Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Avropa özünə məzar qazır: onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var - TƏHLİL

Avropa özünə məzar qazır: onların demokratiyası, müsəlmanların isə demoqrafiyası var - TƏHLİL
yüklənir...

İben Tranholm
Politiken (Danimarka), 22.09.2017
Soyadlarının “M” hərfi ilə başlaması və Avropanın ən böyük dövlətlərinin başında durduqlarından savayı Angela Merkelin Emmanuel Makron və Tereza Meylə ümumi nəyi var?
Onların hamısı sonzsuzdur. Və onlar bu baxımdan tək deyillər. Avropanın tam bir sıra başçıları övlad sahibi deyil. Bu, Hollandiyadan Mark Ryutte, İtaliyadan Paolo Centiloni, İsveçrədən Simonetta Sommaruqa, İsveçdən Stefan Löven, Lüksemburqdan Ksavye Bettel, Şotlandiyadan Nikolya Sturjeon və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerdir.
Mümkündürmü ki, hamısı təsadüfən sonsuzdur?
Ola bilsin, amma güman etmirəm. Daha çox onlar özünə və bununla da təzələnməyə inamı itirmiş mədəniyyətin timsalıdırlar.
Bununla yanaşı, onların üzərində insanın nə ailəyə, nə dövlətə, nə də mədəniyyətə bağlı olduğu kürəsəlliyin izi var.
AB-nin maliyyələşdirdiyi “Övlad yoxdursa, problem yoxdur” (No Kids, No Problem!) adlı yeni araşdırma məruzəsi “şəxsi və mədəni amillərin Avropada könüllü sonsuzluğu necə formalaşdırdığını üzə çıxarır. Avropalılar sonsuzluğu problem hesab etməyə getdikcə daha az meyllidirlər”.
Statistiklərin fikrincə, doğuşun təşviş doğuran göstəriciləri xəbər verir ki, Angekla Merkelin sonsuzluğu olduqca simptomatikdir və doğma məmləkətindəki durumu əks etdirir. Bütün alman qadınlarının üçdə biri bir uşaq da doğmayıb, eyni zamanda söhbət universitet təhsilli qadınlardan gedəndə rəqəm 40%-ədək qalxır.
Müdafiə naziri Ursula fon der Lyayen bildirib ki, doğuş artmasa, ölkə öz varlığına tamamilə son qoya bilər.
Institut National d'Études Demographiques-in bu yaxınlarda apardığı araşdırma göstərir ki, ehtimal ki, 1970-ci illərdə doğulmuş Avropa qadınlarının dörddə biri övladsız qalacaq. Tereza Meyin İngiltərəsində 1940-cı ildə doğulmuş 45 yaşlı doqquz qadından birinin uşağı yoxdur. 1967-ci ildə anadan olanlara gəlincə, burada söhbət hər beş qadının birindən gedir.
Millətin təzələnməsi üçün hər qadına 2,1 uşaq düşməlidir, lakin bir qayda kimi Avropada heç bir millət bu göstəriciyə çatmır. Doğuş az-çox artmasa, onda, BMT məruzəsinin məlumatına görə, Avropa əhalisi növbəti 40 ildə 100 milyon nəfər azalacaq, təkcə Almaniya 20 milyon itirir.
Avropada varislər çatışmır. Bununla bağlı düşünmək olarmı ki, Avropanın bir çox liderlərinin sonsuzluğu və onların kütləvi mühacirətə baxışı arasında hansısa bir bağlılıq var? Onlar artıq növbəti nəsillə maraqlanmağı tərgitmiş və əvəzində “mən özümü seçirəm” həyat tərzini dəb qoyan və fərdin hüdudsuz azadlıq və hüquqlarının dəbə minməsilə müqayisədə həyat və ənənənin səndən sonra, demək olar, maraqsız olduğuna şərait yaradan mədəniyyətin təmsilçisi deyillərmi?
İcazə verin, dərhal deyim ki, insan övlada sahiblənməyi istəmədiyi və yaxud bacarmadığına görə daha da pis olmur. Lakin cəmiyyətdə hədsiz dərəcədə çox adam sonsuzluğu seçirsə, bunun mədəniyyət və sivilizasiyanın yaşaması üçün konkret nəticələri olacaq.
Angela Merkel 1,5 milyon köçkünə Avropaya can atmaq imkanı verərkən bu, təkcə ona görə baş verməyib ki, Almaniya müsibət içindəki insanlara yardım olmağa və iki dünya savaşına görə günah duyğusu Almaniyanı üzdüyünə görə özünü borclu sayır. Söhbət həm də iqtisadiyyatdan gedir, çünki firavanlıq aparatının fəaliyyətini saxlamaq üçün almanların özləri yetərli sayda yeni vətəndaşlar törədə bilmirlərsə, yeni işçi qüvvəsi lazımdır.
Burada söhbət hələlik nə siyasətçilər, nə də vətəndaşların anladığı və buna görə də bu haqda danışmadıqları daha ekzistensial böhrandan da gedir.
İngilis jurnalisti Duqlas Mürrey bu yaxınlarda “Avropanın qeyri-adi ölümü” (The Strange Death of Europe) kitabını çıxardıb. O, iddia edir ki, Avropa intihar etmək üzrədir və yaxud liderləri bu cür addım atmağı kəsdiriblər.
Mürrey üçün problem təkcə aşağı doğuş göstəricilərində deyil, həm də öz mədəniyyətimizi quylamağa hazır olmağımızdadır. Çünki mühacirləri ölkəmizə buraxmaqla qitəmizi bizimkindən son dərəcə fərqlənən xalqlar, ənənələr, din və mədəniyyətlərlə doldururuq.
Mürreyin düşüncələrinin gedişini izləsək, özəl mədəniyyətimizin məhvi təhlükəsi heç də hökmən haradansa qıraqdan ortalığa çıxmır, amma həm də daxildən meydana çıxır.
Avropa özünə məzar qazır
Ailədə uşaq artımı qeyri-prioritet vəzifəsi olan siyasi başçılarımız elə hərəkət edirlər ki, sanki Avropa mədəniyyətinin yox olması onlar üçün heç də necəsə böyük bir problem deyil. İsveçin keçmiş baş naziri Frederik Reynfeldt ənənəvi İsveç mədəniyyətini, demək olar, mazoxistcəsinə “vəhşi mədəniyyət” kimi səciyyələndirib, halbuki kənardan gələn yad mədəniyyət zənginləşdirici kimi qəbul edilir. Siyasətçi bu gün qoca, xeyirxah Avropanı müdafiə etməyə və uğrunda mübarizəyə girişirsə, demək olar, gülməli görünür.
Almaniyada məsciddə ibadət
Mən Mürreylə bu məsələdə razıyam ki, Avropa intihar həyata keçirir və öz mədəniyyəti uğrunda mübarizə aparmaq və özünü təzələmək istəyini itirib. Lakin onun kütləvi köçün özlüyündə birbaşa heç bir səbəbə malik olmadığı haqda iddiası ilə razılaşa bilmərəm. Mürreyə görə belə alınır ki, köçkünlər burada tamamilə gözlənilmədən meydana çıxıblar, əslində, niyə bu cür baş verdiyini hətta izah etmək də mümkünsüzdür. Mürrey bu mövzuda düşünmək istəmir – o, belə yazır.
Amma mən istəyirəm.
Fikrimcə, kütləvi köç ona görə mümkün olub ki, mədəniyyətimiz xəstədir. Ölümcül şəkildə.
Sonsuzluq Qərb dünyasının böyük hissəsinə yayılmış xeyli daha ciddi xəstəliyin yalnız simptomudur. Sören Kyerkeqor “Əcəl xəstəliyi” adlı əsas əsərələrindən birində öz ruhsal aləmi haqda düşünmək istəməyən adamın ümidsizliyə necə düşdüyü, ümidini itirdiyi, ən nəhayətdə isə özünü də itirdiyini təsvir edir. Kyerkeqorun haqqında danışdığı, fiziki ölümdən çox-çox pis ruhsal ölümdən başqa bir nəsnə deyil.
Tarix dəfələrlə göstərib ki, cəsur kişi və qadınların qəhrəmancasına ölümü bütöv bir millətin yüksəlişini ifadə edə bilər. Mədəniyyəti məhv edən və insanları zəif olmağa və həyat qüvvəsini itirməyə vadar edən ruhsal ölüm var.
Avropalılar intihar etmək istərkən bu ona görə baş verir ki, onlar Avropanın əzəldən üzərində qurulduğu həyat mədəniyyətini, yəni xristianlığı rədd ediblər. Mədəniyyətimizdə Bibliya kimi həyatla bağlı bu qədər vədlərlə dolu başqa bir əsər çətin ki tapılsın. Bu, avropalıların əksəriyyətinin oxumağı, özünəyardım ədəbiyyatına kor-koranə üz tutmağın əvəzinə ona uyğun yaşamağı da tərgitdiyi bir kitabdır.
Postmodernizm, əsasən, On Ehkama (Bibliya hökmləri-tərc.) tamamilə zidd olanı hünərə çevirmək, öz iradəsinə məcbur etmək və yaxını deyil, özünü kainatın mərkəzinə qoymaqdan ibarətdir. Buna görə də uşaqlar olduqca böyük yükə çevrilir, lakin sərbəstlik duyğusu əbədi deyil, çünki mədəniyyət bu saxta dəyərlərə söykənməklə yaşaya bilməz.
Və bizim mədəniyyət sanki on illərlə inkişaf edibsə, bu ona görədir ki, Avropanın xristian olduğu yüz illər boyunca yaradılmış kapitalı xərcləyirik.
Taleyin kinayəsi üzrə hazırda Allahı qitəyə mühacirlər qaytarır. Çünki xristianlığa arxa çevirdiyimizdən islamı əldə edirik.
Mürrey işarə edir ki, bizdənsə ürəyin istəyən kəs özünə daha inamlı ola bilər.
Müsəlman qadın Kenterberidə
Bizim əsil problemimiz eyniyyətsizlikdən ibarət radikallaşma ilə mübarizə gedən yerdədir.
İslam son dərəcə özünə güvənən, bütün ekzistensial, əxlaqi və siyasi suallara cavabı olan bir dindir.
Biz ta kim olduğumuzu bilmirik, çünki mədəni və xristian eyniyyətimizi itirmişik. Əslini desək, xristian əxlaqının yerinə gəlmiş əxlaqi relyativizm (əxlaqın nisbiliyi-tərc.) şəriət və islam normalarına niyə “yox” deməli olduğumuzun xeyrinə azdan-çoxdan heç bir aydın arqumentlər vermir. Özgə nədənsə daha həqiqi heç nə yoxdur. Relyativizm bizi qətiyyətsiz və özümüzə inamsız edib və bu qayda ilə mədəniyyətimiz uğrunda birgə mübarizə aparmaq istəyini itirmişik. Çoxluq bunun yerinə ancaq özünü, öz karyerasını və heç nəyə məcbur etməyən cinsi həyatı seçir.
İslam mədəniyyəti daxildən hücum edir
Qısır və qətiyyətsiz Qərb mədəniyyəti çox uşağa sahib olmaq və ailə qurmağa cəhdinin əksər müsəlmanların dünyagörüşünün nüvəsi olan islam mədəniyyəti ilə üzbəüz qalıb. Ümumfiravanlıq dövlətində fərdin dövləti beşikdən goradək onun qayğısına qalmalı olan və hətta əvəzində nəsə daha böyük bir şey verməyi tələb etməyən allah kim qəbul etdiyinin əksinə olaraq burada fərd cəmiyyətə və ümumiliyə xidmət edir. Türkiyə prezidenti Rəcəb Ərdoğan bu yaxınlarda birmənalı çağırışla Avropada yaşayan türklərə müraciət edib: “Hərəniz beş uşaq doğun və Avropanın gələcəyi sizin gələcəyiniz olacaq”.
Belçikada yaşayan imam telemüsahibədə bildirib ki, avropalıların demokratiyası, müsəlmanların isə demoqrafiyası var.
Müsəlman dünyasının hətta ordu və ya teraktlar vasitəsilə Avropaya həmləsi də gərək deyil, çünki müsəlman əhali cəmi bir neçə onillikdən sonra çoxluq təşkil edəcək, axı onlarda çox uşaq doğulur. Bu gün Avropada doğuş, törəyib artma və ailə dəyərlərinə görə islam cavab verir. Bu, Avropa mədəniyyətinə əsrlərlə xristianlığın verdiyi, lakin yuxarıda deyildiyi kimi, bəsirətsiz fərdiyyətçilik və hedonzim (həyatı zövq və səfa kimi qavrayan nəzəriyyə-tərc.) xatirinə rədd edilən dəyərlərdir. Axı xristian mədəniyyətinin nüvəsi həmişə ailə olub. Lakin Avropada siyasi partiyaların praktik olaraq heç biri seçiciləri ailə qurmaq və uşaq doğurmağa çağırmır ki, demoqrafik problem həll olunsun.
Hətta kilsənin də ailə haqda deməyə sözü yoxdur.
Yalnız üzərində bağda yetişdirilmiş ekoloji ravəndin kompotu olan ümumi masa arxasında idillik ailə həyatını təsviri olan şəkillər dərc edən qadın dərgiləri qalıb.
“Breitbart News”-un qurucusu, mərhum Əndryu Breytbart bir dəfə deyirdi ki, “siyasət – yalnız mədəniyyətin nəticəsidir”.
Buna ən yaxın ifadə daniyalıların deyimidir ki, xalq layiq olduğu siyasətçilərə malikdir. Buna görə də övladsız siyasətçilər yalnız ruhsal tükənmə və həyatdan yorulmağın xas olduğu cəmiyyətdə baş verənlərin əksidir. Bu səbəbdən kütləvi köçlə bağlı təqsiri siyasətçilərin üzərinə qoymağına dəyməz, çünki bu, hər kəsin özünə və yaxınına münasibətindən, həyata baxışdan başlanan kollektiv problemdir. Və əgər avropalıların o qədər də çox uşağı doğulmursa, ona görədir ki, ümidlərini itiriblər. Sonsuzluq gələcəyə ümidsizlik mədəniyyəti və insan həyatının özlüyündə dəyəri olmadığı və buna görə də uşaqları bu iyrənc dünyaya buraxmamaq haqda nihilist şüarlarla ruhsal yoxsulluğu əks etdirir. İntihar ancaq o zaman həyata keçirilir ki, daha heç nəyin mənası olmur və heç bir ümid yoxdur.
Bu gün kütləvi köç, islam və inteqrasiya haqda siyasi mübahisələr olduqca səthi səviyyədə aparılır. Sərhəd nəzarəti, daha sərt qaydalar və nəzarətin gücləndirilməsi sekslə məşğul olmaqla uşaq törətməyi fərqləndirməyə başlamaq, xüsusən də çoxlarının gələcəyə ümidini itirdiyindən ibarət problemi həll etmir. Avropa yalnız bu zaman ekzistensial böhrandan çıxacaq və yenidən özünə inam qazanacaq, özümüzü məhv riskinə getmədən yadları qəbul etmək iqtidarında olacağıq.
Tərcümə Strateq.az-ındır.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook