Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi
yüklənir...

Bu gün Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV haqqında" qanunlara dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən, Rusiyada hansı media qurumlarının "xarici agent" siyahısına düşəcəyi müəyyənləşdirilib.

Bundan sonra 3 kriteriyadan birinə uyğun gələn KİV "qara siyahıya" düşəcək. Həmin kriteriyalar isə bunlardır – ölkə xaricində qeydiyyatdan keçən, xaricdən maliyyələşən və maliyyəsi xaricdən gələn Rusiya şirkəti tərəfindən maliyyələşən KİV-lər. Bundan başqa, qanuna yeni anlayış da əlavə olunub – əcnəbi KİV-lər.




Rusiyanın məlum qanunlara dəyişiklik etməsi təsadüfi deyil. Rəsmi Moskva bu addımı ABŞ-ın analoji addımına cavab olaraq atıb. Belə ki, Amerikanın Ədliyyə Nazirliyi Rusiyanın məşhur RT telekanalının ABŞ-da "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edirdi. Və bunun üçün Moskvaya noyabrın 13-dək vaxt verilmişdi.

Telekanal rəhbərliyi bu tələbi yerinə yetirib. Lakin tələbdən olduqca narazı olduqlarını da bəyan edib: "Ya cinayət işi qaldırılmalı idi, ya da razılıq verməli idik. Biz ikincini seçdik. Bu münasibətlə ABŞ-da söz azadlığını və hələ də ona inananları təbrik edirik".

Hələ ötən cümə günü Rusiya Dumasının deputatları ABŞ-ın RT-yə qarşı bu tələbinə eyni şəkilədə cavab verəcəklərini bildirmişdilər.

Birləşmiş Ştatlar bu tələbini irəli sürərkən "Xarici agentlər haqqında akt"a (FARA) əsaslanıb. 1938-ci ildə qəbul edilmiş bu akt əsasən ABŞ-da nasist təbliğatının qarşısını almağa yönəlmişdi. Aktın qəbulu həmin vaxt ABŞ-ın potensial düşmənlərinin böyük narazılığı ilə qarşılaşmışdı. O vaxtlar Amerikanın əsas hədəfi Almaniya idi. Çünki Almaniya İkinci dünya savaşına bir neçə il qalmış Birləşmiş Ştatlarda ictimai rəyə təsir göstərməyə cəhdlər edirdi.



RT və "xarici agent" statusu




"Xarici agentlər haqqında akt" xarici dövlətlərin casus və ya agentlərinə yönəlməyib. Aktın təsir dairəsinə başqa ölkənin maliyyəsi ilə ABŞ ictimai rəyinə təsir etməyə çalışan qurumlar və şəxslər düşür. Bu cür fəaliyyət lobbi vasitəsilə də həyata keçirilə bilər. Belə qurumlar və ya şəxslər ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və hər yarım ildən bir hesablarına daxil olan vəsait, həmçinin xərcləri barədə məlumat verməlidirlər.

FARA həmçinin tələb edir ki, yayılan təşviqat xarakterli informasiya xüsusi işarə ilə qeyd olunsun. Və göstərilsin ki, bu informasiya xarici subyektin adından yayılır. Belə materialların bir surəti də ABŞ Ədliyyə Nazirliyinə göndərilməlidir.

ABŞ-ın "xarici agentlər" siyahısına düşən KİV təkcə RT telekanalı deyil. Çinin "The China Daily" qəzeti, Yaponiyanın NHK telekanalı da bu siyahıda yer alır.



10 min dollar cərimə və 5 il həbs cəzası…




Qanunun bir hədəfi də onun tələblərinə əməl etməyənlər və onların sifarişçiləri barədə bilgilərin şəffaf olmasıdır. Bu arada, akt ifadə azadlığını məhdudlaşdırmamalıdır.

1966-cı ildə ABŞ "Xarici agentlər haqqında akt"a bəzi dəyişikliklər etdi. Və fokus siyasi təşviqatdan siyasi lobbiyə keçdi. Bundan başqa, 1950-ci illərin sonlarında – kommunizmin ABŞ-a təsirinin artdığının iddia olunduğu vaxtda qanunda "xarici agentlər"in tərifi daha da kəskinləşdi.

Qanuna "xarici ölkənin və ya təşkilatın birbaşa sifarişi ilə işləyən şəxs və qurumlar anlayışı" əlavə olundu. Mübahisəli məqamlarda ABŞ hökuməti sübut etməli idi ki, həmin "agentlər" həqiqətən də Birləşmiş Ştatların siyasətinə təsir göstəriblər.

Qanunun bu tələbi ona gətirib çıxardı ki, FARA-nın pozulmasına görə cəzalandırılma halları nadir oldu. Qanunu pozanları isə 5 ilə qədər həbs və 10 min dollara qədər cərimə cəzası gözləyir.

Hazırda ABŞ-ın "xarici agentlər" siyahısında 1700 şəxs və təşkilat var. ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra onlar fəaliyyətlərini davam etdirə bilərlər.

FARA-nın tələbləri qeyri-siyasi lobbiçiliyə şamil edilmir. Kommersiya, mədəni, elmi və dini səpkili informasiyaları yayanlar "xarici agent" hesab olunmur.

Yeri gəlmişkən, 2012-ci ildə Rusiyada da "Xarici agentlər haqqında" qanun qəbul edilib. Həmin vaxt prezident Vladimir Putin bildirmişdi ki, qanunu ABŞ nümunəsinə əsaslanaraq qəbul edirlər. Əslində isə bu iki sənəd eyni hesab oluna bilməz. Belə ki, ABŞ-da qəbul edilən akt birbaşa xarici hökumət və ya təşkilatlar tərəfindən maliyyələşən şəxs və qurumları nəzərdə tutur. Rusiyada isə "xarici agent" statusunu almaq üçün xaricdən qrant almaq belə, kifayət edir. скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook