Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 8-01-2017, 17:16

Məşhur Amerika nəşri:“Rusiyada Tramp kimilərinə “satqın” deyirlər” – Təhlil

Məşhur Amerika nəşri:“Rusiyada Tramp kimilərinə “satqın” deyirlər” – Təhlil
yüklənir...

Ketlin Parker

The Washington Post (ABŞ), 08.01.2017




Birincisi, xatırlatmaq istəyirəm: ABŞ-ın seçilmiş prezidenti daxil olmaqla bəzi amerikalılar son doqquz il ərzində iddia ediblər ki, Barak Obama Keniyada doğulmuş müsəlmandır. Donald Tramp uzun illər Obamadan elə hey tələb edib ki, bioloji atası üçün vətən olmuş Afrika dövlətində deyil, Havayda doğulduğunu sübut etsin. Obamanın xristianlıq etiqadına inandığı haqda açıqlama, yəqin ki, xristianı qeyri-xristiandan fərqləndirməyi ustalıqla bacaran Tramp tərəfdarlarını inandıra bilməyib. Hətta bu və ya digər ölkədə – deyək ki, İndoneziyada – bir müddət yaşamış cavan oğlanın bu ölkənin üstün dinin hökmən qəbul etməli olduğunu ehtimal etmək üçün heç bir məntiqi əsas yoxdur. Əksinə, o bu cür təcrübə qazanıb tam bu qənaətə gələ bilər ki, insanlar öz allahlarına başqa cür sitayiş etsə də, əslində, hamımız eyniyik. Və sərt və cəfəng iddiaya qulaq verməyə dəyməz ki, insan müsəlmandırsa, hökmən “pis adam” olmalıdır.

Fərqindən asılı olmayaraq başqalarına hörmət etmək bacarığı savadlı insanı fərqləndirən cizgilərdən və yaxşı liderin malik olmalı olduğu səciyyələrdən biridir. Bununla belə, Tramp tərəfdarları Obamanın özünü müsəlman adlandıran yetərincə xeyli “pis subyektlərin” məhvi ilə nəticələnmiş hərbi əməliyyatlarına baxmayaraq Obamanın 1,6 milyard müsəlmana yumşaq münasibətini islamın ABŞ-dakı mövqeyini gücləndirməyə gizli cəhdin sübutu kimi şərh ediblər.

Qeyd etməyinə dəyər ki, Obamaya şəkk edənlər Prezident kiçik Corc Buş 11 sentyabr teraktlarından dərhal sonra məscidi ziyarət edərkən şübhələrə düşməyiblər. Onlar həmçinin Rusiyanın ABŞ-a kiberhücumlarına Trampın nə qədər başısoyuq yanaşdığına görə heç bir narahatlıq ifadə etməyiblər.

Keçmiş təcrübə və yeni məlumatlar nəzərə alınmaqla məgər Trampı Rusiya casusu adlandırmağın vaxtı çatmayıb?

Xeyr, mən onu casus saymıram, çünki Trampdan fərqli olaraq sərsəm ideyaların təsirinə məruz qalmamışam. Lakin ikili standartlar necə olsun? Oxçar durumlarda nə qədər vaxt tələb olunardı ki, demokratik seçki prosesimizə qarışan ölkəni müdafiəyə cəhd edən Obamanı satqın adlandırsınlar?

Bir neçə saniyə.

İnanmaq çətindir ki, tezliklə prezidentimiz olası adam, faktlarla höcət avamlığın üzləşdiyi yerdə həqiqət axtarışı dayanan paranoyaya çatan şayiələrə və yayılan konspirologiyaya uzun müddət inanıb.

Bu, adamı dəhşətə gətirir.

Bəs indi nə olsun? Tramp Rusiya hökuməti, haker və casusların aşkar şəkildə sui-qəsdi olan məsələni kəşfiyyatın dəlilsiz bəyanatları adlandırmağa davam edir. O bunu niyə edir? O, doğrudanmı, o qədər dişbatandır ki, bu kiberhücumlardan mənfəət götürə biləcəyi baxış nöqtəsi ilə sadəcə barışa bilmir? Yaxud bunu əvvəlcədən bilirdi və indi istəmir ki, üzə çıxsın? Sui-qəsd nəzəriyyəsi də məhz bundan başlanır. Və bir də təkrar edirəm: bəzən sui-qəsd sadəcə sui-qəsddir, axmaq isə sadəcə axmaqdır.

Gəlin, düşünək, bizə nə məlumdur. Kəşfiyyat agentliklərimizin ən yaxşı ekspertləri təsdiq edirlər ki, Demokratik partiyanın Milli komitəsinə kiberhücumların arxasında Rusiya durur. Rusiya prezidenti Vladimir Putinə məftunluğunu uzun müddət ifadə etmiş Tramp buna şübhə edir. Yəqin, Tramp təkid edir ki, seçkilərdə şərəfli və ədalətli qələbə çalıb. Və Rusiya müdaxiləsi haqda bəyanat onun heysiyyətinə toxunur. Lakin məsələ təkcə bundadırmı?

Davam edək. Tramp millətimizin ən yaxşı təmsilçilərimizin sözlərinə inanmaqdan daha çox bizim birnömrəli geopolitik düşmənimizlə ümumi dil tapmağa hazırdır. Hətta bildirib ki, kəşfiyyyatın məlumatarı ilə gündəlik məşğul olmayacaq və şayiələrə görə, təhükəsizlik agentliklərimizi azaltmağa hazırlaşır.

Lütfən, deyin, bnu adam kimin tərəfindədir? ABŞ-ın seçilmiş prezidenti haqda son dəfə bu sualı haçan vermisiniz?

Tramp yanvarın 6-da cümə günü onun məsələlərdən agah etməyə çalışan Amerikanın əsil casusları ilə görüşüb. Lakin Trampın onları dinləməyə qabil olub-olmadığı haqda sual indiyədək açıq qalır. Onun toplantıdan sonra verdiyi bəyanata əsasən, bu olmayacaq.

Milli Kəşfiyyatın direktoru Ceyms Klepper cümə axşamı yanvarın 5-də Senatın silahlı qüvvələr üzrə komitəsinə məlumat verib ki, onun agnetliyi “indi daha qəti şəkildə əmindir” ki, Tramp Amerika kəşfiyyatına ziyan vurur. Hətta MKİ-nin keçmiş direktoru Ceyms Vulsi onun fikirlərini dinləmək istəməkdiklərinə etiraz əlaməti kimi Trampın keçid komandasını tərk edib.

Seçilmiş prezident bütünlükdə göz qabağında olanı inkar etməkdə dirəşərək öz ölkəsinin marağına rəğmən düşmənin tərəfində duracaqsa, qənaətə gəlmək olar ki, Trampın özü milli təhlükəsizliyə təhlükə təşkil edir.

Rusiyada buna satqınlıq deyirlər.
strateq

yüklənir...

XƏBƏR LENTİ

29.04.2017

Livan eksperti: "Rusiya Bəşər Əsədi qaza və milli maraqlarına qurban verəcək” – Təhlil

29.04.2017

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

29.04.2017

"Sədr Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır" -QALMAQAL

29.04.2017

Əcnəbilər daha çox Azərbaycanın hansıali məktəblərini seçir?

29.04.2017

Dünya birjalarında neftin qiyməti:"Brent" bahalaşıb

29.04.2017

Amerika həbsxanalarındakı cinsi və fiziki zorakılıqlar haqda nə bilirik? – Araşdırma

29.04.2017

İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29.04.2017

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29.04.2017

Bu, insanlığı məhv edəcək – Məşhur fizik

28.04.2017

Əməkdar artist xəstəxanaya yerləşdirildi

28.04.2017

"Ermənistanın mövqeyi əhəmiyyət daşımayacaq" - Sergey Markov

28.04.2017

“Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

28.04.2017

Türkiyə Avropanın pulunu kəsdi

28.04.2017

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirib

28.04.2017

Rövşəni öldürdüyünü deyən oğru haqda şok detal

28.04.2017

"Biz Səudiyyə Ərəbistanın müdafiəsinə çox pul xərcləyirik"

28.04.2017

Bakıda həbs edilən erməniyə hökm oxundu

28.04.2017

Bakıda polislərdən şok əməl: Nazir 7 nəfəri qovdu

28.04.2017

Rusiyadan etiraf: Obama Trampdan şükürlü idi

28.04.2017

Putin uğur düsturunu dedi

28.04.2017

Prezidentdən "ASAN Xidmət"lə bağlı yeni - Qərar

28.04.2017

Şimali Koreya ABŞ-a da zərbələr endirə bilər - Tillerson

28.04.2017

Abid Şərifov: "Nəvəm də qorxaraq zəng etdi ki..."

28.04.2017

İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı

28.04.2017

Mədət Quliyev Çingiz Qurbanovun qardaşına iş verdi

28.04.2017

Moskva görüşünün nəticəsi nə oldu? – ŞƏRH

28.04.2017

Əfqanıstanda Talibana qarşı əməliyyat - 18 terrorçu məhv edildi

28.04.2017

Hacı İbrahim Nehrəmli: “Heç zaman kreditə maşın almamışam”

28.04.2017

Sərkisyan daşnaklarla birləşir: Razılıq əldə olundu

28.04.2017

Messinin yeni baş məşqçisi məlum oldu

28.04.2017

AŞPA sədrinə qadağalar qoyuldu - “Etibarı itirib”

28.04.2017

Ermənilər Füzuliyə zenit raket atdı

Bütün Xəbərlər

FaceBook