Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Türkiyə böyük oyunu poza biləcəkmi? –Suriya və İraqın gələcəyini yeni siyasi ittifaqlar müəyyənləşdirəcək - TƏHLİL

Türkiyə böyük oyunu poza biləcəkmi? –Suriya və İraqın gələcəyini yeni siyasi ittifaqlar müəyyənləşdirəcək - TƏHLİL
yüklənir...

Batuhan Yaşar

“Türkiye gazetesi"



Məsud Bərzani atası Molla Mustafa Bərzaninin xəyalını gerçəkləşdirdi. Bərzaniyə mikrofonlar önündə “referendum keçirmə”, qulağına isə “keçir, bitir bu işi, adını kürd tarixinə yazdır” dedilər. “Elə oldu, belə oldu” deməyə ehtiyac yoxdur. Artıq həm Türkiyə, həm də region yeni bir durumla qarşı-qarşıyadır. İttifaqların belə üç aylıq müddətlərlə 180 dərəcə dəyişdirildiyi bir coğrafiya yaradıldı. “Böl-parçala-idarə et” anlayışı hakim oldu. Vaxt itirilmədən, “Management of partition”, yəni bölünmənin idarə və təşkil edilməsi işinə girişildi…



Ankara addım-addım…



Türkiyə nə edəcək, hansı addımları atacaq?

Mənbələrimizdən yeni məlumatlar əldə etmişik. “Yol xəritəsi” dəqiqləşmiş durumdadır. Ankara şənbə günü TBMM-i fövqəladə iclasa toplayaraq, qərarı alıb və cibinə qoyub. Məclis öncəki qərardan fərqli olaraq, bu qərarında etnik təməlli separatçı təşəbbüslərə və qeyri-legitim hərəkətlərə qarşı “Kimsənin gözünün yaşına baxmaram” deyib. Əslində, “gözüm Kərkükün üzərindədir” mesajı verilib…

Kərkük demişkən, o, bizim üçün 81 vilayətdən biri, türkmənlərin sıx yaşadığı və Iraqın neft ehtiyatlarının, hardasa yarısına sahib bir şəhərdir. 1926 və 1946-cı illərin müqavilələrinə istinad edilməsi də bu üzdəndir.

Yəqin ki, sosial mediada “Daha nəyi gözləyirik?”, “Kərkükə girək”, “Boru xəttini kəsək”, “Hava sahəsini də, sərhəddi də bağlayaq”, “Bərzaniyə gününü göstərək” və s. kimi cümlələri oxuyubsunuz. Türkiyə bunları edə bilməzmi? Təbii ki, edə bilər…

Amma nəzərə almalıyıq ki, regionda çox böyük oyunlar oynanılır. Birilərini tamamən İsrailin qucağına atmağa ehtiyac varmı?

Tələskənliyə, qabağa keçib tələyə düşməyə heç bir ehtiyacı yoxdur. Bərzani heç bir yerə qaçmır, orada durubdur.

Türkiyə son dövrdə böyük təcrübələr qazanıb. Suriyada olanlar, yaşananlar 50 deyil, sadəcə 5 il öncə olub…



Şimali İraqdakı hərbi bazalar…



“Yaxşı, bəs indi etməyəcəksə, nə zaman edəcək?”- dediyinizi də eşidirəm. Təbii ki, Türkiyə əlini-qolunu bağlayıb hadisələri film kimi seyr etməyəcək. Onsuz da seyr etmir. “Fərat qalxanı” gözümüzün önündə durur. Türkiyə həm sahədə, həm də masada olmağa davam edir.

Bu gün seyr etdiyimiz isə qlobal və regional güclərin bilək güləşidir.

Hazırda Türkiyə, İraq və İranla birlikdə nələri edə biləcəyinə, nələri edə bilməyəcəyinə baxır. Qonşuları ilə birlikdə hansı nəticələri əldə edə biləcək, hansıları edə bilməyəcək…

Əslində, Türkiyə hazırdı, həm iqtisadi, həm də hərbi planlarını cibinə qoyub gözləyir. Hər halda bunları təkbaşına da edə bilər.

Silopidəki hərbi təlimə İraq ordusunun da qatılmasının əhəmiyyətini kimsə kiçiltməsin. Bu, çox böyük hadisədir. Prezident Ərdoğanın “Bir gecə gözlənilmədən gələ bilərik” sözlərini ən yaxşı Bərzani anladı!



Onsuz da içəridəyik!



Hərbi-texniki imkanları yüksək olan Başika hərbi düşərgəsinin yerini xatırlatmağa ehtiyac varmı? Unudulmasın ki, Şimali İraqda bundan başqa, ən azı 3 hərbi bazamız da vardır. Bunların hamısında tank birlikləri də mövcuddur. Yəni, hal-hazırda Türkiyə onsuz da Şimali İraqın içərisindədir. Hava hərakatlarına, terrorla mübarizə əməliyyatlarına da ara vermədən davam edir.

Bütün bunlara baxmayaraq, CHP-dən olan millət vəkili, keçmiş diplomat Öztürk Yılmaz işin bu nöqtəyə gəlməsinə görə AKP-nin məsuliyyət daşıdığını bildirib. Diplomat mənsubiyyəti olan birinin hadisələrdən və onların inkişafından xəbərsiz olması məyusedicidir.

Türkiyə hansı işlərimi gördü?

1. İraqın sabitliyi və bölünməməsi üçün bütün region ölkələrini səfərbər etdi;

2. İraq Mərkəzi Hökumətilə əlaqələrini bərpa etdi və əvvəlki səviyyəsindən də yüksəyə qaldırdı;

3. Sünnülərin ləyaqətli bir şəkildə İraq sisteminə yenidən inteqrasiyasını və

4. Şimali İraqda PKK ilə daha yaxşı mübarizə aparmaq üçün yeni alətləri dövriyyəyə soxmağı bacardı.



10 illik kürd dövləti planı



Qlobal güclərin kürd dövləti qurma planı sirr deyil.

İlk mərhələdə məqsəd Bərzaninin Türkiyə ilə arasını pozmaq idi. Referendum da durup-dururkən ortaya çıxmadı…

Sonrası corab söküyü kimi gələcək:

– öncə, Bərzani PKK ilə əməkdaşlığa yönləndiriləcək;

– ardından, o, ikinci plana düşürüləcək (Çünki PKK həm daha sadiqdir, həm də dünyəvidir);

– birinci mərhələnin sonunda, “İraq və Suriya Kürd Dövləti” qurulmuş olacaq;

– sonda isə planın İranı və Türkiyəni yaxından maraqlandıran axırıncı mərhələsi, “İki ölkədən qopardılacaq torpaqlarla Böyük Kürdüstanın qurulması tamamlanmış olacaqdır”.

Qlobal oyunçuların “Böyük Kürdüstan” planında bir dəyişiklik yoxdur. Türkiyə də bunu bilir. İqtisadi və hərbi baxımdan hazırlıqlarını da çoxdan görüb.

Baxın, Avropa Birliyi heç ortalıqda görünürmü? Hadisə olub-bitib, onlar yeni oyanıblar. Çünki seçkilərdə böyük səs itirən Merkel öz dərdinə qalıb…

İndi Türkiyə həm bu böyük oyunu pozmalı, həm də öz milli təhlükəsizliyini etibarlı şəkildə təmin etməlidi. Heç bir yerə də tələsməməlidi! Suriyanın və İraqın gələcəyini qurulacaq yeni siyasi ittifaqlar müəyyən edəcək…

Tərcümə Strateq.az-ındırскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook