Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“New York Times” Əfqanıstandan yazdı:"Niyə "Taliban"çılar daha çox din xadimlərini öldürür?"

“New York Times” Əfqanıstandan yazdı:
yüklənir...

Mucib Məşəl və Cavad Suxənyar

"New York Times"



Tut ağacının kölgəsi altında və çiçəklərlə bəzədilmiş tənha məzar Əfqanıstanın şimalında, Toqi-Bayrdi yaxınlığındakı mədrəsənin tələbə və müəllim heyəti üçün gündəlik ziyarət yerinə çevrilib.

Bu, iyirmi il əvvəl mədrəsənin təməlini qoymuş möhtərəm din xadimi Mövləvi Şah Ağa Hənəfinin məzarıdır.

O cümlədən 160 qızın da təhsil aldığı mədrəsə 1300 tələbə üçün nəzərdə tutulurdu. Bu ay “Taliban”çıların dini məktəbə qoyduğu bombanın partlayışı ilə ölən Mövləvinin məzarı mədrəsənin bir küncünü tutur.

Mərhum, Peyğəmbərin ənənələri haqqında danışarkən həlak olub və bu gün onun məzarı namazgah və qəm dəryasına boğulma yeridir.

"İşə gələndə, ilk şey onun məzarı başında Quran oxumaq olur. – Bunu Pərvan əyalətindəki mədrəsənin direktoru Can Ağa deyir. – Sonra ixtiyarsız ağlayıb ofisimə keçirəm".

Mövləvi Hənəfi Əfqanıstan vətəndaş müharibəsində öldürülən İslam dini alimlərinin sürətlə artan siyahısına daxil olmuş şəxslərdən biridir.

Üləma artıq çoxdan Əfqanıstanda bu və ya digər şəkildə hədəf olublar. Onların rəyi cəmiyyətin böyük hissəsində nüfuza malikdir. Din alimlərinə ehtiram göstərir və tez-tez tənqidə görə qətlə yetirirlər.

16 il ərzində yüzlərlə adamın, – həm də təkcə “Taliban” tərəfindən deyil, – həyatına son qoyulub. Lakin üləma kimi tanınan şəxslərin hədəfə çevrilməsi son iki ildə xeyli çoxalıb. Səbəb – “Taliban” hücumlarının intensivləşməsidir, – rəsmilər bildirir.

Bu, hökumətin nüfuzunu azaltmağa və ölkə ərazini ələ keçirmək üçün üsyançıların yürütdüyü kampaniyada yalnız hərbi qələbə yox, həm də dini təsir dairəsinə sahiblənmək istəyinə xatırlatma kimi qəbul olunur.

Prezident Əşrəf Qəninin məsləhətçisi, din xadimi Məhəmməd Mohəq deyir: "Taliban”ın bu əməli törətməsinin səbəbi üləmanın onların legitimliyini şübhəyə almasına son qoymaqdır ".

"Üləma qabiliyyəti və gücü ilə moizələrdə "talib"lərlə mübahisəyə girişir və onların legitimliyini sarsıdır, – deyə cənab Moheq sözünə davam edir. – Liberal alimləri və ya başqaları deyil, yalnız onlar “Taliban”ın ideologiyasına etiraz edə bilər və “Taliban” bunu başa düşür".

İslamı təbliğ edən, lakin “Taliban”çı olan alimlərin sayını demək çətindir. Amma əksər əyalətlərdəki vaizlərin sayına nəzər yetirdikdə, göstərici çox böyükdür və minbərdən söz deyən digər vaizlərin də canına üşütmə sala bilib.



Təkcə Qəndəhar əyalətinin Üləma Şurasının rəhbəri Mövləvi Ubeydullah Faizaninin sözlərinə görə, 2004-cü ildən bəri “Taliban” hərəkatının öz bazasında təxminən 300 vaiz qətlə yetirilib.

Bədəxşanda yalnız ötən il 20 din xadimi həyatını itirib. 16 ildə isə 110 nəfər. Bunu əyalətin dini işlər şöbəsinin direktoru Əbdul Vəli Ərşad bildirib.

Loqarda keçən həftə əyalətin Üləma Şurası sədrinin müavini sübh namazından sonra evinə qayıdarkən yolda öldürülüb.

"Onlar həqiqəti dedikləri üçün hədəfə çevrilirlər və ən böyük həqiqət müharibənin davam etməsidir", – Helmand Üləma Şurasının rəhbəri Mövləvi Xudai Nəzər Məhəmmədi bildirib.

“Taliban” rəhbərliyi şurasının bir üzvü etiraf edib ki, din alimlərinin intensiv hədəfə çevrilməsinin səbəbkarı terror təşkilatının yeni lideri Mövləvi Heybətullah Axundzadədir. O, üləma və mədrəsə rəhbəri, 2015-ci ildə Amerika dronunun hücumu ilə öldürülən sələfinin yerini tutmuş dini ideoloqdur.

Anonimlik şərtilə danışan “Taliban” xadimi deyib ki, Mövləvi Heybətullahın birbaşa əmri ilə xütbələr və moizələr daha diqqətli nəzərdən keçirilir və şəriət qanunlarının “Taliban”çı təfsirlərindən yayınma ən sərt şəkildə cəzalandırılır.

Bu ay Qəndəharda 50-dən çox kitab yazmış 32 yaşlı tanınmış din alimi Abdul Qafur Payrozu öldürdükdən sonra “Taliban” bəyanat yaydı. Bəyanatda deyilirdi ki, onlar Payrozu "Əfqanıstanda cari müqəddəs müharibəni qeyri-qanuni hesab etdiyinə görə" öldürüblər.

“Taliban”ın "belə bir pis elementi aradan götürməsi" başqalarına – "dindən çıxmış azğınlıqlara" da xəbərdarlıq idi.

1990-cı illərdə, “Taliban”ın hakimiyyəti dövründə Payroz Kabildəki “Taliban” mədrəsəsinin gənc tələbəsi idi. Onların hökuməti çökdükdə, o, “mövlanə” adı qazanmaq üçün din ali təhsilin yeddi ilini dolduran səfərə çıxdı, Kvettaya, Pakistana köçdü. Payroz “Taliban” rəhbərliyinin sürgündə fəaliyyət göstərən bölməsində də fəaliyyət göstərirdi.

Mütaliə cənab Payrozu müharibə barədə düşüncələrə sövq etdi və o, “Taliban”ın dini təməlini şübhəyə almağa başladı.

O, fəal dini ifadəetmənin mübarizənin yeganə yolu olduğuna qərar verdi. Payrozun "Zəng" adlı son kitabı dini plüralizm və tolerantlıq kimi mühüm mövzulardan söz açılıb.

Onun kiçik qardaşı Vasil Payroz terrordan sonra bəyanat verərək Qəndəhardan Kabilə köçüb.

"Payroz həmişə bu ölkəni sevdiyini söylərdi və onun üçün ölməyə hazır idi", – digər qardaş Məhəmməd Rəsul Payroz deyir.

Mərhum Payroz da, Qəndəhardakı mədrəsənin təsisçisi Mövləvi Hənəfi kimi, moizələrində “Taliban”ın tutduğu yolu tənqidi edirdi və tez-tez ehtirasla onun siyasətinə "qara yaxırdı". Son çıxışlarının birində, o, adı ölkədəki qiyamla bağlı hallanan "Pakistan və Rusiya ilə əlbir olmaq əvəzinə, “Taliban“ı Əfqanıstan xalqı ilə əl-ələ verməyə” çağırıb.

Mövləvi Hənəfinin mədrəsəsinin hazırkı müəllimi Mövləvi Abdul Hafiz Movahid deyir: "Onlar yeni düşmənlər deyil. Kim xəlifə Öməri öldürdü? Kim xəlifə Osmanı öldürdü? Kim xəlifə Əlini öldürdü? Qatillərin hamısı müsəlman sanılan insanlar idi… "



Tərcümə: Strateq.azскачать dle 10.6фильмы бесплатно

yüklənir...

XƏBƏR LENTİ

İnsanlara xoşbəxtlik və sevinc bəxş edən - Birinci vitse-prezident
21.02.2018

İnsanlara xoşbəxtlik və sevinc bəxş edən - Birinci vitse-prezident

“Mətbuat”ın bir yaşı tamam oldu
21.02.2018

“Mətbuat”ın bir yaşı tamam oldu

Prezident İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi
21.02.2018

Prezident İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
21.02.2018

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu

“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb
21.02.2018

“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb

“Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır…” – Namizədlərin imzatoplama kampaniyası + Açıqlamalar
21.02.2018

“Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır…” – Namizədlərin imzatoplama kampaniyası + Açıqlamalar

Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi (SİYAHI)
21.02.2018

Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi (SİYAHI)

Azərbaycanda erməni təşkilat lideri barəsində həbs qərarı verildi (FOTOLAR)
21.02.2018

Azərbaycanda erməni təşkilat lideri barəsində həbs qərarı verildi (FOTOLAR)

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir-TƏHLİL
21.02.2018

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir-TƏHLİL

Kılıçdaroğlu:
21.02.2018

Kılıçdaroğlu: "Türkiyədə Xocalını unutmayıblar"

Atatürkün
20.02.2018

Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Şərurlu Hacı Cabbar Kömək kim olub? FOTO

“İmzam var imzalar içində”
20.02.2018

“İmzam var imzalar içində”

Novella Cəfəroğlu: “Nə zaman ki, əfv olacağı gözlənilir, Avropada bəziləri 5-10 qəpik pula görə başlayırlar hay-həşirə”
20.02.2018

Novella Cəfəroğlu: “Nə zaman ki, əfv olacağı gözlənilir, Avropada bəziləri 5-10 qəpik pula görə başlayırlar hay-həşirə”

Putin emissarının İrəvan səfəri, PKK-erməni dostluğu və Qarabağ...
20.02.2018

Putin emissarının İrəvan səfəri, PKK-erməni dostluğu və Qarabağ...

Prezident bu borcları silir - MM-ə göndərildi
20.02.2018

Prezident bu borcları silir - MM-ə göndərildi

Atatürkün gizli vəsiyyəti: Yalnız Ərdoğana məlumdur - Video
20.02.2018

Atatürkün gizli vəsiyyəti: Yalnız Ərdoğana məlumdur - Video

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub
20.02.2018

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili
20.02.2018

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?
20.02.2018

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?

20.02.2018

"Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox..."

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)
19.02.2018

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”
19.02.2018

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə
19.02.2018

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək
19.02.2018

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”
19.02.2018

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur
19.02.2018

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?
19.02.2018

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”
19.02.2018

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE
19.02.2018

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE

Bəşər Əsəd ordusunu Afrinə göndərir
19.02.2018

Bəşər Əsəd ordusunu Afrinə göndərir

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib
19.02.2018

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib

Bütün Xəbərlər

FaceBook