Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Amerikanın Suriyanı bölmək üçün məxfi planı:“Türkiyə-Suriya müharibəsi törətmək, İranı bölgədən qovmaq, Rusiyanı razı salmaq” – Təhlil

Amerikanın Suriyanı bölmək üçün məxfi planı:“Türkiyə-Suriya müharibəsi törətmək, İranı bölgədən qovmaq, Rusiyanı razı salmaq” – Təhlil
yüklənir...

Nazanin Armanian
Publico.es (İspaniya), 28.03.2018

Vaşinqton, 11 yanvar 2018-ci il, məsələ – “Suriyanın bölünməsi üzrə addımlar”. İlk toplantıya qatılıblar: öz hökumətlərində Yaxın Şərq üzrə mütəxəssislər kimi yüksək post tutan amerikalı Devid Satterfild (keçmişdə İraq müharibəsi dönəmində Kondoliza Raysın baş müşaviri), britaniyalı Hyuc Kliri, fransız Jerom Bonnofant, iordaniyalı Nəvaf Təll və səudiyyəli Camal əl-Aqil. Bu xəbəri Livanın toplantının daha bir iştirakçısı və Britaniyanın ABŞ səfirliyinin Yaxın Şərq bölməsinə sorumlu Bencamin Normanın göndərdiyi 2018-ci il 12 yanvar tarixli məxfi diplomatik teleqrama isnad edən “əl-Əkbər” qəzeti fevralın 22-də dərc edib. Beş dövlətin təmsilçiləri yanvarın 23-də Parisdə yenidən toplaşıb və diqqəti “Əsədin kimyəvi silahı” mövzusundan daha yaxşı necə faydalanmağa və planı həyata keçirmək üçün BMT Baş katibinin Suriya üzrə özəl elçisi Staffan de Misturanı manipulyasiya etməyə yönəldiblər.
 
Suriyanın dağılması üzrə addımlar
 
-Suriyada durumun siyasi həllinə sıradakı iki üsulla mane olmaq: müharibəni uzatmaq, Fəratın şərq sahilində (“cihadçı” müttəfiqlərin sayəsində) ABŞ-ın hərbi mövqeyinin möhkəmlənməsinə zəmanət verərək – Devid Satterfildin toplantıda göstərdiyi kimi, bunun üçün hər il 4 milyon dollar ayrılacaq – və Suriya üzrə özəl elçi Staffan de Misturanı manipulyasiya etməklə BMT-dən faydalanmaq. Dəməşqin konfransdan çıxmasına mane olmaq qəsdilə ona “Cenevrə danışıqlarının gedişində siyasi prosesin aktivləşməsi” adlı qeyri-rəsmi sənəd göndəriləcək və bu qayda ilə Rusiya, İran və Türkiyənin yeritdiyi Soçi təşəbbüsləri neytrallaşdırılacaq. Bu arada Rusiya hərbçilərinin Afrindən çəkilməsinin bir şərti üsyançıların Soçidə iştirakına Ankara tərəfdən zəmanət və Fəratdan şərqə strateji şəhər İdlibin Dəməşqə qaytarılmasıydı.
-Suriyanı şərq-qərb oxu üzrə Moskva və Vaşinqtonun təsir zonaları arasındakı sərhədlərdən biri kimi Fərat çayı ilə bölmək. ABŞ müdafiə naziri Ceym Mettis rejim dəyişilməsə, Suriyanın bölünəcəyini nəzərdə tutmaqla bildirib: “Vahid Suriyada Əsədə yer yoxdur”. Əslində, Suriyanın şərqində Deyr-əz-Zorda fevralın 7-də ABŞ tərəfdən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə hücumun məqsədi “ərazini nişanlamaq” idi.
-Staffan de Misturanı Pentaqonun yaratdığı 1) general Reymond Tomaselin etirafına görə, Ankaranı sakitləşdirmək üçün və Cenevrə konfransına dəvət olunacaq kürdlərdən savayı türkmən və ərəbləri ehtiva edən Suriya Demokratik Qüvvələri (SDQ; 2) Əsəd hökuməti və 3) kürd Xalq Özünümüdafiə Dəstələrinə (YPG) Suriyanın şimali-şərqində neftlə zəngin Deyr-əz-Zordakı rayonları əhatə edəcək mini-muxtariyyətdən ibarət olan Suriyanın yeni siyasi strukturunu qəbul etməyə inandırmaq. Söhbət elə Obama hökumətinin ölkəni kürd-sünni, ərəb-sünni və ələvi ərəblər zonalarına bölməyi nəzərdə tutan “B planı”ndan gedir. ABŞ SDQ-nin BMT-də təmsilçiliyinin yaradılmasını dəstəkləyəcəkdi. Pentaqon Suriyadakı müttəfiqlərini “məşq və təchiz etmək” məqsədilə 2019-cu il üçün 550 milyon dollar tələb edib.
-Planı Rusiya üçün cəlbedici etmək üçün üsyançıların BMT TŞ-nın 2254 saylı qətnaməsində qeydə alınmış keçid hökumətinin yaradılması haqda tələbi rədd ediləcəkdi; Əsədə seçkilərə qatılmağa icazə verəcək, amma udmağına mane olmaqdan yana hər cür şərait və institutlar yaradılacaq.
-İranı Suriyadan qovmaq – bununla Mayk Pompeo, Tramp hökumətindəki yeni “qırğı” məşğul olacaq. Tillersonun varisi Türkiyə və İranı islamçı diktaturalar sayır.
Türkiyəni Suriya ilə müharibəyə təhrik etmək. Əslində, NATO Afrini işğal etməklə Hələbi mühasirəyə alır və Əsədə, Rusiyaya, İrana basqı edir. Bundan başqa, alyans Afrində suriyalı ərəb qaçqınları məskunlaşdıraraq Yuqoslaviya və İraqda edildiyi kimi orada  “monoetnik” bölgə yaratmaqla “demoqrafik mühəndisliyə” əl atmağı planlaşdırır.
… Kürdlərə müdafiə əvəzində Afrini Dəməşqə təslim etməyi təklif edən Moskva bilirdi ki, Amerikanın onlarla hərbi bazası və minlərlə ABŞ əsgərinin “müdafiə” və nəzarət etdiyi Rojava bunu edə bilməz. Rusiya bu cür mübadilə vasitəsilə taqətdən düşən Suriya ordusunu İdlib uğrunda ölümcül döyüşdən, hər iki şəhərin əhalisini isə daha böyük humanitar fəlakətdən xilas edib. Suriya hərbçiləri İdlibdə Əbu-Duhur aeroportu üzərində nəzarəti məhz bu cür qaytarıblar. Təəccüblüdür ki, Noam Çomlu ABŞ, Rusiya və İrandan Ankaranın Afrini yeni Kobaniyə çevirməyinə imkan verməməyi xahiş edib. Yuqoslaviya və Liviya üslubunda daha bir “humanitar müdaxilə”? Xeyr, təşəkkürlər!
Avrasiyada ağalıq uğrunda savaş davam edir. Bu, sui-qəsd nəzəriyyəsi deyil. Sözügedən cənablar növbəti suveren dövləti aşırtmaq razılığına gəliblər.
 
Tərcümə Strateq.az-ındır.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook