Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

ABŞ kəşfiyyatı:"Putin Trampın qələbəsinə kömək etməyə səy göstərib” – Təhlil

ABŞ kəşfiyyatı:
yüklənir...

Virciniyada MKİ binası
© AFP 2016, Saul Loeb
BBC Rus xidməti (Böyük Britaniya), 07.01.2017


Amerika kəşfiyyatının seçilmiş prezidentin xüsusi xidmət rəhbərləri ilə görüşündən sonra dərc edilmiş hesabatında deyilir: Rusiya prezidenti Vladimir Putin prezident seçkilərini udmaqda Donald Trampa yardım olmağa çalışıb.

“Məxfidir” qrifi götürülmüş və Donald Trampla görüşdən dərhal sonra dərc edilmiş hesabatda Rusiya liderinin məqsədi ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir etməkdən ibarət olan kampaniya təşkil etmək komandası verdiyindən ibarət olan iddialar ehtiva olunub. Hesabat müəllifləri yazırlar ki, bu kampaniyanın məqsədi əhalinin prezident seçkilərinə inamını qırmaq, Demokratik Partiyadan namizəd Hillari Klintonun nüfuzdan salınması idi.

ABŞ prezidenti seçimiş Donald Tramp kəşfiyyat rəhbərləri ilə görüşdən sonra bildirib ki, haker hücumları seçkinin nəticələrinə heç cür təsir etməyib. O, açıqlamasında Rusiya hökumətinin kiber hücumlarda əli olduğu haqda iddiaları şərhdən imtina edib, həmçinin görülmüş işə görə kəşfiyyat əməkdaşlarına təşəkkürünü bildirib.

Trampın bəyanatında deyilir: “Rusiya, Çin, başqa ölkələr, əcnəbi qruplaşmalar və özəl şəxslər hökumət institutları, biznes və Demokratik Partiyanın Milli Komitəsi daxil olmaqla ictimai təşkilatlarımızın infrastrukturlarının təhlükəsizliyini daim sarsıtmağa çalışdığı bir vaxtda bunun seçkinin nəticələrinə əsla heç bir təsiri olmayıb”.

O həmin bəyanatda prezident postunda kiberhücumlara qarşı fəal şəkildə durmaq və ilk doxsan gün ərzində haker hucumlarına qarşı plan hazırlanmasına görə cavabdeh xüsusi qrup təyin etməyi vəd edib. Amerika xüsusi xidmətlərinin təmsilçiləri ABŞ prezidenti seçilmiş Donald Trampla planlaşdırıldığı kimi cümə günü görüşüblər. Onlar bu görüşdə Ağ Evin şübhəyə köklənmiş gələcək sahibini inandırmağa çalışıblar ki, prezident seçkilərinin astanasında haker hücumlarının arxasında məhz Rusiya durub.

Bu arada Amerika KİV-ləri təhküəsizlik xidmətlərindəki qaynağa istinadən xəbər verib ki, ABŞ kəşfiyyatı Trampın xeyrinə səsverməyə təsir etməyə səy göstərməkdən ötrü Demokratik Partiyanın oğurlanmış elektron məktublarını WikiLeaks saytına göndərmiş Rusiya agentlərini dəqiqləşdirib. Lakin bu agentlərin adları hələlik çəkilmir, WikiLeaks qurucusu Culian Assanj isə iddia edir ki, bu sənədləri Rusiya hökumətinin təmsilçilərindən almayıb.



Tutulmuş məlumatlar



CNN, Washington Post və NBC News kəşfiyyatdakı qaynağa isnadən yazır ki, xüsusi xidmətlər yüksəkçinli Rusiya məmurlarının Trampın Hillari Klinton üzərində qələbəsini bayram etdiyindən xəbər verən məlumatları tutub.

Kəşfiyyatın fikrincə, bu, Moskvanın Trampın qələbəsində maraqlı olduğuna daha bir əlavə sübutdur. Lakin qeyd olunur ki, tutulmuş məlumatlarda bu və yab digər məmurun sındırılmada birbaşa əli olduğunu ələ verəcək heç nə yoxdur.

NBC News telekanalı həmçinin xəbər verib ki, Rusiya hakerlərinin ehtimal edilən hücumunun hədəfi təkcə Demokratik Partiya rəhbərliyi deyil, həm də Ağ Ev, administrasiya rəhbərliyi, Dövlət Departamenti və Amerikanın iri korporasiyaları olub.

Rusiya kiberhücumlara hər hansı dəxli olduğunu qəti şəkildə inkar edir.



Haker hücumlarında ittiham üçün hansı əsaslar var?



ABŞ vitse-prezidenti Co Bayden Trampı kəşfiyyat xidmətlərinə həmləyə görə kəskin tənqid edərək bildirib ki, kəşfiyyata inanmamaq “tamamilə mənasızdır”.

Bayden deyib ki, ABŞ xüsusi xidmətlərinin kiberhücumlarda Rusiyanın rolundan danışan məruzəsini oxuyub.

Trampla görüş ərəfəsində xəbər verilib ki, kəşfiyyat təmsilçiləri seçilmiş prezidentlə söhbət üçün inandırıcı sənədlər hazırlayıblar. Tramp brifinqə cəmi bir neçə saat qalmış bu hadisələri Demokratik Partiyadakı əleyhdarlarının hazırladığı “siyasi cadugər ovu” adlandırıb.

Tramp New York Times qəzetinə müsahibədə qeyd edib ki, Amerika hökuməti əvvəllər də haker hücumlarına məruz qalıb, lakin KİV tərəfdən bu hadisələrə heç vaxt bu cür diqqət olmayıb.

Ağ Evin gələcək mətbuat katibi Şon Spayser cümə günü səhər ABC telekanalının səhər proqramında deyib ki, seçilmiş prezident kəşfiyyat rəhbərləri ilə görüşə “dinləmək və bu cür nəticələrə necə gəldiklərini anlamağa hazır” halda gedəcək.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

06.12.2017

İctimai yerlərdə itləri ağızlıqsız gəzdirənləri hansı cəza gözləyir?

06.12.2017

“Saakaşvili Tiflisə gəlsə, İvanişvili yox olacaq”

Bütün Xəbərlər

FaceBook