naz-nemətə, işləməməyə vərdiş etmək) uzaq məmləkətdir. Bu məqamda ABŞ-ın sabiq prezidenti Riçard Niksonun dediyi bir ifadəni xatırlatmaq yerinə düşərdi: "Çin böyük məktəb, biz isə bu məktəbin tələbələriyik”.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra 1991-ci ilin dekabr ayının 27-də Azərbaycan Respublikasının müstəqilliyi ÇXR tərəfindən tanındı. 1992-ci ilin aprelin 2-də isə ikitərəfli diplomatik əlaqələr quruldu. 1994-cü ildə Milli lider Heydər Əliyevin ilk xarici səfəri məhz Çin Xalq Respublikası olmuşdu.

Mütləq vurğulamaq lazımdır ki, Çin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanındadır. Azərbaycan isə öz növbəsində "Vahid Çin" siyasətilə bağlı rəsmi Pekinə hər zaman dəstək verdiyini bəyan edib. 

Prezident İlham Əliyevin bu günə qədər Çinə olan rəsmi səfərləri bir sıra incə, həsas məqamları ilə fərqlənir. Rəsmi, eləcə də işgüzar səfərləri diqqətlə analiz etdikdə aydınlaşır ki, Prezident Çin dövlətinin obrazlı desək, 'yumşaq damarı'nı tutmağı bacarıb. Hesablanmış diplomatik hədəflər İlham Əliyevə peşəkar diplomat kimi, Çin xarici siyasətini yürüdənlərin nəzərində xüsusi bir reputasiya qazandırıb.



Əgər diqqət yetirsək, Prezidentin 2005 (ilk səfəri) və 2008-ci illərdəki rəsmi səfərləri zamanı Çin üçün ənənəvi sayıla biləcək, lakin Azərbaycan diplomatiyası üçün yenilik kimi qiymətləndirə biləcəyimiz yanaşmanın - tarixi abidlərin ziyarətinin əsası qoyuldu. İlk baxışda sadə addım kimi görünə bilər. Lakin unutmaq olmaz ki, Azərbaycan Prezidenti heç də hər səfər etdiyi ölkənin tarixi abidələrinə baş çəkmir. Çin bu mənada xüsusi əhəmiyyət daşıyır. 2005-2008-ci illərdəki rəsmi səfərlər zamanı Prezident Böyük Çin səddi və dünyanın nadir tikintilərindən sayılan memarlıq abidələrinə, Şanxay şəhərindəki məşhur teleqüllə və Şanxay Planlaşdırma muzeyinə baş çəkmişdi. 2015-ci ildə isə Çinin simvollarından biri sayılan "Terrakot ordusu" və "Pekin Xalq Qəhrəmanları Abidəsi"ni ziyarət edən dövlət başçısı əsasını qoyduğu diplomatik xətti daha da gücləndirdi. 

Sonucu səfər zamanı (2015) Prezident İlham Əliyevin Çinin Renmin Universiteti tərəfindən "Tarix üzrə fəxri professor" diplomu və döş nişanı ilə mükafatlandırılması maraqlı məqam idi. Bununla Çin tərəfi İlham Əliyevin diplomtik gedişlərini diqqətdən qaçırmadığına eyham vurur və bu addımları yüksək qiymətləndirildiyini bir daha əyani şəkildə göstərdi.

Düzgün qurulmuş bu diplomatik xətt Azərbaycanla Çin arasında yaxınlığın getdikcə güclənməsini təmin edib. Müdafiə nazirinin sonuncu səfəri isə göstərdi ki, biz yaxın gələcəkdə Çin istiqamətində düzgün qurulmuş bu diplomatiyanın başqa nəticələrini də görə biləcəyik.

Fərrux Həsənov
AzVision.azскачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook