Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

DİPLOMATİK DEMARŞDAN İMTİNA…- AB-nin 9 ölkəsi diplomatlar məsələsində Britaniyanı niyə heçə saydı?

DİPLOMATİK DEMARŞDAN İMTİNA…- AB-nin 9 ölkəsi diplomatlar məsələsində Britaniyanı niyə heçə saydı?
yüklənir...

"Brexit" (Britaniyanın Avropa Birliyindən çıxması) qərarına baxmayaraq, rəsmi London NATO və Avropa Birliyindəki müttəfiqlərini səs-küylü addıma razı sala bildi. 25 ölkə ümumilikdə 150-dən artıq rusiyalı diplomatı ölkəsindən çıxarmaq barədə qərar verdi. Bu Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal və qızının bu il martın 4-də Britaniyada zəhərlənəməsinə (Britaniya bu olayda Moskvanı ittiham edir) verilən cavab idi. 
Avropa Birliyinin 18 ölkəsi dimplomatik demarşa qoşulsa da, 9 üzv-dövlət bu addımdan imtina etdi. 
Strateq.az xarici mətbuata istinadən 9 ölkənin nədən ehtiyat etdiyinə və Britaniya ilə niyə həmrəylik nümayiş etdirmədiyinə aydınlıq gətirəcək.
 
Kiçik dövlətlərin böyük maraqları…
 

Diplomatların çıxarılması ilə bağlı qərarla Avropa Birliyinin əsasən kiçik dövlətləri həmrəy olmadı. Bu dövlətlərin imtinasının əsas səbəbi Moskvanın cavab tədbirlərinə əl ataraq onların Rusiyadakı səfirliklərini tamamən qapadacağından ehtiyat etmələri idi. 
Məsələn, Malta hökuməti imtina səbəbinin bu olduğunu açıq şəkildə bəyan etdi.
Lüksemburq təmkinli mövqe sərgiləyərək Rusiyadakı səfirini məsləhətləşmə üçün geri çağırdı. Lüksemburq Xarici İşlər Nazirliyi martın 28-də yaydığı bəyanatda bildirdi ki, bu ölkə Skripal işində Londonla tam həmrəylik nümayiş etdirir.  
Həmin gün Malta hökuməti də Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdı.
Malta və Kiprin Rusiya ilə qarşıdurmaya getməmək üçün  daha bir səbəbi vardı – Avropa Birliyi pasportlarında ticarət. Bu, ada dövlətlərin büdcəsinə milyardlarla avro gətirən ticarətdir. Zəngin ruslar bu pasportları aktiv şəkildə alırlar.  
 
Məsələn, Malta pasportunu almaq ən azı 1,1 milyon avrodur. Kipr pasportuna sahib olmaq üçün ən azı 2 milyon avro lazımdır. 
Kipr pasportuna sahib olan rusiyalı milyarderlərdən biri də bugünlərdə adı rus müxalif lider Aleksey Navalnının korrupsiyaya dair araşdırmasında keçən biznesmen Oleq Deripiskadır. 
Avropa Birliyinin bir neçə başqa ölkəsi də vətəndaşlığı və müvəqqəti yaşama icazəsini oxşar üsulla verir. Amma Malta və Kiprin pasportlarından daha aktiv şəkildə istifadə olunur.
"Skripal işi"nə necə reaksiya verilməli olduğu jurnalistin ölümünə görə siyasi böhranın yaşandığı Slovakiyada da mübahisə yaradıb. 
Slovakiya hökuməti Rusiyadakı səfirini məsləhətləşmə üçün geri çağırmaqla kifayətlənib. Lakin ölkənin xarici işlər naziri Miroslav Layçak bildirib ki, Slovakiyanın növbəti addımları Rusiyanın yaxın günlərdə baş verənlərə reaksiyasından asılı olacaq. 
 
Yunanıstan və Avstriya: "körpülər qurulur"
 

Yunanıstan hökuməti də diplomatlar məsələsində NATO-dakı və Avropa Birliyindəki tərəfdaşlarına qoşulub-qoşulmamaq barədə qərar verməyib.  
Rəsmi Afina yekun qərar qəbul etmək üçün təhqiqatın nəticəsini gözləməyi düşünür. Ekspertlər isə Yunanıstanın Rusiyaya qarşı kəskin tədbirlərə getməyəcəyini deyirlər.
Aleksis Tsiprasın rəhbərlik etdiyi hökumət Moskva ilə əlaqələri  möhkəmləndirməyin tərəfdarıdır və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını açıq şəkildə tənqid edir. 
Avstriyanın diplomatlar məsələsində Britaniya ilə həmrəy olmamasını kansler Sebastyan Kurts ölkəsinin neytral mövqedə olması və Şərqlə Qərb arasında körpü qurmaq niyyəti ilə izah edib. 
Kurtsun təmsil etdiyi partiya da Rusiya ilə yaxın münasibətlərin tərəfdarıdır. Və Rusiyanın hakim partiyası ilə əməkdaşlıq sazişi imzalayıb. 

Portuqaliya və Bolqarıstan: səfirlərlə məsləhətləşmə 
 

Rusiyalı səfirləri ölkədən çıxarmaqdan imtina edənlərdən biri də Bolqarıstandır. Ölkə rəhbərliyi bəyan edib ki, məlum insidentlə bağlı Moskvadakı səfirlərini məsləhətləşmə üçün geri çağıracaqlar. 
Portuqaliya da analoji mövqedən çıxış edib. Ölkənin xarici işlər naziri Auquştu Santuş Silva bildirib ki, rusiyalı diplmotların hazırkı mərhələdə ölkədən çıxarılması onların diplomatiya üslubuna uyğun gəlmir.
Əlavə tədbirləri istisna etməyən Silva deyib ki, Portuqaliya Avropa Birliyinin mövqeyini tam dəstəkləyir.
Martın 27-də açıqlama verən baş nazir Şarl Mişel bildirib ki, Belçika  "Skripal işi" üzrə xüsusi vəziyyətə düşən ölkədir. Çünki ölkənin paytaxtında Avropa Birliyi və NATO-nun rəhbər orqanları yerləşir. Bununla belə, həmin günün sonunda Belçika da 1 rusiyalı diplomatı ölkədən çıxarmağa qərar verib. 
 
Rusiyadan cavab zərbəsi
 

Bu dəqiqələrdə məlum olub ki, Rusiya 23 ölkənin 150 diplomatını ölkədən çıxarır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara görə, Albaniya, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Makedoniya, Moldova, Niderland, Norveç, Polşa, Rumıniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniyanın diplomatik missiyası aprelin 7-dək Rusiyanı tərk etməlidir.  
Rusiya XİN Belçika, Macarıstan, Gürcüstan və Qaradağa dair qərar vermədiyini və onlarla bağlı məsələni açıq saxladığını da bildirib. Bu ölkələr də Britaniyayla həmrəylik nümayiş etdirərək rusiyalı diplomatları ölkələrindən çıxarıblar. скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook