Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Binəli Yıldırımın Bağdad səfəri:müstəqil kürd dövlətinə xeyir-dua, yaxud...? – Təhlil

Binəli Yıldırımın Bağdad səfəri:müstəqil kürd dövlətinə xeyir-dua, yaxud...? – Təhlil
yüklənir...

Stanislav Tarasov

REGNUM İA, 08.01.2017



İraq baş naziri Heydər əl-Abadinin türkiyəli həmkarı Binəli Yıldırımla görüşünün nəticələri üzrə bəyanatını sensasiyalı tipə aid etmək olar. Bu, son iki il müddətində Türkiyə nümayəndə heyətinin bu səviyyəli ilk səfəri idi. Və budur, əl-Abadi bildirib ki, Bağdad və Ankara Bəşik şəhərinə yaxın düşəgədəki Türkiyə kontingentini İraq ərazisindən çıxartmaq haqda məsələni nizamlamağa nail olub. Onun sözlərinə görə, “bu məsələ qısa bir vaxtda lazımi şəkildə həll olunacaq”.

Xatırladaq ki, məhz türk hərbçilərinin Bəşik rayonunda olmağı əvvəllər İraq və Türkiyə arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu. Ankara bildirirdi ki, türk hərbçiləri Türkiyənin terrorizmdən müdafiəsi və terrorçularla mübarizə üçün yerli döyüşçülərə təlim keçməkdən ötrü orada yerləşir. Daha dəqiqi, İraqın şimalındakı əsasən etnik türkmanların məskunlaşdığı Sincar rayonunun PKK-nın nəzarətinə düşə bilmək əndişəsi üzündən ora yüksək diqqət yetirilirdi. İctimaiyyətə bu cür deyilirdi. Bəşikdəki düşərgə qeyri-ictimai şəkildə türk hərbçilərinin hərbiləşdirilmiş sünni ərəb güclərinə təlim keçməsi üçün istifadə edilirdi ki, bu da Ankara və Bağdad arasında sərt bəyanatlar mübadiləsinə şərait yaratmışdı. Lakin Türkiyə hökumətinin başçısı Binəli Yıldırım bu gün təkcə İraqın suverenliyinin saxlanması vacibliyini deyil, həm də “Bağdadın PKK döyüşçülərinin Türkiyəyə ziyan vurmaq üçün İraq ərazisindən istifadə etməyinə yol verməyəcəyini” vurğulayıb, “çünki bu, terrorizmlə birgə mübarizə” kontekstinə sığır.

Bundan başqa, Yıldırımın İraq Kürdüstanının inzibati mərkəzi Ərbildə muxtariyyətin başçısı Məsud Bərzani ilə görüşdən sonra bəyan olunub ki, Ərbil PKK dəstələrinin İraqın şimalındakı Sincar rayonundan çıxmağına yardım etməyə hazırdır. Qeyd edək ki, PKK-nın İran, Türkiyə və İraq sərəhədindəki üçbucaqda Qəndil dağlarında sığınacağı var. Türkiyə təyyarələri və artilleriyası burada PKK bazalarını dəfələrlə atəşə tutub. Buna görə də hazırda sual meydana çıxır ki, Ankara və Ərbil PKK-ı Şimali İraqdan hara və hansı istiqamətə sıxışdırmaq niyyətindədir?

Ankara dəfələrlə qeyd edib ki, Suriya kürdlərinin əsas siyasi qüvvəsi – Demokratik Birlik Partiyası (DBP) Türkiyədəki PKK-dan şaxələnib, buna görə də hər iki təşkilatı “terrorçu” qurumlara aid edir və Suriyada onlara qarşı vuruşur, Türkiyədə isə hərbi və polis əməliyyatları keçirir. Lakin problem burasındadır ki, kürdlər Suriya və İraq üçün başlıca problem və vətəndaş müharibəsinin qaynağı deyillər. Hətta Suriya və Ərbil ABŞ və başqa Qərb tərəfdaşlarının hərbi dəstəyini alır. PKK-ı İraq düşərgələrindən Suriyaya sıxışdırsalar, bu, hər şeydən əvvəl Suriyanın özündə qüvvələr balansını gözə çarpacaq dərəcədə dəyişdirəcək. Bununla yanşı Ankara İraqda Bağdadla dialoq vasitəsilə Ərbillə münasibətləri qaydaya salmaq və möhkəmləndirməyə can atdığı halda Suriyada Dəməşqi mötərizə daxilinə salmaqla kürdlərlə vuruşur. “Paralel” deyilən kurs göz qabağınadır və Türkiyə variantında praktik olaraq İŞİD-lə mübarizəyə bağlı deyil.

Bu cür Türkiyə siyasətininn opponentləri əks-hücuma keçirlər. Məsələn, İraqın keçmiş baş naziri, “Dava” şiə islam partiyasına başçılıq edən Nuri əl-Maliki Tehranda mətbuat konfransında bildirib ki, “İraq ərazisi İŞİD yaraqlılarından azad edildikdən sonra “Həşdi əş-Şaab” şiə könüllüləri Suriya hökumət qüvvələrinə yardım etmək üçün Suriya sərhədini keçəcəklər”.

Bundan başqa, o, hesab edir ki, peşmərgə qüvvələri İraq Kürdüstanının 2003-cü ilədək mövcud olmuş sərhədlərinə qayıtmalıdır. Buna artıq İraq Kürdüstanı peşmərgə nazirliyi reaksiya verərək bildirib ki, əl-Malikinin “2003-cü ilədək sərhəd adlandırdığı sərhəd deyil, yalnız peşmərgə ilə bəəsçi rejim ordusu arasında toqquşma xətti olub”, “İŞİD-dən azad edilmiş rayonların sakinləri isə öz gələcəklərini referendum vasitəsilə müəyyən edəcəklər”.

İraqda müstəqil kürd dövləti yaratmaq uğrunda ciddi mübarizənin bütün əlamətləri göz qabağındadır. Bu, Suriya kürdləri üçün hələlik gündəlikdəki başlıca maddə deyil, lakin onların Suriyada muxtariyyət tələb etmək haqları var və Ankara öz ərazisində yaşayan kürdlərin də eyni şeyi tələb edəcəyindən əndişələnib buna qarşı qəri şəkildə çıxış edir.

Türkiyəli politoloq Serhat Sermen bununla bağlı 2016-cı il dekabrın 20-də Moskvada üçtərəfli görüşün (İran, Rusiya, Türkiyə) gedişində razılaşdırılmış, ABŞ-sız qəbul edilmiş birgə bəyannaməyə diqqət yetirməyi zəruri sayır. Bəyannamədə Türkiyənin əsas rolu kürdlər və İŞİD yaraqlılarına qarşı “Fərat qalxanı” əməliyyatı deyil, Ankaranın Suriya müxalifətinə təsiri göstərilib.

Sermenin dəyərləndirdiyinə görə, danışıqlar masasının arxasında Amerika təmsilçisi də olsaydı, şübhələnməyə gərək yox idi ki, ehtimal ki, Suriyanın suverenlik və ərazi bütövlüyünün saxlanması formatında bəyannaməyə kürd məsələsi də daxil ediləcəkdi. Lakin Vaşinqton müxtəlif səbəblərdən hələlik “oyundan kənar”dadır. Və hazırda mürəkkəb və ağlasığmaz alyanslar formalaşır ki, bu da həm Suriya, həm də İraqda münaqişənin dinamikasına təsir edir.

Türkiyə öz hərbi bölmələrinin Şimali İraqdan çıxarılacağını bildirməklə nəticələrini hələlik hətta qısamüddətli perspektivdə də qiymətləndirmək çətin olan ciddi gediş edib.
скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

“Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan istedadlı şəxsləri seçir” - Elçin Şıxlıdan maraqlı MÜSAHİBƏ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

Bütün Xəbərlər

FaceBook