Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:11 116

Tarix: 6-01-2017, 18:40

Rus analitik:“Türkiyə Ankara-Bakı-Astana alyansı yaratmağa hazırlaşır” – Təhlil

Rus analitik:“Türkiyə Ankara-Bakı-Astana alyansı yaratmağa hazırlaşır” – Təhlil

Stanislav Tarasov
REGNUM İA, 05.01.2017


Türkiyə yeni ilin başlanğıcında xarici siyasətdə yüksək fəallıq göstərməyə başlayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlunun xəbər verdiyi kimi, “ən yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammiti keçiriləcək”.

Elə onun sözlərinə görə, Bakı, Ankara və Astana arasında üçtərəfli format qurmaq üçün iş gedir. Türkiyə tərəfini buna “Türkiyənin Qafqaz və Balkan bölgələrində yaratdığı və çox effektli işləyən üçtərəfli formatlar təhrik edir”.

Həqiqətən də, son zamanlar ölkələrin müxtəlif “həndəsi” konfiqurasiyalarını qurmağı dəbə minib. Bu cür bir neçə format meydana çıxıb: Rusiya-Türkiyə-İran (istisnasız olaraq Suriya yönündə), Rusiya-Azərbaycan-İran (bu ölkələrin Şimal-Cənub dəhlizi çərçivəsində kommunikasiyanı inkişaf etdirməyə hazır olduğu nəzərə alınsa), Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran, Türkiyə-Azərbaycan-Türkmənistan və İran-Ermənistan-Rusiya. Bu üçbucaqların hamısı geopolitik statusa iddialı deyil, daha çox siyasi və iqtisadi alyansdır. Azərbaycan-Türkiyə-Qazaxıstan alyansına gəlincə, o, faktiki olaraq əvvəllər də, lakin türk dövlətlərinin birliyi formatında var idi. İndiki təşəbbüs düşünülmüş Ankara-Bakı-Astana formatının Yaxın Şərq (Türkiyə), Cənubi Qafqaz (Azərbaycan) və Orta Asiya (Qazaxıstan) arasında körpünü ifadə edə bilər. Lakin təkcə türk özülü ilə deyil. Qərb ekspertlərninn hesab etdiyi kimi, Türkiyə bu gün NATO-nun problemli üzvüdür və alyansdakı buir çox problemlər onun Yaxın Şərqdə həlledici dövlət olmaq idddiasından törəyib. Amma bu gün bölgədə Rusiya və İranın beynəlxalq mövqeləri bərpa olunur. Ankaranın türk birliyi xətti üzrə geoöpolitik sistem yarada bilmək dövrü əldən buraxılıb və çətin ki, Astanada öz nüfuzunun Orta Asiya buferini nişanlamağı bacarar.

Bununla yanaşı, Qazaxıstan KTMT və Avrasiya İqtyisadi Birliyinin üzvüdür. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyə liderləri ilə sıx-sıx görüşləri düşüncə doğurur ki, Astananın KTMT və AİB çərçivəsindən kənarda öz maraqları var. O, ŞƏT-də Türkiyəyə fəal şəkildə lobbilik edib, 2015-ci ilin noyabrında Türkiyə HHQ tərəfindən Rusiya bombardmançısı vurulduqdan sonra Rusiya-Türkiyə münasibətlərinin kəskinləşdiyi dövrdə əsas mediator rolunda çıxış edib, hazırda isə Rusiya prezidenti Vladimir Putin Suriya nizamlaması üzrə danışıqlar üçün məhz Qazaxıstan paytaxtını meydança kimi təklif edib. Həm də Nazarbayev postsovet məkanında ən təcrübəli siyasətçi kimi duyur və dərk edir ki, dünya siyasətində külək haradan və hara əsir. Mahiyyətcə, o, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın “arxa sığınacağı” rolnda çıxış edir ki, bunun da maraqlı önəmi var, çünki söhbət antirusiya deyil, daha çox əks bir layihədən gedir. Hətta Bakı Türkiyə-Azərbaycan-Qazaxıstan üçbucağında strateji tərəfdaş deyil, ancaq bölgəsəl təhlükəsizlik sisteminin yaradıcısı olmayan istehlakçı rolunda göstərilib. Təsadüfi deyil ki, Çavuşoğlu sözügedən “üçbucağı” anons edərkən bildirib ki, Ankaranın “Qafqaz təşəbbüsləri var və bölgədə dondurulmuş münaqişələrin nizamlanmasının fəallaşması üzrə bu il də iş aparacaq”.

İndiki halda bu bəyanatın verildiyi siyasi kontekst mühüm əhəmiyyət kəsb edir. Birincisi, bəzi türk və Qərb ekspertlərinin səsləndirdiyi dolayı əlamətlərdən çıxış etsək, “Rusiya və İranın fəlakətli süqutu”na çıxışla Cənubi Qafqazda “ərəb baharı” tipli əmliyyat hazırlanırdı. Təsadüfi deyil ki, Türkiyə adıgeyləri (çərkəz xalqları) nəzərdə tutmaqla Şimali Qafqazın birbaşa Qara dənizə bitişik, qərb hissəsi üçün “ayrıca” layihə, Azərbaycan ərazisindən isə milyonlarla türk mənşəli vətəndaşın yaşadığı qonşu İrana “sıçrayış” hazırlayıb. Lakin Cənubi Qafqazda yeni geopolitik konstruksiyanın qurulmasında, xüsusən də Tehran sanksiyalar rejimindən çıxdıqdan, Türkiyənin özü isə Şimali Afrika və Yaxın Şərqdə əksəriyyətinin dərin tarixi kökləri olan daxili və xarici münaqişələr dənizinə dalaraq “ərəb baharının köpüklərində yuyunmağa başladıqdan” sonra Moskva Ankaranı qabaqlayıb. Bir türk tədqiqatçısının sərrast ifadəsinə görə, “Türkiyə özünü əldən saldı, əlləşdi, bölgənin başqa ölkələrinə münasibətdə “böyük qardaş” rolunda tez-tez çıxış etdi”.

İkincisi, Ankara dərk etməyə başlayıb ki, Qafqaz yönündəki siyasəti işləmir və bir çox yönlərdə uduzur. Üçüncüsü, istisna deyil ki, Türkiyə 2008-ci il Qafqaz müharibəsindən sonra çıxış etdiyi “Qafqazda sabitlik və təhlükəsizlik platforması”nı bərpa etməyə cəhd göstərəcək. O zaman Türkiyə baş naziri postunu tutan Ərdoğanın sözlərinə görə, onun məğzi bölgədənkənar qüvvələrin iştirakı olmadan “coğrafi əsasda” sistem qurulmasına müncər edilmişdi. 3+3 variantı, həmçinin Rusiya, İran və Türkiyə təklif edilmişdi. Müəyyən şərtlərlə AB vvə ABŞ-ın iştirakına yol verilirdi, lakin Ərdoğan artıq o vaxt Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edirdi.

Dördüncüsü, Suriya istiqamətində Moskva və Tehranla alyans nəzərə alınmaqla Ankara AB və ABŞ-ın zəif ifadə olunmuş mövqeyi ilə bu formatı Cənubi Qafqaza da keçirmək cəhdi göstərə bilər. Aralıq gedişi qismində Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərini də istisna etmək olmaz. Beşincisi, Ankara geopolitik mübadilə təklif edə bilər: Qarabağa Suriya. Lakin yalnız Suriyanın ərazi bütövlüyünü saxlamağın mümkünsüzlüyü aydınlaşdığı halda. O zaman o, bölgədə Türkiyəninn iştirakı zəmanəti əvəzinə Bakını əvvəlki geopolitik stereotiprlərdən imtinaya inandırmaqla Dağlıq Qarabağın statusunu başqa cür müəyyən etməli olacaq. Eyni zamanda 1915-ci il soyqırım faktı (mətndə bu cürdür-tərc.) təzyiqi Türkiyənin üzərindən götürüləcək ki, bu da AB-yə inteqrasiya üçün onun qarşısında yeni perspektivlər aça bilər.
strateq

XƏBƏR LENTİ

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

16.01.2017 , 13:56

Dollar hərracda bahalaşdı

16.01.2017 , 13:38

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verdi

16.01.2017 , 13:36

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq- Bakıda

Bütün Xəbərlər

FaceBook