Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL
yüklənir...

Maksim Suşkov

"Al-Monitor"


Qətər ətrafında diplomatik qalmaqal Rusiyada çoxları üçün sürpriz oldu. Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvlərinin bu cür rəqabəti Moskva üçün tam gözlənilməz idi və Kremlin siyasətinə təsir etdi.

İyunun 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər məsələsini müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinə çağırış edib. Hər iki lider bütün iştirakçıları "Fars körfəzi regionunda sülhün və sabitliyin qorunması naminə kompromis həllər"ə dəvət edib.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli vəzifədaşı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə vəziyyəti telefon danışığında müzakirə ediblər. Rusiya XİN-in press-relizində deyilir ki, diplomatlar "Ərəb Dünyasında gərginliyin başqa bir isti nöqtəsinin ortaya çıxmasından ciddi narahatlığ"ı dilə gətiriblər.

S.Lavrov "terrorizm kimi mühüm problemlər"lə bağlı danışıqlara çağırış edib.

Növbəti gün, iyunun 6-da Putin və Tani telefon danışığında mövcud əməkdaşlığın investisiyalar, ticarət və iqtisadiyyat sahələri barədə söhbət ediblər.

İyunun 7-də Rusiya prezidentinin Misir prezidenti Əbdülfəttah əl-Sisi ilə telefon söhbəti olub.

Rusiya hesab edir ki, böhranda həm Qətər, həm də Səudiyyə Ərəbistanı eyni dərəcədə təqsirkardır. Kreml və ola bilsin ki, rusiyalı ekspertləri əksəri hər iki ölkəni "terrorçuluğun sponsorları" cərgəsinə qoyur. Bu qavrayış çeçen müharibələri zamanından ortaya çıxıb.

Rusiya təhlükəsizlik xidmətlərinin rəyinə görə, Körfəz monarxiyaları – "terrorizmin sponsorları" çeçenləri maliyyə və ideoloji cəhətdən dəstəkləyib.

Bu, böyük dərəcədə müasir rus tarixində, ictimai qavrayışında da təsbit olunan "terrorçularla əlbir"liyə və Moskvanın Yaxın Şərqdə onlara qarşı mübarizə apardığına dair cari tezisi gücləndirib. Kimin nə vaxt və hansı məbləğdə sponsorluq etməsi haqqında Rusiyanın rəyi dəyişməyib. O, Qətər və Səudiyyə Ərəbistanı arasında ideoloji çalarlara az fərq qoyur.

Lakin Rusiya regional xarici siyasətini şaxələndirmək istəyir, Səudiyyə Ərəbistanı və Qətərlə konstruktiv münasibətlər son illərdə Moskvaya üçün həyati əhəmiyyətə malikdir.

Ötən ilin dekabr ayında Rusiyanın neft nəhəngi "Rosneft" 10,2 milyard avro (bugünkü məzənnə ilə təxminən 11,5 milyard $) qiymətinə səhmlərinin 19,5%-ini "Glencore" və Qətər İnvestisiya Fonduna satıb. Müqaviləyə Rusiyada və Yaxın Şərqdə çox adam qaş qaldırdı, lakin o, qarşılıqlı faydalı hesab edildi. "Rosneft"in potensial olaraq Qətər fondundan səhmləri geri ala biləcəyi fərziyyələri ortaya çıxdıqda isə, Kreml Dohaya uzunmüddətli öhdəlik siqnalı verərək, bu fərziyyələri "yersiz" adlandırdı.

Fars körfəzində xidmət edən bir rus diplomatı "Al-Monitor"a deyib ki, "Rusiya və Qətər arasında münasibətlərdə müsbət yön alması yeni əmir Tamim bin Hamad Əl-Taninin sayəsində baş verib". Bundan başqa, 2018-ci il bir sıra böyük ictimai hadisələrlə Rusiya və Qətər üçün mədəniyyət ili, habelə yeni və gəlirli müqavilələrin imzalanması ilə birlikdə əlaqələrin möhkəmlənməsi dövrü olacaq.

Bununla belə, cari regional narahatlıq Rusiyanın hesablamalarını təhlükəyə atır. Şayiələrə görə, mayın sonunda, Putin, Səudiyyə Ərəbistanı və Küveyt də daxil olmaqla, Körfəz bölgəsinə səfərə çıxmalı idi, lakin Kreml bu söhbəti təkzib etdi. Hazırkı məqamda isə bölgəyə səfər həqiqətən tərəflər arasındakı münaqişəyə müdaxilə cəhdi kimi yozula bilər.

Buna görə də, əgər ən yüksək səviyyədə səfər planlaşdırılıbsa belə, indi onu ləğv etmək və ya gecikdirmək olar. Bu, əlbəttə, Moskvanın münaqişənin dərinliyini, Yaxın Şərq və Şimali Afrika bölgəsində Rusiyanın maraqlarına onun təsirinin nəticələrini öyrənmək üçün xüsusi elçi təyin edilməməsi mənası vermir. Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbə "Al-Monitor"a bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Qətər rəsmiləri ilə müntəzəm əlaqə saxlayır.

Bu günlərdə böhrana dair xəbərlər zənciri Moskvanın qətərpərəst mövqe tutduğunu nəzərdə tutsa da, bu, mütləq mənada belə deyil. İyunun 7-də V.Putinin köməkçisi Yuri Uşakov bildirib ki, "prezident, xarici işlər naziri və digər kanallar vasitəsilə fəal iş və səylər faktı özü-özlüyündə vurğulayır ki, Moskva "Qətər işi"nin siyasi və diplomatik vasitələrlə həllində maraqlıdır".

Həmin gün Rusiyanın energetika naziri Aleksandr Novakın bəyanatı da eyni məqsəd daşıyırdı. Nazir təklif etdi ki, Rusiya və Səudiyyə Ərəbistanı "potensial birgə neft layihələrinin həyata keçirilməsinə investisiyalar cəlb etsinlər".

Moskva digər dövlətlərlə münasibətlərini riskə altına düşməsinin qarşısını almaq istəyir – həm Qətərlə diplomatik əlaqələrini kəsən, həm də onu müdafiə edənrlərlə.

Diplomatik əlaqələrin kəsilməsindən sonra Rusiyada bir çoxları parçalanmanın qismən ABŞ tərəfindən idarə edildiyini irəli sürdü. Vaşinqtonun rəsmi mövqeyi daha mülayim və incə olsa da, ABŞ prezidenti Donald Trampın "tweet"ləri ilkin şübhələri gücləndirdi.

İsrailin də bu məsələdə payının ola biləcəyi ehrimalı var. Yaxın Şərq üzrə yaxşı əlaqələrə malik ekspert Kirill Semyonov "Al-Monitor"a bildirib ki, "İsrail də Ağ Ev müəyyən təzyiq göstərib, Qətər böhranında rol oynayıb. İsrail həm Qətərın Qəzza Zolağında "HƏMAS"ı dəstəməsindən, həm də Tehran və Doha münasibətlərindən narazı idi".

Rusiya çətin ki, İranı "şübhəlilər siyahısı"na qatır, İran mütləq mənada Suriyanın dövlət başçısı Bəşər Əsədin yanında yer alır, buna görə də ərəb dövlətləri arasında münaqişədə İsrail dərhal təhrikçi sayılır.

Daha böyük miqyasda Moskva, Qətəri əhatə edən çevrənin Suriyada daha az qeyri-sabitlik yaratmasında maraqlıdır. Qətərin oradakı silahlı müxalif qruplar üzərində təsiri nəzərə alınır. Bu, Yəmən və İraqda da ola bilər, lakin Rusiya orada az aktivdir, beləliklə, o bu cəbhələrə görə çox narahat olmur.

Moskva regional qarışıqlığın enerji bazarlarına təsirindən narahatdır. "Qazprom" Qətərin mayeləşdirilmiş təbii qaz ixracatı ilə bağlı problemlərinin ola biləcəyini güman edirdi. Ruslar rəsmi Dohanın OPEK qarşısında neft hasilatını azaltmaq öhdəliyini pozmaması üçün Qətər rəsmiləri ilə saatlarla söhbət edib.

Türkiyə, Qətərdə daha böyük iştirakçısı kimi görünür, yəqin ki, oxşar narahatlıqları var. Ərdoğan və Putinin Rusiya və Türkiyəni birləşdirən "Cənub axını" neft kəməri layihəsini, Suriya və münaqişənin perspektivləri arasında "Qətər böhran"ını da müzakirə etməsi təəccüblü deyil.

Deyirlər ki, keçmiş dostların düşmənçiliyi çox pis olur. Mövcud vəziyyət, bir çoxlarının proqnozlaşdırdığı kimi, döyüşkən və ya qanlı olmaya, lakin regional oyunçular arasında daha çox inamsızlıq doğura və regional münaqişələrin həll edilməsində hər kəs üçün imtahan ola bilər.



Tərcümə: Strateq.az

yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

Bütün Xəbərlər

FaceBook