Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 7-01-2017, 21:56

ABŞ-dan Rusiyanı qəzəbləndirəcək daha bir addım –Ordusunu Rusiya ilə sərhədə cəmləyir

ABŞ-dan Rusiyanı qəzəbləndirəcək daha bir addım –Ordusunu Rusiya ilə sərhədə cəmləyir
yüklənir...

Yanvarın 6-da gəmidə Almaniyaya çatdırılan yüzlərlə ABŞ tankı, yük maşını və s. hərbi vasitələr daha sonra dəmir və avtomobil yolları ilə Şərqi Avropaya göndəriləcək. Beləcə, Rusiyanın qəzəbi alovlanacaq.

Yük dolu iki gəmi artıq Bremerhavenin şimal limanına çatıb və üçüncü gəmi də yaxın günlərdə limana yan alacaq. Bu gəmidə NATO tərkibində Rusiyanın sərhədləri yaxınlığında təlim keçəcək təxminən 4 min ABŞ əsgərinin istifadəsi üçün tank və yük maşınları var.

ABŞ və Polşa hərbi qüvvələri yanvarın sonlarında Polşada kütləvi hərbi təlimlərə başlayacaqlar. Rusiyanın 2014-cü ildə Ukrayna regionu olan Krımı anneksiyasından sonra ABŞ Avropadakı müttəfiqləri ilə silsilə hərbi təlimlərə başlayıb.



“Sülhü qorumağın ən yaxşı yolu…”



“Sülhü qorumağın ən yaxşı yolu savaşa hazırlıqdan keçir”, – jurnalistlərin “Bunlar Rusiyaya mesajdır?” sualını cavablandırarkən, general-mayor Timothy McGuire belə deyib. O bildirib ki, bu, ABŞ və onun müttəfiqlərinin qitədə sülhü qoruyub saxlamaq əzmini və birliyini nümayiş etdirir.

NATO ölkələri deyirlər ki, onların yerləşdirmə planı hərbi quruma üzv olan Şərqi Avropa dövlətlərinin tam müdafiə mövqeyində olmasını nəzərdə tutur. Di gəl, Rusiya bundan çox narazıdır və Qərbin Şərqi Avropadakı hərbi fəaliyyətlərinə aqressiv münasibət göstərir.

Polşada mövqe tutacaq ABŞ hərbçiləriylə yanaşı, Almaniya, Kanada və Britaniya da keçmiş sovet respublikalarına – Estoniya, Latviya və Litvanın hər birinə min nəfərdən ibarət qoşun göndərir.



Onlar Rusiyadan qorxurlar



NATO ölkələrinin rəsmiləri bu təlimləri və Şərqi Avropaya dörd batalyon göndərilməsini Moskvanın Krımı anneksiyasına və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə bağlayırlar. Özəlliklə Baltikboyu ölkələr Rusiyanın növbəti hədəfi olmaqdan çox təlaş keçirirlər.

Bu ölkələrə göndərilən hərbi təchizatda 87 M1A1 “Abrams” tankları, 20 “Paladin” artilleriya topları və 136 “Bradley” döyüş tankları var.

Hərbi silah-sursat və texnikanı ABŞ ordusunun 3-cü briqadası yönəldəcək.

ABŞ hərbi birliyi fevraldan başlayaraq, hərbi təlimləri Polşa, Baltikboyu dövlətlər, Bolqarıstan, Rumıniya və Almaniyada genişləndirəcək.

ABŞ 10-cu Aviasiya Döyüş Briqadasını da göndərir. Buraya 50 “Black Hawk” və 10 “CH-47 Chinook” helikopterləri və 1800 nəfərdən ibarət şəxsi heyət, üstəlik, ayrıca 400 hərbçi və 24 “Apache” helikopteri daxildir.



“Tanklar barış gətirməz”



Rusiya ilə münasibətləri yaxşılaşdırmağa və yaxınlaşdırmağa çağıran Almaniyanın Solçu Partiyasının fikrincə, Berlinin sülh və tərksilah üçün tarixi borcu vardı və bu yerləşmə əleyhinə etiraz səsini ucaltmalı idi.

“Tanklar heç bir yerə barış gətirməz”, – partiyanın Brandenburq bölümünün rəhbəri Christian Goerke belə deyib. Onun sözlərinə görə, əksinə, “belə hərbi yerləşdirmə həmişə təxribatın bir hissəsi” ola bilər.

Bu yaxınlarda ABŞ Konqresi Pentaqona Krımın anneksiyasına görə Rusiya ilə hərbi əməkdaşlığı qadağan edib. Konqresin qəbul etdiyi sənəddə göstərilir ki, Krım Ukraynaya qaytarılmayana və Donbasda separatçılara verilən dəstək dayandırılmayanadək, Moskva ilə hərbi əməkdaşlıq məhdudlaşdırılacaq.

Azadlıq Radiosu

yüklənir...

XƏBƏR LENTİ

24.04.2017

Azərbaycanlı qadın siyasətçi Estoniyada partiya sədri seçildi

24.04.2017

Diqqəti Fransada: Makron qalib gəldi (YENİLƏNİB)

24.04.2017

Azərbaycanda ŞOK olay - Biznesmen itlərinə toy edib məclis qurdu - VİDEO

24.04.2017

ÜAK-ın taleyi həll olunur - Moskva məhkəməsi hansı qərarı çıxaracaq? Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

24.04.2017

İşğalçıya ortaq güc nümayişi: türk hərbçiləri Qarabağda...

24.04.2017

İki lider Koreyanı telefonda müzakirə etdilər

24.04.2017

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

23.04.2017

Fransada exit-pollun nəticələri açıqlanıb

23.04.2017

BMT baş katibi Bəşər Əsədi təbrik edib

23.04.2017

Yaponlar ABŞ-ın Şimali Koreyaya münasibətindən razıdır

23.04.2017

Türkiyə daha 2 şəhid verdi

23.04.2017

Yağış və qar yağacaq - Sabahın hava proqnozu

23.04.2017

Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik

23.04.2017

Şimali Koreya bu ölkəni nüvə ilə hədələyib

23.04.2017

Fransada prezident seçkiləri keçirilir

23.04.2017

Düşmən mövqelərimizi minaatanlardan atəşə tutub

22.04.2017

İŞİD bu şəhəri özünə yeni paytaxt seçdi

22.04.2017

Тramp Merkelin əlini sıxmamasının səbəbini - Açıqladı

22.04.2017

“Xoşlarına gəlməyən deputatın mandatını alacaqlar” - Millət vəkili yeni qanuna qarşı çıxdı

22.04.2017

Tramp geniş islahatlara başladı – Fərman

22.04.2017

Rövşən Ağayev REAL-dan istefa verdi

22.04.2017

İtaliya:"Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz"

22.04.2017

Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

22.04.2017

“Azərsığorta”nın Tovuz filialının direktoru iş otağında ölü tapılıb

22.04.2017

Bakıda daha bir avtobusda sürücü özbaşınalığı - VİDEO

22.04.2017

Türkiyə hava yolları şirkəti Ermənistana reys açdı- Azərbaycana xəyanət?

22.04.2017

Nəsimidə ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsildi

22.04.2017

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

22.04.2017

İcra hakimiyyəti məhkəməyə verilib

22.04.2017

Türkiyənin hava yolları şirkəti Ermənistana birbaşa reys açır - İyunun 1-dən

22.04.2017

Azərbaycandakı müəssisə və təşkilatların sayı açıqlanıb

22.04.2017

Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu

Bütün Xəbərlər

FaceBook