Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

ABŞ-da DÜNYANI SİLKƏLƏYƏCƏK DAHA BİR QALMAQAL QOPA BİLƏR:Tramp ABŞ xüsusi xidmətlərinə savaş açacaqmı? - TƏHLİL

ABŞ-da DÜNYANI SİLKƏLƏYƏCƏK DAHA BİR QALMAQAL QOPA BİLƏR:Tramp ABŞ xüsusi xidmətlərinə savaş açacaqmı? - TƏHLİL
yüklənir...

Aydın Mehdiyev

pravda.ru, 21.10.2017


Donald Tramp şənbə günü, oktyabrın 21-də Twitter-də yazıb ki, MKİ və FTB-nin ABŞ prezidenti Con Kennedinin qətlinə işıq salacaq 3 min faylını məxfisizləşdirməyə hazırdır.

Trampın bu bəyanatı qalmaqal qopardı, çünki dünya KİV-ləri elə səhər ertədən Ağ Ev başçısının, guya, “milli təhlükəsizlik mülahizəsinə görə” bu məxfi materiallardan “məxfidir” qrifini götürməkdən imtina etdiyi haqda məlumatını tirajlayıb.

Beləcə, 2017-ci ilin yanvarında andiçmə mərasimindən sonra MKİ və FTB-nin Trampı məruz qoyduğu alçaltma və təhqirlərə görə qisas almağa əla imkan meydana çıxıb. Xüsusi xidmətlər “Tramp komandasının Rusiya ilə gizli əlaqələri” haqda məxfi məlumatları ard-arda KİV-lərə axıdaraq, Ağ Evin rüsvayçı başçısına qarşı əsil savaş elan ediblər.

İndi isə Tramp bildirib ki, ABŞ-ın 35-ci prezidenti Con Kennnedinin 1963-cü il noyabrın 22-də Dallasda (Texas ştatı) yerli vaxtla 12.30-da həyata keçirilmiş qətlinin sirrini açan MKİ və FTB-nin 3 min faylının ABŞ qanunları ilə nəzərdə tutulan məxfisizləşdirmə proseduruna mane olmayacaq. Tramp Twitter-də yazıb: “Mən bir prezident kimi, sonrakı məlumatları əldə etmək şərtilə Con Fitscerald Kennedi işi üzrə uzun zaman təcrid edilmiş məxfi məlumatları açıqlamağa icazə verəcəyəm”.

Gözlənilir ki, Milli Arxiv oktyabrın 26-da MKİ və FTB-nin 1963-cü il faciəsi haqda məxfi fayllarını açıqlayacaq. Bundan savayı, əvvəllər yalnız qismən dərc edilən 30 mindən çox sənəd üzərindən “məxfidir” qrifi götürüləcək.

Bu materialların dərcindən sonra qəflətən aydınlaşsa ki, Kennedinin qətlində Amerika xüsusi xidmətlərinin əli var, onda onların nüfuzuna düzəldilməsi mümkün olmayan ziyan dəyəcək. Donald Tramp isə məmnunluqla əlini əlinə sürtüb deyə bilər: “Rusiya ilə gizli əlaqələrimə görə mənim üzərimə çirkab atmaq lazım deyildi”.

Ancaq təhlilçilərin çoxu hesab edir ki, həm MKİ, həm də FTB Kennnedinin qətlində onların əli olduğunu göstərən ən təhlükəli sübutlardan artıq çoxdan xilas olub. Belə ki, əvvəllər qapalı sənədlərin növbəti qisminin məxfisizləşdirilməsi Dallasdakı faciə haqda məlum faktlara az şey əlavə edəcək.

Yada salaq ki, “əsrin qətli”nin araşdırılması üzrə 1992-ci ildə məxfi sənədlərin elan edilməsini 25 il, yəni 2017-ci il oktyabrın 26-a qədər donduran müstəqil komissiya yaradılıb. Və, budur, bu faylların nəşr vaxtı çatıb…



Tarixə qısa bir gəzişmə



ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasa (Texas ştatı) səfər zamanı avtomobillə şəhərin küçələrindən keçərkən, tüfəng atəşi ilə öldürülüb. Hökumətin bu qətldən sonra yaradılmış “Uorren komissiyası” nəticə çıxarıb ki, cinayəti tək qatil – Li Harri Osvald həyata keçirib. Sui-qəsd versiyası lap başdan rədd edilib.

Lakin ABŞ xüsusi xidmətləri lap əvvəldən özlərini şübhəli aparıb. Onlar Kennediyə atılan ölümcül güllənin trayektoriyasını öyrənməkdən imtina edib. Prezident kortejinin gedişinin çəkildiyi həvəskar lentyazısından görünür ki, Kennedinin bədəni atəş anında geri atılır. Halbuki, rəsmi versiyaya əsasən, tək qatil Li Harri Osvaldın atəş açdığı kitab anbarı kortejin arxa tərəfində idi. Məntiqə əsasən, oradan buraxılan güllə Kennedinin bədənini geri deyil, irəli itələməliydi.

Bundan başqa, komissiya iddia edib ki, Osvald "dayandoldurum" olmayan (yəni çaxmağı çəkmək lazım gəlməyən) tüfəngdən 5 saniyədə 3 atəş açmağı bacarıb. Sonralar Amerikanın ən yaxşı snayperləri bu nəticəni təkrar edə bilməyiblər, amma məlumdur ki, Osvaldın özü heç də birinci dərəcəli atıcı sayılmayıb.



Yaxud, budur, daha bir müəmma: Kennedinin başına dəymiş güllə nədənsə işin materiallarında yoxdur. Ekspertizaya götürülmüş beyin də müəmmalı şəkildə yoxa çıxıb. Sirli qətlin bu və ya başqa cür şahidi olan əllidən çox adam sonralar bu cür sirli şəkildə həlak olub. Məsələn, Kennedini cəsədini yarmış cərrah öz mənzilində ölü tapılıb. Osvaldı aparan taksiçi sonradan avtoqəzada ölüb. “Hasarın arxasından atəş açan iki kişi” barədə ifadə vermiş çahidlərdən biri də həyatından olub.

Və budur, bu əhvalatda ən şübhəli məqam: polis niyə Cek Rubiyə iki gündən sonra polis idarəsindən Dallas həbsxanasına aparılan Osvaldı yaxından güllələməyə imkan verib?

Bu qətl şayiə doğurub ki, Osvald məhkəmədə MKİ və FTB-dəki hamilərinin adlarını açıqlaya bilərdi, buna görə də xüsusi xidmətlər Rubinin əliylə Kennedinin qatilini “aradan götürməyi” qət edib. Lakin Osvaldın qətlindən 3 il sonra Rubinin özü də olduqca müəmmalı şəraitdə öləcək.

Daha bir şübhəli fakt: Kennedinin qətlə yetirildiyi anın həkk olunduğu həvəskar foto və videomaterialların hamısı polis tərəfindən müsadirə olunub və dərhal məxfiləşdirilib.

Bundan savayı, korteji təqib anında aparılan əsas həvəskar çəkiliş elə montaj edilib ki, hasarın arxasından prezidenti hədəfə götürən ikinci atıcının varlığı haqda versiya təkzib edilsin.

Diqqətçəkəndir ki, Osvald Kennedinin qətlinə cəmi iki həftə əvvəl FTB ofisinə baş çəkib. Amma müstəqil ekspertlərin hesab etdikləri kimi, sui-qəsd sifarişçiləri Osvalda yalnız pərdə rolu ayırıblar, Kennedinin beynini dağıdan ölümcül gülləni isə hasaran arxasından peşəkar snayper atıb.

Dolayı sübutlar var ki, FTB başçısı Edqar Quver nəinki Kennedinin aradan qaldırılmasına hazırlıqdan xəbərdar, həm də özü bunda son dərəcə maraqlı idi, çünki prezidentin ABŞ baş prokuroru təyin edilən qardaşı Robert mafiya və xüsusi xidmətlərə qarşı "xaç yürüşü" elan etmişdi.

1991-ci ildə məşhur rejissor Oliver Stounun çəkdiyi və səkkiz nominasiyada (üstəlik, “Ən yaxşı film” kateqoriyasında) “Oskar”a təqdim edilən “Con F. Kennedi. Dallasda atəşlər” filmi ekranlara çıxıb. Film Yeni Orleanın dairə prokuroru Cim Harrisonun araşdırmasından danışır. Prokuror nəticə çıxardıb: Kennedinin qətlində MKİ və FTB-nin əli var. Filmin qəhrəmanlarından biri – xüsusi xidmətin adı çəkilməyən zabiti – Harrisona Kennedinin Dallas səfərindən qabaq “yuxarıdan” gələn qəribə sərəncamlardan danışır. Məsələn, naməlum səbəbdən məcburi prosedurlar – qarşıdakı səfər yerinə özəl qrupun əvvəlcədən gedişi, binanın yoxlanışı, pəncərələrə nəzarət, korteji təqib zamanı kütlənin içinə agentlərin yerləşdirilməsi, snayperlərin düzülüşü ləğv edilib.

Beləliklə, ABŞ xüsusi xidmətləri Kennedinin qətlindən 54 il sonra ABŞ-ın 35-ci prezidentinin qətlinin təhqiqatıyla bağlı fakt və sənədləri hələ də hamıya bildirməyə tələsmir.

Donald Tramp durumu dəyişməyi və Kennediyə qarşı sui-qəsd haqda bütün həqiqəti deməyi bacararmı? Və bu, böyük sualdır. Axı Tramp açıq şəkildə MKİ və FTB-yə qarşı getsə, onun da həyatı təhlükəyə düşə bilər. Düşünürük, çətin ki, Tramp ABŞ xüsusi xidmətlərinə qarşı açıq savaş elan etməyə cürət edər. Və XX əsrin baş sirri belə də zülmətə bürünəcək.

Tərcümə Strateq.az-ındır.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.11.2017

Hava limanında gömrükçülər tanınmış rejissor və azyaşlı uşaqlarına zülm verdilər — DƏHŞƏTLİ KADRLAR

20.11.2017

Ramil Səfərovun həbsxana FOTOLARI

20.11.2017

Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir

20.11.2017

"Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi..."

20.11.2017

"Biz NATO-da qalsaq da Türk millətinə, dövlətinə qarşı bu alçaqlığı qəbul etməyəcəyik”

20.11.2017

Türkiyə parlamentinin sədri məlum oldu

17.11.2017

Plüralizm bir mədəniyyətdir

17.11.2017

Kərkükdən Ceyhana neft nəqli bərpa olunacaq –Türkiyə ilə İraq hökuməti anlaşdı

17.11.2017

Ərdoğan Putinlə Qarabağ haqda söhbətindən danışdı:"Çox da ümidli deyil"

17.11.2017

Milyonçu Rza Zərrabı həbsxanada öldürmək istəyiblər –Vəkil onun harada saxlandığını bilmir

17.11.2017

Rus politoloqlarından bədbin rəy:“Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

17.11.2017

“Qarabağ üçün də Qars müqaviləsinə böyük ehtiyac var” –Zahid Oruc

17.11.2017

TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil

17.11.2017

"5 rayon Azərbaycana qaytarılacaq, Ərdoğan Putinlə razılaşdı" - Rus mediasından sensasion iddia

16.11.2017

MÜBARİZ MƏNSİMOVDAN DAHA BİR TARİXİ ADDIM: NATİQ ƏLİYEVİN ADI VERİLƏN GƏMİ YOLA ÇIXDI

16.11.2017

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a nota verdi –Rza Zərrabın vəziyyəti ilə bağlı

15.11.2017

Azərbaycanda 40 saniyəlik güclü zəlzələ

15.11.2017

SEYMUR ORUCOV: “AZƏRBAYCANDA XALQ-İQTİDAR BİRLİYİ MÖHKƏM ƏSASLARA SÖYKƏNİR” AÇIQLAMA

15.11.2017

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib- VƏTƏNDAŞLAR DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLƏN YAVƏR QURBANOVA ETİBAR ETMİR

15.11.2017

“Səba Broyler” şirkətinin rəhbərindən Prezidentə şikayət – FOTOLAR

15.11.2017

Mehriban Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur”

15.11.2017

ATƏT-in baş katibindən gözlənilməz etiraf: “Təşkilatın işi münaqişənin həlli deyil”

15.11.2017

Atambayev Nazarbayevə "qoca diktator" dedi: "Üzr istəmək fikrində deyiləm..."

15.11.2017

Qarabağ: bütün yollar Moskvaya aparır

15.11.2017

Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır:dağlarda, havada, dənizdə...

15.11.2017

İş adamı: “Qida Təhlükəsizliyi İnstitutunun yaradılması günün tələbi idi”

15.11.2017

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

15.11.2017

Lavrovdan Bakı və Yeravana səfəri ilə bağlı açıqlama:"Qarabağı müzakirə edəcəyik"

15.11.2017

TÜRKİYƏ VƏ İRAN ƏLEYHİNƏ KÜRD KARTI –Bərzaniyə dəstək verməklə, İsrail strateji xətaya yol verdimi? - TƏHLİL

15.11.2017

Sarkisyan da Rusiyaya gedir –Sabah Putinlə görüşəcək

15.11.2017

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

15.11.2017

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır” –ABŞ-dan Rusiya Müdafiə Nazirliyinə cavab

Bütün Xəbərlər

FaceBook