Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:9 552

Tarix: 10-01-2017, 00:24

86 yaşlı spekulyant Corc Soros:“AB Putinin hakimiyyətinə keçmək təhlükəsindədir” – Təhlil

86 yaşlı spekulyant Corc Soros:“AB Putinin hakimiyyətinə keçmək təhlükəsindədir” – Təhlil

Corc Soros BVF-nin Vaşinqrtondakı illik seminarında
© AFP 2016, Brendan Smialovski

Roberto Vivaldelli
Gli Occhi Della Guerra (İtaliya), 09.01.2017



“Açıq cəmiyyət böhran yaşayır, qapalı cəmiyyətlərin çeşid-çeşid formaları isə – faşist diktaturasından mafioz dövlətlərədək – çiçəklənir. Bu, ona görə baş verir ki, seçilmiş liderlər elektoratın haqlı gözlənti və ümidlərini doğrulda bilməyib”.

86 yaşlı spekulyant, Açıq Cəmiyyət Fondunun prezidenti, həmçinin elm və sənət hamisi, Hillar Klintonun seçkiqabağı kampaniyasını önəmli dərəcədə maliyyələşdirmiş Corc Soros "Brexit" və Donald Trampın qələbəsindən sonra obyektiv şəkildə müşahidə olunan “açıq cəmiyyət” (bunun nəzəriyyəsini filosof Karl Popper işləyib) böhranına diqqəti bu formada cəlb edir. Maqnat uzun ilər ərzində açıq cəmiyyət ideyasını istənilən üsulla və tərəddüdsüz dəstəkləməyə cəhd edib, hətta yeni seçilmiş prezident Trampa qarşı çıxdıqlarına görə nümayişçilərə pul ödəyib.


Soros hisslərinə sərbəstlik verir: “AB Açıq cəmiyyət ideyasını ifadə edirdi”

Maliyyə dünyası “akula”sının son bir neçə ayın beynəlxalq siyasi prosesləri haqda acı düşüncələri bir neçə gün qabaq “Project Syndicate”-də dərc olunub. “Çoxları qət edib ki – Corc Soros öz məqaləsində qeyd edir, – elitalar onların demokratiyasını oğurlayıb. Kürəsəlləşmənin əzəmətli iqtisadi və siyasi miqyaslı nəticələri olub. O, yoxsul və varlıq dövlətlər arasında müəyyən iqtisadi razılaşmaya şərait yaradıb. Təəssüf ki, hər iki halda qeyri-bərabərlik durumu kəskinləşdirib. Əsasən əhalinin 1%-dən azını təşkil edən böyük maliyyə kapitalının sahibləri sənaye aləmində özləri üçün mənfəət götürməyə cəhd ediblər. Yenidən bölgü siyasətinin olmamağı demokratiya əleyhdarlarının istifadə etydiyi məmnuniyyətsizliyin əsas qaynağıdır. Lakin xüsusən Avropada digər amillər də öz təsirini göstərib. Mən Avropa Birliyinin əzəldən qızğın tərəfdarıyam, – Soros etiraf edir, – Avropa Birliyini açıq cəmiyyətin təcəssümü, ümumi rifah naminə suverenliyinin bir hissəsini qurban verməyə hazır demokratik dövlətlər birliyi saymışam”.

“Sərt qənaət siyasəti? Bu ancaq almanlara yaraşır və maraqlarına cavab verir”


Soros Fondunun qurucusu 2008-ci il böhranı haqda mülahizə yürüdür və Angela Merkel Almaniyasına münasibətdə tənqiddən özünü saxlaya bilmir: “Nəsə fəlakətli şəkildə düzgün getməyib. 2008-ci il tənəzzülündən sonra bərabərliyə əsaslanan könüllü birlik kreditorlarla borclular arasındakı münasibətə çevrildi – sonuncular öz öhdəliklərinə əməl etməkdə çətinlik hiss edir. Kreditorlar öz növbəsində borcluların tabe olmalı olduğu şərtlər irəli sürdülər. Artıq bu, bərabərliyə söykənən münasibət deyildi. Almaniya Avropa hegemonu kimi çıxış etdi, amma ən güclünün uyğun gəlməli oldu öhdəlikləri yerinə yetirə bilmədi, yəni ancaq öz maraqları çərçivəsindən kənara çıxa bilmədi. II Dünya savaşında sonrakı ABŞ və 2008-ci il böhranından sonrakı Almaniyanın davranışını tutuşduraq: ABŞ Marşal Planını işə saldı, nəticədə AB meydana çıxdı; Almaniya ancaq almanlara lazım olan və maraqlarına cavab verən sərt qənaət siyasəti tətbiq etdi”.

“Donald Tramp təzə başlayan diktatordur”

Sorosun fikrincə, dünya demokratiyasının mövcud sisteminin böhranı burada doğulur: “Avropa şəkkakları hərəkatının populyarlığının artması institutların işləməyinə mane olur. Bu, parçalayıcı güclər 2016-cı ildə əvvəlcə Brexit, sonra ABŞ-da Trampın seçilməsi və nəhayət, dekabrın 4-də İtaliya seçicilərinin konstitusiya islahatlarından imtinası sayəsində çox əzəmətli qüvvə və təkan alıblar. Demokratiya hazırda böhran yaşayır. Hətta dünyada aparıcı demokartiya olan Birləşmiş Ştatlar aldanış ustası və təzə başlayan diktatoru prezident seçib. Onun kabinetinə səriştəsiz, ifrat baxış tərəfdarları və istefadakı genarallar girib-çıxır”.

“Avropa Putinin təsiri altında olmaq təhlükəsindədir”

Bəs indi? Maqnatın fikrincə, ABŞ Trampın dönəmində “dünyada demokratiyanı qorumaq və irəlilətməyi bacarmayacaq”, Avropa isə “Putinin təsiri altında olmaq təhlükəsindədir”.

Soros qeyd edir: “Əksinə, Tramp diktatorlara yaxın olacaq. Bu, onların bəzilərinə ABŞ-la sazişə nail olmaq imkanı verəcək. Məni hakimiyət anlayışı açıq cəmiyyət prinsiplərinə zidd gedən Rusiya prezidenti Vladimir Putinin təsirnə düşmək təhlükəsində olan AB-nin taleyi xüsusən narahat edir. Putin əvvəlcə sosial şəbəkələri nəzarətə götürməyə cəhd etdi. Sonra dezinformasiya və yalan yaymaq üçün dahiyanə qərarla sosial şəbəkələrin biznes-modelindən faydalandı. O bu qayda ilə Trampa seçkilərdə qələbə çalmağa yardım etdi. Ehtimal ki, eyni hal 2017-ci ildə Hollandiya, Almaniya və İtaliyada baş verəcək. Fransada iki əsas namizəd Putinə yaxındır. Onlardan biri seçkilərdə qalib gəlsə, Rusiya prezidentinin üstünlük mövqeyi baş tutmuş fakt olacaq”.

XƏBƏR LENTİ

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

16.01.2017 , 13:56

Dollar hərracda bahalaşdı

16.01.2017 , 13:38

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verdi

16.01.2017 , 13:36

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq- Bakıda

Bütün Xəbərlər

FaceBook