Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

İsrail İranla savaşmaq üçün Suriyaya, döyüş meydanına atılır - Foreign Policy

İsrail İranla savaşmaq üçün Suriyaya, döyüş meydanına atılır - Foreign Policy
yüklənir...

“İsrail rəsmiləri İranın Yaxın Şərqdə söz sahibinə çevrilməsinin fərqindədirlər və bölgədə güc balansının dəyişməməsi üçün aktiv tədbirlər görməyə hazırlaşırlar. Bu səbəbdən İsrailin hərbi və diplomatik kampaniyasının mərkəzində Suriya durur”

Musavat.com xəbər verir , bu cümlələr ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının analitik yazısında yer alıb.

Məqalədə İranın etdiyi yardımları əngəlləmək məqsədilə İsrail hərbi təyyarələrinin Hizbullah təşkilatının obyektlərinə və konvoylarına onlarla zərbə endirdiyi bildirilir. Sentyabrın 7-də isə İsrail hərbi aviasiyası Masyaf şəhəri yaxınlığında Suriyanın hərbi obyektlərini vurub. Israil tərəfinin iddiasına görə, həmin obyektlərdə kimyəvi silah istehsal olunurmuş və “yer-yer” tipli raketlər saxlanılırmış.

“Bu zərbələrin Suriya ilə bağlı növbəti danışıqlar raundundan sonra endirilməsi təsadüfi deyil. Həmin vaxtdan bəri İsrail rəsmiləri Suriyadakı situasiyanın ölkələri üçün yaratdığı təhlükənin nə ABŞ-ın, nə də Rusiyanın vecinə olduğunu anladılar. Məhz bu səbəbdən “Mossad” direktoru Yosi Koen Vaşinqtona, baş nazir Benyamin Netanyahu isə Moskvaya gedərək öz narahatlıqlarını ifadə ediblər”, - müəllif yazısında qeyd edir.

Yazıda israillilərin hər iki paytaxtdan aldqıları cavablardan qane olmadıqları vurğulanır. “İsraili narazı salan əsas məqam Suriyadakı bütün iri oyunçuların İrana və onun siyasətini bölgədə təmsil edən qüvvələrə hərəkət azadlığı verməsi ilə bağlıdır. Artıq güvəndiyi dövlətlərin bu problemi həll etməyəcəyindən əmin olan Təl-Əviv məsələni təkbaşına çözmək qərarına gəlib”, - müəllif Conatan Spayer qeyd edir.
Müəllif İsrailin bölgədə strateji nöqtələrinə təhlükə yarandığını yazır:
“Əgər iranpərəst qüvvələr Suriya-İran sərhədindəki Əbu Kamal şəhərini ələ keçirsə, bu, İranın İsrail tərəfindən nəzarət edilən Qolan təpələrinə cəmi bir neçə kilometr yaxınlığına qədər dəhliz açmasına gətirib çıxaraq”.

Yazıda İsrailin bu vaxta qədər İranın ambisiyalarının qarşısını iki üsulla aldığı göstərilir:
“İlk olaraq bu rayonda hərbiləşdirilmiş infrastrukturun yaradılması cəhdlərini pozmaq üçün hücumlar təşkil edilib, ikincisi isə sərhədin böyük qisminə nəzarət edən üsyançı qruplarla praqmatik “işçi münasibətlər” qurulub. Burada söhbət ilk növbədə “Fursan əl Colan” qruplaşmasından gedir”.

Məqalədə 2010-cu ilə qədər İsrailin İrana və onun müttəfiqlərinə qarşı dirənmək məqsədilə radikal dini qruplara dəstək verdiyinə işarə vurlur. Lakin indiki situasiyada işi çətinləşdirən faktor bölgədə İran üçün yeni qüdrətli müttəfiqin, Rusiyanın peyda olmasıdır.

Yazı müəllifi Tramp administrasiyasının da sırf İŞİD-lə mübarizəyə köklənməsi səbəbindən İsralin maraqlarını tam olaraq nəzərə almadığını bildirərək burada İranın hücumlarının qarşısını kəsmək yolunda heç bir iş görülmədiyini qeyd edir.

Bu səbəbdən müəllif İsrailin Suriyada hərəkət azadlığına malik olmaq üçün Rusiya ilə razılığa gəlmə ehtimalı ilə bərabər (ruslar hər an İranı sata bilər-red.), “b” planı olaraq birbaşa, öz silahlı qüvvələrini yeridə bilmə perspektivindən söhbət açır. “Masyafa endirilən zərbə ilk olmadığı kimi, sonuncu da deyil”, - məqalənin yekununda iki dövlət arasında mümkün irimiqyaslı toqquşma ola biləcəyi təsbit edilib.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.10.2017

Qarabağda daha iki erməni hərbçi ölüb - Adlar

21.10.2017

"Öcalan hörmət görməyə layiq bir şəxsiyyət deyil" - ABŞ-dan rəsmi Ankaranın etirazına daha bir cavab

21.10.2017

Sabah Qarabağ haqda qalmaqallı yazını sildi - FOTO

21.10.2017

"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...

21.10.2017

ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu

21.10.2017

“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Jirinovskidən daha bir sensasion açıqlama

20.10.2017

Telnov küçəsi 10-da pusquda duranlar var

20.10.2017

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

20.10.2017

AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı

20.10.2017

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

20.10.2017

Atadan azyaşlı övladına inanılmaz vəhşilik – Video/18+

20.10.2017

İbadi orduya qəti əmr verdi: Ərbilə girməyin - Video

20.10.2017

Səfir ABŞ-da təhsil alan azərbaycanlıların sayını açıqladı

20.10.2017

"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF

20.10.2017

Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA

20.10.2017

Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

20.10.2017

Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

20.10.2017

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

20.10.2017

İŞİD-dən alınan Raqqada Öcalanın portreti asılıb, ABŞ rəsmisi izahat verib: “SDG ilə çalışırıq…”

20.10.2017

Pensiya və maaşlar artacaq - RƏSMİ

20.10.2017

Ərdoğan Bərzaninin “elçilərini” qəbul etmədi - “Artıq çox gecdir

20.10.2017

“Bu il minlərlə məcburi köçkün ailəsi evlə təmin olunacaq” - Əli Həsənov

20.10.2017

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

20.10.2017

Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində

20.10.2017

“Mən hələ baş nazir olanda ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdim ki..."

20.10.2017

Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran layihə: Gündəlikdən çıxarıldı

20.10.2017

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ

20.10.2017

“Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

20.10.2017

İlham Əliyev D-8 Zirvə görüşündə iştirak edir

20.10.2017

Putin:“ABŞ Rusiya KİV-inə məhdudiyyət qoysa, Moskva da bu addımı atacaq”

20.10.2017

Rusiyalı politoloq:“Bu dəfə iraqlılar və kürdlər arasında yeni silahlı qarşıdurma yaranacaq”

20.10.2017

Cenevrə görüşünü kim və niyə təşkil etdi, yaxud Bakı necə 1:0 önə keçdi? - TƏHLİL

Bütün Xəbərlər

FaceBook