Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Relsdən çıxarılan Qətər – TƏHLİL

Relsdən çıxarılan Qətər – TƏHLİL
yüklənir...

Qətər böhranı getdikcə dərinləşir; hazırda yaranan vəziyyəti ancaq 1979-cu ildə Misirə qarşı tətbiq olunan boykotla müqayisə etmək mümkündür. Amma o vaxt ərəb ölkələrinin Qahirəyə etirazlarının konkret səbəbi var idi: İsrail ilə imzalanan Kemp-Devid sazişi. Bəs Qətər nə edib? Əsas sual da elə budur.

Əvvəlcə formal səbəb kimi Qətər əmiri Tamim bin Həmad Əl-Taninin mayın sonlarında ölkənin rəsmi informasiya agentliyinin saytında yayımlanan bir açıqlaması göstərilirdi. Həmin çıxışda Tani guya İranı bölgədə “sülhün qarantı” adlandırır və onunla yaxınlaşmağın vacibliyindən danışırdı. Halbuki, başda Səudiyyə Ərəbistanı olmaqla, Fars körfəzinin sünnu ərəb dövlətləri şiə İranı bir nömrəli geosiyasi rəqibləri hesab edirlər. Yəni müsəlman dövlətləri bir müsəlman dövlətini başqa müsəlman dövlətilə əməkdaşlıq niyyətinə görə dara çəkirlər...

Qətər hakimiyyəti dərhal həmin açıqlamanı təkzib edərək, məlumatın rəsmi xəbər agentliyinin saytına hakerlər tərəfindən yerləşdirildiyini elan etdi. Amma təkzib heç bir effekt doğurmadı. İttihamlar isə getdikcə artdı və dərinləşdi: Qətər “Əl-Qaidə”, “İŞİD” kimi terrorçu qrupları dəstəkləməkdə suçlandırıldı. Onunla diplomatik münasibətlər kəsilməyə, ticari, iqtisadi sanksiyalar tətbiq olunmağa başladı. Hazırda vəziyyət az qala elan olunmamış müharibəni xatırladır.

Doğrudanmı bütün bu gərginlik verilib-verilmədiyi dəqiq bilinməyən bir bəyanata görədir? İnandırıcı deyil. Məsələ ondadır ki, son illərdə Qətər bölgədə müstəqil və güclü bir geosiyasi oyunçuya çevrilməkdədir. Onun “Əl-Cəzirə” telekanalı dünya informasiya müstəvisində güclü təsirə malikdir. Vaxtilə “ərəb baharı” dalğasının qabarmasında məhz “Əl-Cəzirə”nin böyük rolu olmuş, bununla da Qətərin proseslərə nə dərəcədə təsir imkanlarının olduğu ortaya çıxmışdı.

Bundan başqa, qaz ehtiyatlarına görə Rusiya və İrandan sonra üçüncü dövlət olması bu kiçik ölkənin dünyadakı geosiyasi çəkisini xeyli artırır. Qətər hazırda dünya iqtisadiyyatına ən çox inteqrasiya olunan ərəb dövləti sayıla bilər. Adambaşına düşən az qala 128 min dollarlıq ÜDM-in həcminə görə dünyada birinci yerdədir. Avropanın futbol komandalarına sponsorluq edən “Qatar Airways” dünyada aviasiya daşımaları sahəsində ən güclü oyunçulardandır. 2022-ci ilin dünya futbol çempionatı da elə burada keçirilməlidir.

Qətərin qurudan onu tam əhatə edən Səudiyyə Ərəbistanı ilə münasibətləri həmişə gərgin olub. Məsələn, Misirdə inqilab zamanı Qətər “Müsəlman qardaşları” və Mursini dəstəkləyirdi, amma Ər-Riyad onları devirib, hərbçiləri və Əs-Sisini hakimiyyətə gətirdi. İki qonşunun maraqları Yəməndə, İraqda, Suriyada, hətta Fələstində də toqquşur. Amma bütün bunlar çoxdan var idi axı! Maraq doğrudan isə odur ki, səudların Doha üzərinə diplomatik hücumu Donald Trampın Ər-Riyada, Qətər şahzadəsi Məhəmmədin isə Moskvaya səfərindən sonra başladı.

Tramp səfəri zamanı İranı əsas hədəf kimi göstərmiş, ərəb dövlətlərini ona qarşı birləşməyə çağırmışdı. İsitisna deyil ki, Qətər əmirinin Moskvada danışıqları zamanı da İran məsələsi əsas mövzulardan olub. Elə isə, böyük ehtimalla, Qətərin ətrafında hazırda müşahidə olunan gərginlik də dolayısı ilə İran və Suriya bağlıdır.

Vaşinqton hələ ki, özünü ərəb dünyasındakı diplomatik böhrandan kənarda tutmağa çalışır. Amma Britaniyanın “Financial Times” qəzetində dərc edilən bir yazıda Qətərin guya terrorçu təşkilatlara 1 milyard dollar verdiyinin iddia olunması açıq-aşkar göstərir ki, proseslər haradan körüklənirlər. 1971-ci ilə qədər Qətər Britaniyanın müstəmləkəsi idi, ancaq müstəqillikdən sonra da ingilis-amerika təsirindən çox uzaqlaşmayıb. Onun yürütdüyü siyasət adətən Amerikanın bölgədəki gizli maraqlarına xidmət edib. Bəs indi nə baş verir?

Görünür, dəyişən budur ki, Qətər Tramp Adminstrasiyasının İranla və ya Suriyanın gələcək taleyilə bağlı planlarında yer almaq istəmir, ona görə də, dolayısı ilə bu şəkildə cəzalandırılır. Əgər sanksiyalar davam edərsə, yaxın vaxtlarda Qətərdə ən azından, sosial-iqtisadi problemlərin yaranacağı istisna deyil. Hər şey bir qırağa, onun ərzaqla təminatında həlledici rol oynayan Səudiyyə Ərəbistanı sərhədi bağlayırsa, bu, kifayət qədər ciddi siqnaldır.

Hazırda Qətər ərəb dünyasında təklənmiş vəziyyətdə olsa da, Türkiyənin ona dəstək verməsi göstərdi ki, oyun hələ xeyli qızışacaq. Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani bu gün Moskvaya gedib. Maraqlıdır ki, eynilə Suriyadakı qüvvələr düzümü Qətər böhranında təkrarlanır: bir tərəfdə Rusiya-Türkiyə-İran, o biri tərəfdə ABŞ-Səudiyyə Ərəbistanı və onun peykləri. Düzümlərin eyni olması böhranların da mahiyyətcə eyniliyinə işarə sayıla bilər.

Hazırda əsas sual budur: diplomatik böhran mühəribə həddinə qədər dərinləşə bilərmi? Bu variant o qədər də real görünmür, amma unutmaq olmaz ki, Qətərdə həm ABŞ-ın, həm də Türkiyənin hərbi bazaları var. Və Türkiyə parlamenti təcili qaydada həmin bazada əsgərlərin sayını artırmaq haqqında qərar qəbul etdi. Belə bir vəziyyətdə bəzən adi təxribat da ilk güllənin atılmasına səbəb ola bilər.

Vüsal Məmmədovскачать dle 10.6фильмы бесплатно

yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.10.2017

Qarabağda daha iki erməni hərbçi ölüb - Adlar

21.10.2017

"Öcalan hörmət görməyə layiq bir şəxsiyyət deyil" - ABŞ-dan rəsmi Ankaranın etirazına daha bir cavab

21.10.2017

Sabah Qarabağ haqda qalmaqallı yazını sildi - FOTO

21.10.2017

"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...

21.10.2017

ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu

21.10.2017

“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Jirinovskidən daha bir sensasion açıqlama

20.10.2017

Telnov küçəsi 10-da pusquda duranlar var

20.10.2017

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

20.10.2017

AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı

20.10.2017

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

20.10.2017

Atadan azyaşlı övladına inanılmaz vəhşilik – Video/18+

20.10.2017

İbadi orduya qəti əmr verdi: Ərbilə girməyin - Video

20.10.2017

Səfir ABŞ-da təhsil alan azərbaycanlıların sayını açıqladı

20.10.2017

"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF

20.10.2017

Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA

20.10.2017

Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

20.10.2017

Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

20.10.2017

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

20.10.2017

İŞİD-dən alınan Raqqada Öcalanın portreti asılıb, ABŞ rəsmisi izahat verib: “SDG ilə çalışırıq…”

20.10.2017

Pensiya və maaşlar artacaq - RƏSMİ

20.10.2017

Ərdoğan Bərzaninin “elçilərini” qəbul etmədi - “Artıq çox gecdir

20.10.2017

“Bu il minlərlə məcburi köçkün ailəsi evlə təmin olunacaq” - Əli Həsənov

20.10.2017

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

20.10.2017

Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində

20.10.2017

“Mən hələ baş nazir olanda ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdim ki..."

20.10.2017

Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran layihə: Gündəlikdən çıxarıldı

20.10.2017

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ

20.10.2017

“Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

20.10.2017

İlham Əliyev D-8 Zirvə görüşündə iştirak edir

20.10.2017

Putin:“ABŞ Rusiya KİV-inə məhdudiyyət qoysa, Moskva da bu addımı atacaq”

20.10.2017

Rusiyalı politoloq:“Bu dəfə iraqlılar və kürdlər arasında yeni silahlı qarşıdurma yaranacaq”

20.10.2017

Cenevrə görüşünü kim və niyə təşkil etdi, yaxud Bakı necə 1:0 önə keçdi? - TƏHLİL

Bütün Xəbərlər

FaceBook